Tez-tez dini mənbələrdə “Kənzül-ümmal” kitabının adına rast gəlirik. Bu kitab nədən bəhs edir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 31-12-2015, 01:43 | Şərh sayı: (0) | Baxılıb: 428
Tez-tez dini mənbələrdə “Kənzül-ümmal” kitabının adına rast gəlirik. Bu kitab nədən bəhs edir?
“Kənzül-ümmal” böyük hədis məcmuəsidir. Şiə məzhəbində “Biharül-ənvar” irihəcmli hədis məcmuəsi sayıldığı kimi, əhli-sünnə dünyasında da “Kənzül-ümmal” bu cür qəbul edilir. Amma “Kənzül-ümmal” “Biharül-ənvar”a nisbətən xeyli yığcamdır və şərhsizdir. “Kənzül-ümmal” şafii məzhəbli böyük alim Süyutinin 3 məşhur kitabındakı hədislər əsasında tərtib edilmişdir. Kitabda Həzrət Mühəmməd Peyğəmbərin (s) hədisləri əlifba sırası ilə mövzu ardıcıllığı üzrə düzülüb. “Kənzül-ümmal”ı XVI əsrdə yaşamış Hindistan əsilli sufi alim, Müttəqi Hindi kimi tanınan Əlaəddin Əli Müttəqi ibn Hüsaməddin tərtib etmişdir. “Kənzül-ümmal” kitabında 46 mindən artıq hədis toplanıb, hədislər sənədsiz, yalnız səhabənin adı verilməklə qeyd edilib. Kitab 18 cilddə nəşr olunmuşdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər