Ermənistan AŞPA-da Azərbaycana qarşı kontur-ssenari hazırlayır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 20:02 | Şərh sayı: (0) | Baxılıb: 332
Ermənistan AŞPA-da Azərbaycana qarşı kontur-ssenari hazırlayır

Budəfəki toplantının Azərbaycan üçün önəmi odur ki, sessiya çərçivəsində Ermənistan əleyhinə iki mühüm qətnamə layihəsi səsverməyə çıxarılacaq. Onlardan biri “Dağlıq Qarabağ və Azərbaycanın işğal altındakı digər ərazilərində zorakılıqlar”, o biri isə Sərsəng su anbarının qanunsuz istismarı haqdadır.
Hər iki sənın qurucu müvafiq komitələrinin təsdiqindən artıq keçib. Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, vəziyyətdən narahat olan erməni tərəfi qətnamələrin qəbulunu əngəlləmək üçün bir neçə ssenari hazırlayıb. Bu barədə yazan “Aykakan jamanak” qəzeti erməni tərəfinin hansı kontur-addımlar atacağının ciddi məxfilik altında olduğunu qeyd edib - guya Azərbaycan tərəfi tez xəbər tutsa, əks-tədbirlər görə bilər.
O da bildirilir ki, əgər bu sənədləri əngəlləmək mümkün olmasa, o zaman Ermənistan nümayəndə heyətinin rəhbəri, parlamentin vitse-spikeri Ermine Naqdalyan vəzifəsindən istefa verəcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər