Hər bir yaxşı iş sədəqədir |
Müəllif: Hesen_Mucteba | Bölmə: Hədislər | Vaxt: 18-09-2016, 23:37 | Şərh sayı: (0) | Baxılıb: 562
Allahın Peyğəmbəri (s.a.v.v) : «Müsəlman hər gün sədəqə verməlidir.» Ərz etdilər: «Buna kimin qüdrəti çatar?» Həzrət buyurdu: «Ziyan vuran şeyləri yoldan götürüb kənara qoymaq sədəqədir.Bir kimsəyə yol göstərmək, xəstəyə baş çəkmək yaxşılığa dəvət etmək və pislikdən çəkindirmək sədəqədir. Salamın cavabını vermək də sədəqədir. (Biharul-Ənvar, c.75 səh. 50)
-
Allahın Peyğəmbəri (s.a.v.v): Dilini saxla. Çünki bu iş özünə verdiyin sədəqədir. (əl-Kafi, c.2, səh. 114 )
-
Allahın Peyğəmbəri (s.a.v.v): Pislikdən çəkinmək sədəqədir. (Biharul-Ənvar, c.77, səh.160 , hədis7)
-
3535. İmam Sadiq (ə): «Allahın sevdiyi sədəqə bunlardır: insanların bir-birilə əlaqələri pozulan zaman onlar arasında sülh yaratmaq və bir-birlərindən uzaqlaşanda onları yaxınlaşdırmaq.» (əl-Kafi, c.2, səh. 209 , hədis1)
-
Allahın Peyğəmbəri (s.a.v.v): «Ən üstün sədəqə sağlam olduğun, həyata ümid bəslədiyin və yoxsulluğa düçar olmağından qorxduğun vaxt verdiyin, canın bədənindən çıxmasını (ölüm yatağına düşməyini) və «bu qədər mal filankəsin olsun, o qədər mal da bəhmənin olsun.» deməyi gözləmədiyin sədəqədir. Çünki o vaxt həmin mal filankəsin və bəhmənin malı olacaq.» (Kənzul-Ummal, hədis 16251)
-
Allahın Peyğəmbəri (s.a.v.v) : «Ən üstün sədəqə gizlində yoxsula verilən və kasıb vaxtı verilən sədəqədir.» (Kənzul-Ummal, hədis 16250)
-
Allahın Peyğəmbəri (s.a.v.v): «Ən üstün sədəqə elə bir dilin sədəqəsidir ki, onunla qanların tökülməsinin, xoşagəlməz hadisənin qarşısını alasan və müsəlman qardaşına xeyir gətirəsən.» (Qisəsul-Ənbiya, səh.188 , hədis235)
-
Allahın Peyğəmbəri (s.a.v.v): «Ən yaxşı sədəqə müsəlman şəxsin bir elm öyrənməsi və sonra onu müsəlman qardaşına öyrətməsidir.» (Kənzul-Ummal,hədis 16357)
-
Allahın Peyğəmbəri (s.a.v.v) (ən yaxşı sədəqə barədə olan sualın cavabında): «Kin bəsləyən qohumuna verdiyin sədəqədir.» (Səvabul-Əmal, səh. 171 , hədis18)
-
Allahın Peyğəmbəri (s.a.v.v): «Ən yaxşı sədəqə Allah yolunda qurulan çadırın kölgəsidir.» (Kənzul-Ummal, hədis 16362)
-
İmam Sadiq (ə): «Ən yaxşı sədəqə yanğılı ciyəri su ilə sərinlətməkdir.» (Biharul-Ənvar, c.96, səh. 172)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər