Yoxsulluq hədislər güzgüsündə |
Müəllif: Hesen_Mucteba | Bölmə: Hədislər | Vaxt: 10-09-2016, 23:01 | Şərh sayı: (0) | Baxılıb: 574
Allahın Peyğəmbəri (s.a.v.v) buyurur: Yoxsulluq mənim fəxrimdir və onunla iftixar edirəm.
(Biharul-Ənvar, cild 72, səh. 55)
Allahın Peyğəmbəri (s.a.v.v): İlahi! Məni möhtac saxla, möhtac öldür və möhtacların sırasında qəbirdən qaldır. (Kənzul-Ummal,hədis 16669)
Allahın Peyğəmbəri (s.a.v.v) buyurur: Yoxsullar Allahın dostlarıdır. (Biharul-Ənvar, cild 72, səh. 55)
İmam Əli (ə.s): Yoxsulluq möminə atın üzündəki bəzəkdən daha çox yaraşandır. (əl-Kafi,cild 2,səh 265)
İmam Cəfər Sadiq (ə.s): Müsibətlər Allah tərəfindən olan hədiyyələrdir və yoxsulluq Allahın xəzinəsində saxlanılır (və onu hər kəsə vermir).
(əl-Kafi,cild 2,səh 260)
Allahın Peyğəmbəri (s.a.v.v): Yoxsulluq rahatlıqdır, imkanlılıq isə çətinlik. (Kənzul-Ummal,hədis 44144)
Allahın Peyğəmbəri (s.a.v.v): (Yoxsulların) haqqını və payını ödəyən və ya çətinlikdə başqalarına kömək edəndən başqa,(bütün hallarda) yoxsul olmaq imkanlı olmaqdan daha yaxşıdır.(Biharul-Ənvar,cild 72,səh 56)
İmam Əli (ə.s): Yoxsulluğun ziyanı imkanlılığın məstliyindən (baş gicəllənməsindən) bəyəniləndir.(Ğurərul-hikəm,hədis 5904)
İmam Sadiq (ə.s): Böyük Allahın Həzrət Musaya (ə.s) münacatında deyilir: "Ey Musa! Nə vaxt yoxsulluğun sənə üz tutduğunu görsən, ona «ey əməli salehlərin geyimi, xoş gəlmisən!", sərvətin sənə üz tutduğunu gördükdə isə "bu cəzası mənə tərəf tələsən günahdır (günaha görədir)" de. (əl-Kafi, cild 2, səh. 263)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər