Namaz - Əhli Beyt (ə.s) kəlamlarında |
Müəllif: Hesen_Mucteba | Bölmə: Hədislər | Vaxt: 5-09-2016, 23:23 | Şərh sayı: (0) | Baxılıb: 500

Allahın Rəsulu (s.a.v.v) buyurur: Namazını yüngül sayanlar məndən deyil. Allaha and olsun ki, belə bir şəxs mənim yanıma (Kövsər hovuzuna) gələ bilməz. (Mən la yəhzurul-fəqih, 1/ 206)
Vacib namaz Allah yanınıda yaxşı qəbul olunmuş min həcc və min ümrəyə bərabərdir.(Biharul Ənvar, 99/14)
Namazda elə halda ol ki, sanki ömrünün sonuncu namazını qlırsan (Biharul Ənvar, 69/ 408)
Möminin şərəfi gecə yuxudan qalxıb namaz qılmaq, izzəti isə başqalarından ehtiyacsız olmaqdır.
(Biharul Ənvar, 77/ 120)
İmam Əli (ə.s) buyurur: Əgər namaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olunduğunu bilsəydi heç vaxt başını səcdədən götürməzdi. (Təsnifu Ğurərul-hikəm, 175)
İmam Baqir (ə.s) buyurur: Qiyamət günü bəndədən soruşulan ilk əməl namazdır, əgər namaz qəbul olunsa sair əməllər də qəbul olunacaqdır, əks halda sair əməllər ona heç bir fayda verməyəcəkdir.
(Biharul Ənvar, 7/ 267)
İmam Sadiq (ə.s) buyurur: Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz.
(Biharul Ənvar, 82/ 236)
Gecə namazını əldən vermə! Həqiqətən ziyankar o şəxsdir ki, gecə namazından məhrum olsun.
(Biharul Ənvar, 83/ 127)
Üç şey möminin fəxri, dünyada və axirətdə zinətidir: Gecənin axrında namaz qılmaq, xalqın malına göz dikməmək,Muhamməd (s.a.v.v) övladlarından olan İmamın vilayətini qəbul etmək.
(Biharul Ənvar, 75/ 107)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər