Səcdənin fəziləti hədislər güzgüsündə |
Müəllif: Hesen_Mucteba | Bölmə: Hədislər | Vaxt: 10-09-2016, 23:02 | Şərh sayı: (0) | Baxılıb: 317
İmam Əli (ə.s) buyurur: Bəndəni heç nə çoxlu səcdələr və rukular qədər pak olan Allaha yaxınlaşdırmaz. (Ğurərul-Hikəm,hissə 10888)
-
İmam Əli (ə.s) buyurur: Birinci səcdə yəni ki, mən torpaqdanam! Səcdədən qalxmaq dünya həyatına işarədir. İkinci səcdə ölmək və torpaqda yatmaqdır. Səcdədən qalxmaq Qiyamət səhnəsinə gətirilməyə işarədir. (Biharul Ənvar,cild 82,səh 139)
-
İmam Sadiq (ə.s) (Səid ibn Yəsarın «Ruku halında dua edim ya səcdə halında?» sualına cavabından): Bəli, səcdə halında dua et. Çünki bəndənin Allaha ən yaxın halı səcdədir. O halda dünyan və axirətin üçün Allahın dərgahına dua et. (Biharul-Ənvar, cild 85,səh. 131)
-
Allahın Peyğəmbəri (s.a.v.v) buyurur: Allahın səni mənimlə birgə qəbirdən qaldırmasını istəyirsənsə, vahid Qəhhar olan Allahın dərgahına uzun səcdə et.(Biharul-Ənvar,cild 85,səh. 164)
-
İmam Əli (ə.s) buyurur: Səcdələri uzadın. Çünki iblis üçün Adəm övladını səcdə halında görmək qədər ağır və xoşagəlməz bir mənzərə yoxdur.Belə ki səcdə etmək ona əmr olunsa da, əmrə itaət etmədi.
(əl-Xisal,səh. 616, hədis 10)
-
İmam Sadiq (ə.s): Bir dəstə insan Allahın Rəsulunun yanına gəlib ərz etdi: Ey Allahın Rəsulu! Rəbbinin qarşısında Cənnəti bizə zəmanət ver. Allahın Rəsulu (s.a.v.v) buyurdu: Bir şərtlə ki, siz də uzun səcdələrlə mənə kömək edəsiniz. (Əmali-Tusi,səh 664)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər