RSS
 

Login:
Şifrə:
» » “Bütün kozırlar indi Bakının əlindədir”

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

“Bütün kozırlar indi Bakının əlindədir”

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 10:19 | Şərh sayı: (0) | Baxılıb: 721

“Bütün kozırlar indi Bakının əlindədir”


“Bütün kozırlar indi Bakının əlindədir”AŞPA-dakı son müzakirələr Qarabağ ətrafında yeni situasiya, Azərbaycana isə unikal imkanlar açıb...
İstənilən vasitəçiliyin əsasında, sözsüz ki, tərəfsizlik və qərəzsizlik, obyektiv ədalətlilik prinsipləri dayanmalıdır. Əfsuslar olsun ki, Dağlıq Qarabağ məsələsinin həllində bu missiyanı öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupundan bu keyfiyyəti on illərdir müşahidə edə bilmirik və belə görünür, belə bir şeyi heç gözləməyə də dəyməz. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) son sessiyasında Qarabağa dair qətnamənin aqibəti buna şübhə yeri saxlamadı.

Təbii ki, ərazisinin 20%-i erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan Minsk Qrupunun ermənipərəst mövqeyinin fərqindədir və başqa həll formatları və ədalətli vasitəçilik institutu tapmaq zorundadır. Rəsmi Bakı buna, sadəcə, məhkumdur.

“Ermənistan danışıqlar prosesində vaxt uzadır, ATƏT-in Minsk Qrupu isə məsələnin həllinə yox, dondurulmasına çalışır”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə ötən həftəsonu keçirdiyi görüşü zamanı deyib. Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu deyən dövlət başçısı bir daha qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək.

Lakin bundan ötrü iki əsas yol var - sülh və hərb yolu. Müharibə variantı bəlli səbəblərdən hələlik istisnadır. Hər halda, Azərbaycanın uğurlu hərbi əməliyyatlar aparması üçün zəruri regional və beynəlxalq şərtlər yetişməmiş kimi görünür. Bundan ötrü ən azından Ermənistanın əsas hərbi müttəfiqi Rusiyanın neytral qalacağına əmin olmaq gərəkdir.
Qalır ikinci - sülh yolu. Bu yol ağır, mürəkkəb olsa da, əlbəttə ki, müharibədən yaxşıdır - əgər həm işğalçı tərəf, həm də vasitəçilər konstruktiv mövqe tutsa, beynəlxalq hüquq prinsiplərinə hörmət eləsə. Bu da hələ ki, gözə dəymir. Təbii ki, ölkəmizin dünyadakı demokratik imici də məsələdə öz neqativ rolunu oynamaqdadır və bu amil üzərində də Bakının ciddi düşünməsinin vaxtı çatıb.

***
Ancaq mərkəzi səbəb kimi obyektiv vasitəçilik ən aktual problem olaraq qalmaqdadır. Bu üzdən 25 ildir işğaldan əziyyət çəkən Azərbaycanın məsələni AŞPA-nın diqqətinə gətirmək istəyi gərək ki, hamı tərəfindən, ələlxüsus da Minsk Qrupu həmsədrləri tərəfindən anlaşıqlı qarşılansın. Amma əksi müşahidə edildi.

Çox qəribədir, vasitəçilik könüllülük prinsipi əsasında olduğu halda, həmsədrlər problemin AŞPA gündəliyinə gətirilməsini az qala süngü ucunda qarşılayaraq, əsassız yerə özlərinin “əvəzolunmazlığını” qabartdılar və hətta AŞPA-ya, Azərbaycana təzyiq xarakterli bəyanat verdilər. 23 illik vasitəçilik uğursuzdursa, görəsən ondan imtina nədən mümkün olmasın? Zorən vasitəçilik, üstəlik, effektsiz vasitəçilik olurmu?

Bu xüsusda AŞPA-nın son sessiyasında Ermənistanın işğalçılığı ilə bağlı müzakirəyə çıxarılmış və biri qəbul edilən iki qətnamə ətrafında müzakirələr davam edir. Bir sıra analitiklərə, o sırada erməni təhlilçilərinə görə, Sərsəng su anbarı ilə bağlı qəbul olunmuş qətnamə də Azərbaycanın kifayət qədər ciddi uğurudur, çünki orada Ermənistan birmənalı şəkildə işğalçı kimi göstərilməklə yanaşı, sənəd Bakıya başqa siyasi avantajlar yaradır.

***

“Beynəlxalq təşkilatın Azərbaycanın xeyrinə qəbul elədiyi istənilən rəsmi sənəd Dağlıq Qarabağ münaqişəsinin və ya onun nəticələrinin təsnifləndirilməsi baxımından rəsmi Bakı üçün mühüm önəm kəsb edir, ona görə ki, İrəvana təzyiqlər və diplomatik manevrlər üçün daha bir plasdarm yaradır”. Bu fikri rusdilli vesti.az saytına müsahibəsində rusiyalı siyasi analitik Oleq Kuznetsov söyləyib.

Politoloqun sözlərinə görə, AŞPA qətnaməsi ilə Azərbaycanın sərəncamına həm de-yure, həm də de-fakto öz xarici siyasətinin müdafiəsi xeyrinə növbəti beynəlxalq-hüquqi alət verilib: “Bu alətdən ağılla istifadə eləmək lazımdır. Çünki istəsək də, istəməsək də bizi əhatə edən dünya dilalektika qanunları əsasında yaşayır. Həmin qanunlardan biri kəmiyyət dəyişikliklərini keyfiyyət dəyişikliklərinə çevirmək zərurətini özündə ehtiva edir. Bu mənada Azərbaycan AŞPA-dan Dağlıq Qarabağ məsələsindəki mövqeyinə dəstək kimi daha bir sanballı arqument alıb”.



Ekspertin qənətincə, qəbul edilən qətnamə keçməyən qətnamə ilə müqayisədə Azərbaycandan ötrü daha vacib sənəddir: “Bildiyim qədər Robert Uolterin məruzəsi müstəsna olaraq siyasi xarakterli idi və bu səbəbdən əgər keçsəydi, o, sırf siyasi xarakter daşıyacaqdı. Mahiyyətcə həmin sənəd hansısa real nəticələr vəd eləmədən faktların konstatasiyasından ibarət idi, konfliktin nizamlanmasında özünəməxsus dalan budağı idi. Qəbul edilən ikinci qətnamə isə onun məzmunun hüquqi interpretasiyası üçün geniş məkan açır, yəni Bakının növbəti addımları üçün real bazis qismində çıxış edir. İndi Azərbaycan rəhbərliyi və ölkənin xarici siyasət idarəsi qarşısında bütün ciddiliyi ilə belə bir sual durur ki, əldə olunan yeni alətdən Azərbaycan xalqının maraqları üçün rasional şəkildə necə istifadə eləmək olar?



Şəxsən mən hesab edirəm ki, Bakının növbəti addımı erməni işğalçı qüvvələrinin Sərsəng su anbarı ətrafında hərəkətlərini ekosid kimi tanınması yönündə təşəbbüs olmalıdır. Vaxtilə BMT Dağlıq Qarabağda meşə yanğınları ilə bağlı qətnamə qəbul eləmişdi və bu vəziyyətə görə Ermənistanın işğalçı hakimiyyətini situasiyanın günahları kimi göstərmişdi. İndi rəsmi Bakının sərəncamında üstəlik, AŞPA-nın Sərsəng su anbarı ilə bağlı sənədi var. Fikrimcə, bu iki sənəd kifayətdir ki, beynəlxalq hüquq instansiyalarında təbii resursların və obyektlərin ermənilər tərəfindən qəsdən məhv edilməsinə dair araşdırmalara başlansın.

Konkret nədən söhbət getdiyini başa düşməyənlər üçün izah edim ki, “ekosid” anlayışı altında dünya hüquq elmi və praktikasında bitki və heyvan aləminin kütləvi şəkildə məhvi, atmosferin və ya su hövzələrinin zəhərlənməsi, həmçinin, ekoloji fəlakətlərə gətirən digər hərəkətlər nəzərdə tutulur. Ekosid - dünyaya və bəşəriyyətin təhlükəsizliyinə qarşı cinayət sayıldığından, onun cinayət-hüquqi kvalifikasiyasının əsasında beynəlxalq hüquq normaları dayanır ki, bunu da Azərbaycan XİN-in hüquqşünasları yaxşı bilməlidir".



Analitik bu üzdən erməni tərəfinin sevinməsi üçün heç bir əsas görmür: “AŞPA əslində erməni tərəfə onu sakitləşdirmək üçün sümük atıb, sümüyün ”ətini" isə Azərbaycana verib. Bütün kozırlar indi Bakının əlindədir. Qarabağ qətnaməsinin keçməməsi o deməkdir ki, qurum Azərbaycanın hərbi xarakterli hərəkətlərinə normal baxır. Yəni sənədin keçməməsi ilə Bakı faktiki surətdə Dağlıq Qarabağda erməni qüvvələrini ağır hücum silahlarından istifadə etməklə bundan sonra da metodik şəkildə məhv eləmək üçün AŞPA-dan kart-blanş əldə edib. AŞPA parlamentarlarının nəzərincə, belə hərəkətlər artıq “zoraqkılığın artması” hesab olunmur. Qısası, yeni situasiyaya mətnlər prizmasından deyil, ilk növbədə bu sənədlərin açdığı imkanlar prizmasından baxmaq lazımdır. Açılan imkanlar isə çox-çox genişdir..."

***

Rusiyalı analitikin maraqlı təkliflərini, yəqin ki, Azərbaycan hökuməti, Xarici İşlər Nazirliyi nəzərə alacaq. Ən əsası, bu təkliflərin reallaşması ermənipərəst mövqe tutan Minsk Qrupu həmsədrlərini də fakt qarşısında qoya, onları öz mövqelərinə düzəlişlər etməyə vadar edə bilər. Əks halda, özünüifşa və yeni həll formatı daha sürətlə gündəmə gələcək.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor