Sükut etməyin əhəmiyyəti hədislər ilə |
Müəllif: Hesen_Mucteba | Bölmə: Hədislər | Vaxt: 10-09-2016, 23:12 | Şərh sayı: (0) | Baxılıb: 534
Allahın Peyğəmbəri (s.a.v.v) (Əbuzərə nəsihətindən): Dörd şey var ki, mömindən başqa heç kimin ona əli çatmaz: ibadətin başlanğıcı olan sükut.
(Məkarimul – Əxlaq, cild 27, səh. 377)
-
İmam Əli (ə.s) (möminin vəsfində) buyurur: Sakit qalmağı çoxdur və vaxtı tamamilə (Allah və axirət işlərinə) sərf olunar.(Nəhcül Bəlağə,hikmət 333)
-
İslam Peyğəmbəri (s.a.v.v) buyurur: Çox susmağı sənə tövsiyə edirəm. Çünki bu şeytanın qovulmasının səbəbi və din işlərində sənin yavərindir.
(Biharul Ənvar, cild 71, səh. 279)
-
İmam Əli (ə.s) buyurur: Daim sükut etməyi seç ki onun ən az faydası salamat qalmağındır.
(Biharul Ənvar, cild 71, səh. 279)
-
İmam Həsən (ə.s): Hərçənd gözəl natiq olsan da, çox vaxt susmaq necə də yaxşı köməkçidir.
(Məani Əxbar,səh. 401,hədis 62)
-
İmam Rza (ə.s): Sükut hikmət qapılarından biridir. Sükut məhəbbət gətirər, sükut insana hər bir xeyrin və yaxşılığın yolunu göstərər. (Əl Kafi,cild 2,səh.113)
-
İmam Əli (ə) (təqvalının əlamətlərini bəyan edərkən): Sükut etməyi seçsə,sükutu onu qəmgin etməz və gülsə səsini ucaltmaz. (Nəhcül-Bəlağə, xutbə 193)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər