Salam vermək haqqında hədislər |
Müəllif: Hesen_Mucteba | Bölmə: Hədislər | Vaxt: 10-09-2016, 23:31 | Şərh sayı: (0) | Baxılıb: 796
Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya qaytarın! Allah hər şeyi hesaba alandır. (Nisa,ayə 86)
-
Eve daxil olanda özünüze salam verin ki, bu Allah terefinden mübarek ve pak salamlamadır.(Nur,ayə 61) İslam Peyğemberi (s.a.v.v) buyurur: Sizlərdən biriniz eve daxil olan zaman salam versin.Çünki salam hemin eve bereket endirir ve melekler o eve ünsiyyete girir.
-
İmam Sadiqden (ə.s) neql edirler: Allahın Peyğəmbəri (s.a.v.v) buyurmuşdur: Kim salam vermemiş söze başlarsa, ona cavab vermeyin.Elece de buyurmuşdur: Heç kesi salam vermeyince yemeyine devet etme.
-
Allahın Peyğəmbəri (s.a.v.v): Salamsız söhbət edənin sözünə cavab vermə.Sözünüzü salamla başlayın.Hər kim sizinlə salamsız söhbətə başlasa cavab verməyin.
-
İmam Sadiq (ə.s): "Əssəlam əleykum!" deyən şəxs 10 savab qazanar. "Əssəlam əleykum və rəhmətullah!" deyən 20 savab əldə edir. "Əssəlam əleykum və rəhmətullahi və bərəkatuh!" deyən şəxs isə 30 savab.
-
İmam Baqir (ə.s): Nə yəhudiyə salam verin, nə də xaçpərəstə.Nə məcusiyə,nə bütpərəstə, nə süfrə başında şərab içənlərə,nə şahmat və nərd oynayanlara,nə özünü qadın surətinə salan kişiyə, nə ismətli qadına böhtan deyən şairə və nə də namaz qılana (namaz vaxtı) salam verməyin. Çünki namaz qılan salamın cavabını verə bilmir,halbuki müsəlmana salam vermək müstəhəbbdir,salamı almaq isə vacib. Nə sələm yeyənə salam verin, nə ayaq yolunda olana, nə hamamda olana, nə açıq-aşkar günah və fisq edən fasiqə salam verməyin.(Biharul-Ənvar,cild 76, səh.9)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər