Bəd fal açmaq ayə və hədislərin dili ilə |
Müəllif: Hesen_Mucteba | Bölmə: Hədislər | Vaxt: 10-09-2016, 23:11 | Şərh sayı: (0) | Baxılıb: 797
Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur.(Nisa surəsi, ayə 48)
-
Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın! (Ənam surəsi,ayə 59)
-
Allahın Peyğəmbəri (s.a.v.v): Kim falın bəd gəlməsinə görə işindən çəkinmişdirsə,Allaha şərik qoşmuşdur. (Kənzul-Ummal, hədis 28566)
-
Allahın Peyğəmbəri (s.a.v.v): Səfərə çıxmaq üçün evini tərk edən, sonra bəd fala görə geri qayıdan şəxs Muhammədə (s.a.v.v) nazil olana küfr etmişdir. (Kənzul-Ummal, hədis 28570)
-
İmam Cəfər Sadiq (ə.s): Qurani kərimlə fal açmayın. (Usuli-kafi,cild 2,səh 629,hədis 7)
-
Allahın Peyğəmbəri (s.a.v.v) buyurur: Bəd fal açan ya onun üçün bəd fal açılan şəxs (başqalarının ona açdığı bəd fala inamı olan),gələcəkdən xəbər verən, ya başqası onun gələcəyini deyəndə ona inanan, cadu edən, ya başqasına cadu etmək üçün falçıya və cadugərə müraciət edən şəxs bizdən deyil.
(Ət-Tərğib vət-Tərhib,cild 4,səh 33,hədis 4)
-
İslam Peyğəmbəri (s.a.v.v) buyurur: Bəd falın kəffarəsi təvəkküldür. (əl-Kafi, cild8, səh.198, hədis236)
-
Allahın Peyğəmbəri (s.a.v.v): Nə bəd fal doğrudur, nə də nəhslik. (Nurus-Səqəleyn,cild 4, səh.382, hədis35)
-
Hz.Peyğəmbər (s.a.v.v) falın yaxşı gəlməsini sevərdi. Falın bəd gəlməsini xoşlamazdı və buyurardı: Hər kəs nəzərinə uğursuz görünən xoşagəlməz bir şey ilə qarşılaşanda desin: İlahi! Yaxşılığı Səndən başqa heç kəs verməz.Pisliyin qarşısını da,Səndən başqa heç kəs almaz və sənin köməyinlə olmayan heç bir hərəkət və qüvvə yoxdur. (Biharul-Ənvar, cild 95, səh 2, hədis 2)
-
İmam Sadiq (ə.s): Bəd falın təsiri özündən asılıdır. Əgər ona yüngül yanaşsan yüngül olar, ağır yanaşsan ağır. Heç bir əhəmiyyət verməsən, heç nə olmaz.(əl-Kafi, cild 8, səh.197, hədis 235)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər