Hədislərdə pislik |
Müəllif: olum-meleyi | Bölmə: Hədislər | Vaxt: 23-06-2013, 14:59 | Şərh sayı: (3) | Baxılıb: 2036
1004. Yaxşılıq və pisliyin meyarı
Qur’an:
«Sizin üçün cihad təyin edildi, o da sizin xoşunuza gəlmir. Nə çoxdur sizin xeyrinizə olan, ancaq xoşunuza gəlməyən şey. Nə çoxdur sizin xoşunuza gələn, ancaq ziyanınıza olanlar. Allah bilir, sizsə bilmirsiniz.» [1]
«İnsan xeyir dua etdiyi kimi, şər dua da edər. İnsan həmişə tələsəndir.»[2]
Hədis:
3235. İmam Əli (ə):«O yaxşılıq ki, onun arxasında atəş var, yaxşılıq deyil. O pislik ki, sonunda Cənnət var, pislik deyil. Cənnətlə müqayisədə hər bir nemət kiçik və dəyərsizdir. Cəhənnəmin müqabilində hər əziyyət və bəla, salamatlıqdır.» [3]
3236. İmam Əli (ə) :«Sübhan olan Allah hidayət edən bir kitab göndərdi və onda yaxşı ilə pisi bəyan etdi. Belə isə, yaxşılıq yolunu seçin ki, hidayət olasınız. Pislik yolundan da uzaqlaşın ki, məqsədə çatasınız.» [4]
1005. Pisdən də pis
3237. Allahın Peyğəmbəri (s) :«İki işdən üstün heç bir xeyir yoxdur: Allaha iman və Allah bəndələrinə xeyir vermək. İki işdən də böyük şərr yoxdur: Allaha şərik qoşmaq və Allahın bəndələrinə ziyan vurmaq.» [5]
3238. İmam Əli (ə) :«Pisdən daha pis olan onun cəzası, yaxşıdan daha yaxşı isə onun mükafatıdır.» [6]
3239. İmam Əli (ə):«Pislik edən, pislikdən daha pisdir.» [7]
1006. Pisliklərin açarları
3240. İmam Baqir (ə):«Allah-taala pisliyə qıfıllar qoymuş və bütün bu qıfılların açarını şərabda qərar vermişdir. Yalan isə şərabdan da pisdir.» [8]
3241. İmam Sadiq (ə) :«Qəzəb, bütün pisliklərin açarıdır.» [9]
1007. Şərr toplusu
3242. Allahın Peyğəmbəri (s):«İblis öz şeytanlarına dedi:«Sizə əti, məstedici şeyləri və qadınları (nəzərinizdə saxlamağı) tövsiyyə edirəm. Çünki bu üç şeydən başqa pislikləri hazırlayan heç nə tapmıram.» [10]
1008. Şər insanın təbiətindədir
3243. Allahın Peyğəmbəri (s) :«Xeyir iş görmək üçün özünüzü zəhmətə salın və bu yolda nəfslərinizlə mübarizə aparın. Çünki insanın təbiətində şər qoyulmuşdur.» [11]
3244. İmam Əli (ə):«Öz nəfsini fəzilətləri qəbul etməyə məcbur et. Çünki rəzalətlər sənin təbiətində qoyulmuşdur.» [12]
____________________________________________________________________
1. Bəqərə, ayə 13
2. İsra, ayə 13
3. Nəhcül-Bəlağə, xütbə 387
4. Nəhcül-Bəlağə, xütbə 167
5. Biharul-Ənvar, cild77, səh.137, hadis 2
6. Nəhcül-Bəlağə, xütbə 114
7. Nəhcül-Bəlağə, Hikmət 32
8. Biharul-Ənvar, cild72, səh.236, hadis 3
9. Biharul-Ənvar, cild73, səh.262, hadis 4
10.Biharul-Ənvar, cild62, səh.293
11.Tənbihul-Xəvatir, c.2, səh.120
12.Ğurərul-Hikəm, hədis 2477
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər