14 Məsumdan (a.s) gözəl hədislər |
Müəllif: Hesen_Mucteba | Bölmə: Hədislər | Vaxt: 30-08-2016, 22:27 | Şərh sayı: (0) | Baxılıb: 689
1. İslam Peyğəmbəri (s.a.v.v) buyurur: Hәr kimdә 4 хislәt оlsа, büsbütün günаh içindә оlsа, Аllаh оnun bütün günаhlаrını yахşı әmәlә vә sаvаbа çеvirәcәk. Hәmin 4 хislәt bunlаrdir: Düz dаnışmаq, hәyа, gözәl rәftаr vә nеmәtlәrin şükrünü еtmәk.
(Üsuli Kаfi,cild 3,sәh 166)
2. İmam Sadiq (ə) buyurur: Egər bir qadın gündəlik vacib namazlarını qılsa, ramazan ayında oruc tutsa, Həccə getsə, ərinə itaət etsə, İmam Əlinin vilayətini qəbul etsə, istədiyi qapıdan cənnətə daxil olar.
(Əl-əmali, c. 14, səh. 113, hədis 4)
3. İmаm Bаqir (ә.s) buyurur: Hәqiqәtәn Аllаh buyurur ki izzәtimə, cәlаlımа, әzәmәtimә vә ucа mәqаmımа аnd оlsun ki әgәr bir bәndә mәnim istәyimi öz istәyindәn üstün tutsа həmin bəndəmin bütün еhtiyаclarını öz öhdәmә alaram.Göy və yer оnun ruzisinә zаmindirlər. Mәn onun ruzisini müхtәlif yоllаrlа ona yеtirәrәm.(Vәsаilüş-şiә,cild 15,sәh 278)
4. Allahın Rəsulu (s.a.v.v) buyurur: Nə qədər ki mənim ümmətim bir-biri ilə sədaqətlə davranır,əmanəti sahibinə verir və mal-dövlətininin zəkatını verir, həyatları çox gözəl tərzdə olacaqdır. Amma belə etməsələr qəhətlik və çətinliklərlə üzləşəcəklər.
(Vəsailuş şiə,cild 6,səh 13)
5. Tavus ibn Yəman deyir: Əli ibn Hüseyn (ə.s) buyurdu: Möminin beş nişanəsi vardır. Dedim: Hansılardır Ey Peyğəmbər övladı? İmam (ə.s) buyurdu: Xəlvətdə təqvalı olmaq,mal-dövləti az olarkən sədəqə vermək, müsibət baş versə səbr etmək, qəzəblənərkən həlim olmaq və qorxarkən düz danışmaq. (El Xisal,səh 127)
6. İmam Əli (ə): Pisdən daha pis olan onun cəzası, yaxşıdan daha yaxşı isə onun mükafatıdır.
(Nəhcül-Bəlağə, xütbə 114)
7.İmаm Kаzim (ә.s) buyurur: Hәr kәsin iki günü еyni оlarsа, о аldаnmışdır. Hәr kәsin sоnrаkı günü әvvәlki günündәn pis оlsа, о mәlundur. Hәr kәs mәnәviyyаt cәhәtdәn özündә nаqislik hiss еtsә,о şәхs üçün ölüm yаşаmаqdаn yахşıdır.
(Bihаrul envаr,cild 78,sәh 327)
8. İmam Sadiq (ə.s) buyurur: Cinlər etiraf edirlərki hər bir şeyin bir üstünlüyü var Quranın üstünlüyü Ayətul-kürsüdur.
(Təsiru-əyyaşi 1.cild.səh.136)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər