Qadınlar haqqında ayə və hədislər |
Müəllif: Hesen_Mucteba | Bölmə: Hədislər | Vaxt: 10-09-2016, 23:34 | Şərh sayı: (0) | Baxılıb: 1110
Nisa surəsi,ayə 19: Ey iman gətirənlər! Qadınlarla gözəl rəftar edin.Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki,sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.
-
Rəsulallahdan (s.a.v.v) rəvayət оlunur: Bilin ki,Аllаh vә Pеyğәmbәr (s.a.v.v) zövcәsinә zәrәr- ziyаn yеtirәndәn üz çеvirib. (Bihаrul Ənvar,cild 76,səh 366)
-
Allahın Rəsulu (s.a.v.v) buyurur: Mən özü döyülməyə ondan daha çox layiq olan arvadını döyən kişilərə təəccüb edirəm. (Camiul əxbar,səh 447,hədis 12592)
-
İslam Peyğəmbəri (s.a.v.v) buyurur: Ərinin pis əxlaqı qarşısında səbr edən qadına Allah Fironun zövcəsi Asiyanın savabı qədər savab bəxş edər.
(Biharul-Ənvar,cild 103,səh.247,hədis 30)
-
Allahın Peyğəmbəri (s.a.v.v) buyurur: Cəbrayıl daima mənə qadınlar barədə tapşırardı.Nəticədə elə güman etdim ki, pozğunluğu sübut olunan haldan başqa, qadına təlaq vermək olmaz.(Bihar,cild 103,səh 253)
-
Allahın Peyğəmbəri (s.a.v.v): Qadının əri üzərində olan haqqı budur ki, əri onun qarnını doyursun, bədənini geyindirsin və heç vaxt ona sifətini turşutmasın. (Biharul-Ənvar, cild 103, səh. 254, hədis 60)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər