Cənnət haqqında 5 gözəl hədis |
Müəllif: Hesen_Mucteba | Bölmə: Hədislər | Vaxt: 10-09-2016, 23:30 | Şərh sayı: (0) | Baxılıb: 861
İmam Əli (ə.s): Cənnətin səkkiz qapısı vardır. Birinci qapıdan peyğəmbərlər (ə.s) və siddiqlər girər. İkinci qapıdan şəhidlər və salehlər girər. Beş qapıdan bizim şiələrimiz və bizi sevənlər girər.Axırıncı qapıdan isə Tövhid əhli olub və Əhli Beytə zərrə qədər də olsun düşmənçilik etməyən digər müsəlmanlar girəcəklər.(Biharul Ənvar, cild 69, səh.159 )
-
İslam Peyğəmbəri (s.a.v.v): Hər kim mənə dilini və şəhvətini saxlamağı zəmanət versə, mən ona Cənnəti zəmanət verərəm.(Məani-Əxbar, səh.411, hədis 99)
-
İslam Peyğəmbəri (s.a.v.v): Mənə altı şeyə zəmanət verin,mən də sizin üçün cənnətə zamin olum:
1. Danışanda düz danışın.
2. Vədə verdiyiniz zaman vəfa edin.
3. Əmanətdar olunduğunuz zaman əmanəti qaytarın.
4. Ayıb yerlərinizi naməhrəmdan qoruyun.
5. Gözlərinizi naməhram baxışlardan qoruyun.
6. Əlinizi haram şeylərə uzatmayın.
(Nəhcül-fəsahə, hədis 321)
-
İslam Peyğəmbəri (s.a.v.v): Hər biriniz Cənnətə daxil olmaq istəyirmi? Ərz etdilər: Bəli. Rəsulallah (s.a.v.v) buyurur: Arzularınızı qısaldın,ölüm anını gözlərinizin önünə gətirin və Allahdan Allaha layiq olduğu kimi həya edin. (Tənbihul Xəvatir,cild 1,səh 273)
-
İmam Əli (ə.s): Həqiqətən sizin canlarınızın qiyməti Cənnətdən başqa bir şey deyil: Onu Cənnətdən başqa heç nəyə satmayın.(Biharul-Ənvar, cild 78, səh.13)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər