Həzrət İmam Rza əleyhissalamın ziyarətinin fəziləti |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 30-03-2016, 21:25 | Şərh sayı: (0) | Baxılıb: 1481
Həzrət İmam Rza əleyhissalamın ziyarətinin fəziləti
İmama Cəfər Sadiq (ə)-dan nəql olunmuşdur ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Mənim bədənimin birparçası bədənimin bir parçası Xorasanda dəfn olunacaqdır ki, Allah-təala onu ziyarət edən hər bir möminə, Cənnəti vacib və bədənini Cəhənnəm oduna haram edəcəkdir."(Biharul-ənvar. 99-cu cild, səh. 33.)
Həzrət Əli (ə) buyurub:"Mənim nəslimdən bir kişi Xorasanda məzlumcasına zəhər içib şəhid olacaqdır. Onun adı mənim adım, atasının adı isə Musəni İmranın adındandır. Hər kəs onu ziyarət edərsə, Allah-təala onun keçmiş günahlarını kainat ulduzları, yağış damcıları və aləmdə mövcud olan ağacların yarpaqları qədər olsa belə bağışlayar."(Biharul-ənvar, cild 99, səh. 34)
İmam Cəfər Sadiq (ə) buyurmuşdur:"Oğlumun oğlu Xorasan diyarının Tus adlanan bir şəhərində öldürüləcəkdir. Hər kəs o şəhərdə o Həzrətin haqqını tanıyan halda onu ziyarət edərsə, mən onu öz əlimlə, böyük günahlar edən olsa belə Qiyamət günü Cənnətə daxil edərəm.
(Ravi deyir:)Soruşdum: Sizə fəda olum, O Həzrətin haqqını tanımaqdan məqsəd nədir? Həzrət buyurdu: Yəni Həzrətdən itaət edilməsinin vacib, həçinin onun şəhid və qərib olduğunu bilməkdən ibarətdir. Hər kəs o Həzrətin haqqını tanıyan halda ziyarət edərsə, Allah-təala ona İslam düşmənləri ilə Həzrət peyğəmbərin (s) qarşısında vuruşarkən şəhid olanlardan yetmiş şəhidin savabını əta edər."(Biharul-ənvar, cild 99, səh. 41)
İmam Rza (ə) buyurub:"Hər kəs məni uzaq evimdə ziyarət edərsə, mən üç yerdə onun köməyinə çataraq onu (o) yerlərin çətinliklərindən xilas edərəm:
1. Xalqın əməl kitabları özlərinə verildikdə.
2. Sirat körpüsündən keçdikdə.
3. (Bəndələrin əməlləri) hesablanan halda.(Biharul-ənvar, cild 99, səh. 34)
Yasir Xadimdən nəql olunub ki, İmam Rza (ə) buyurmuşdur:"Agah ol və bil ki, mən məzlum halında zəhərlə öldürülüb qərib bir yerdə dəfn olunacağam. Beləliklə hər kəs məni ziyarət etmək üçün səfərə çıxarsa, duası qəbul olub, günahı bağışlanar."(Biharul-ənvar, cild 99, səh. 36)
Həzrət Əbdul-Əzim deyir:"İmam Məhəmməd Təqi (ə)-dan eşitdim ki, buyurdu:"Allah-təala mənim atamı ziyarət etmək üçün yağış, soyuq və istilik vasitəsi ilə yolda əziyyət çəkən şəxsin bədənini Cəhənnəm oduna haram edər."(Biharul-ənvar, cild 99, səh. 32)
İmam Rza (ə) buyurmuşdur: Hər kəs məni haqqım və Allahın vacib etdiyi itaətini tanıyan halda ziyarət edərsə, mən və atalarım onun üçün Qiyamətdə şəfaətçi olacağıq. Bizim şəfaət etdiyimiz şəxs, cin və insanların günahına malik olsa belə nicat tapacaqdır."(Biharul-ənvar, cild 99, səh. 32)
İmam Rza (ə) ayrı bir hədisdə buyurur:"Mənim zamanımda Allahın daha pis (bir) bəndəsi məni zəhər ilə şəhid edəcək və daha sonra məni qürbət bir diyarda dəfn edəcələr. Hər kəs məni o diyarda ziyarət edərsə, Allah-təala ona yüz min şəhid, yüz min siddiq, yüzz kin həcc və ümrə (əməllərini) yerinə yetirən və Allah yolunda cihad edən yüz min mücahidin əcrini əta edər. Həmçinin Qiyamət günü bizim dəstəmizdə məhşur olaraq, Cənnətin ali məqamlarında bizlə rəfiq olacaqdır."(Biharul-ənvar, cild 99, səh. 320)
İmam Rza (ə) buyurub: "Hər kəs qusul ilə məni ziyarət edərsə, yeni anadan olmuş uşaq kimi günahlardan pak olar."(Ləyalil-əxbar, cild 3, səh. 159)
İmam Məhəmməd Təqi (ə)-dan soruşuldu: İmam Huseyn (ə)-ın ziyarəti üstündür, yoxsa atan İmam Rza (ə)-ın ziyarəti? İmam Məhəmməd Təqi (ə) ağlayıb göz yaşı tökdükdən sonra buyurdu:"Atamın ziyarəti üstündür. Çünki İmam Huseyn (ə)-ın zəvvarları çox, atamın zəvvarları isə azdır."(Biharul-bəhiyyə, səh 31)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər