RSS
 

Login:
Şifrə:
» » Qarabağ məsələsi böyük güclərin “alver vasitəsi”nə çevrilir

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Qarabağ məsələsi böyük güclərin “alver vasitəsi”nə çevrilir

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 20:31 | Şərh sayı: (0) | Baxılıb: 233

Qarabağ məsələsi böyük güclərin “alver vasitəsi”nə çevrilir


Qarabağ məsələsi böyük güclərin “alver vasitəsi”nə çevrilirMinsk Qrupunun işğalçıya deyil, işğala məruz qalmış Azərbaycana güc nümayişinin pərdəarxası; ATƏT-in İrəvan ofisi Ermənistanı qoyub AŞ PA-nı niyə suçladı? Azərbaycanlı ekspert: “Bir daha əmin olduq ki...”
Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Dağlıq Qarabağla bağlı qətnamənin müzakirəyə çıxarılması Minsk Qrupu həmsədrlərinin gerçək mahiyyətini və güddükləri hədəfi bir daha qabarıq şəkildə ortaya qoydu. Qətnamənin qəbulu 4 səs fərqlə və məhz həmsədrlərin birbaşa və ya dolayı müdaxiləsi ilə tormozlansa da, prosesin özünə çox mühüm bir faydası da oldu.

Bu fayda da ondan ibarətdir ki, Azərbaycan tərəfində artıq şübhə qalmadı ki, Minsk Qrupu adlanan format Qarabağ ixtilafını beynəlxalq hüquq normaları və BMT qətnamələri, Azərbaycanın təməl haqqı çərçivəsində çözmək iqtidarında deyil və həmsədrlər daha çox öz ölkələrinin maraqlarını əsas götürürlər, nəinki beynəlxalq normaları.

AŞ PA-dakı sənədin qəbuluna müqavimət, hətta quruma təzyiqlər bir daha nümayiş etdirdi ki, Minsk Qrupu həmsədrləri fiasko olan 23 illik səmərəsiz vasitəçilikdən nəticə çıxarmaq əvəzinə, mənasız fəaliyyətlərini bundan sonra da davam etdirmək əzmindədirlər və üstəlik, hansısa başqa qüvvənin Qarabağ problemi ilə məşğul olmasına dəhşətli dərəcədə qısqanc yanaşırlar.

Belədə vasitəçilərə ünvanlı tam məntiqli və yerində olan bir sual ortaya çıxır: özünüz problemi nizamlamaq bir qırağa, 23 ildə heç 1 sm belə yerindən qaldıra bilmədiniz, heç olmasa, maneə yaratmayın.

***
İşin ən absurd tərəfi də odur ki, bu formatın özünü doğrultmamasına rəğmən, həmsədrlər hələ də özlərini alternativsiz sayırlar. Hələ üstəlik, AŞ PA-nı günahkar çıxarırlar. ATƏT-in İrəvan ofisinin məsələ ilə bağlı mövqeyi buna əyani sübutdur.

“AŞ PA ATƏT-in əsas prinsiplərini qulaqardı edərək xüsusi xətt yürüdür”. Bu sözləri İrəvan ofisinin başçısı, səfir Andrey Sorokin erməni portalına müsahibəsində AŞ PA-nın Sərsəng su anbarı ilə bağlı qəbul elədiyi sənədin Qarabağ danışıqlarının gedişinə neqativ təsir edib-etməyəcəyi barədə sualı cavablandırarkən deyib.



Səfir bildirib: “AŞ PA-nın qış sessiyasının gündəliyinə Ermənistan üçün iki sərt və xoşagəlməz məruzə daxil edilmişdi. Onlardan birini gündəlikdən çıxarmaq mümkün oldu. Bu artıq qələbədir. Əfsus ki, ikincini çıxarmaq mümkün olmadı”. ATƏT nümayəndəsi onu da əlavə edib ki, “əsas məsələ Qarabağ problemini Minsk Qrupu çərçivəsində həll eləməkdir”.
Diqqət edildi yəqin ki, ATƏT-in İrəvan ofisinin rəhbəri erməni işğalını birmənalı şəkildə pisləyən Qarabağ qətnaməsinin keçməməsini qələbə sayır - ermənilər kimi. Bunun ardınca onun konflikti “Minsk Qrupu çərçivəsində” necə gördüyünü təsəvvür eləmək çətin deyil.
Azərbaycan illərdir məhz elə buna etiraz edir ki, ATƏT-in vasitəçilik institutu artıq tərəfsiz deyil, qərəzlidir və işğalçı tərəfin maraqlarından çıxış eləməklə öz nüfuzunu və ədalətli arbitr imicini itirib. Üçüncü on dildir problemin yerində qalmasının yeganə səbəbi elə budur. Azərbaycan ona etiraz edir ki, Qarabağ məsələsi böyük güclərin “alver vasitəsi”nə çevrilməkdədir. Bu üzdən rəsmi Bakının tam haqqı çatır ki, başqa, daha ədalətli vasitəçilər və həll formatları axtarışına çıxsın.

***

O ki qaldı cənab Sorokini təəssüfləndirən ikinci qətnamə və onun qəbuluna, onun nədən belə məyus olduğuna sənədin mətninə nəzər salmaqla asanlıqla əminlik hasil eləmək olar. Yeri gəlmişkən, erməni ekspertlər də bu qətnamənin Ermənistan üçün Qarabağ qətnaməsindən heç də az təhlükəli olmadığını bəyan ediblər. Həm də ictimai marağı nəzərə alıb, sənədin mətni təqdim edirik:

“1. Parlament Assambleyası bütün üzv dövlətlərə xatırladır ki, 1966-cı il Helsinki və 2004-cü il Berlin Qaydalarına əsasən, sudan istifadə hüququ həyat və sağlamlıq üçün vacibdir və bununla, digər insan hüquqlarından istifadənin ilkin şərtini təşkil edir. Assambleya dövlətlərin öz əhalisini yetərli, təhlükəsiz və əlverişli su ehtiyatları ilə təmin etmək öhdəliyini vurğulayır.

2. Assambleya hesab edir ki, içməli sudan maneəsiz istifadə (suya maneəsiz çıxış) hər bir dövlət üçün əsas hüquq, həyat mənbəyi və strateji əhəmiyyətə malikdir və sərhədlərin mövcudluğu bu istifadəni məhdudlaşdıra bilməz. Assambleya təsdiq edir ki, qəsdən sudan məhrum etmə günahsız vətəndaşlara zərər yetirmə vasitəsi kimi istifadə edilə bilməz.
3. Assambleya bildirir ki, qəsdən süni ətraf mühit böhranı yaratmaq “ekoloji təcavüz” kimi qəbul edilməli və ekoloji fəlakət zonaları yaratmaq, həmçinin aidiyyəti əhalinin normal yaşamını çətinləşdirmək məqsədilə bir dövlətin digərinə qarşı düşmənçilik hərəkəti kimi qiymətləndirilməlidir.

4. Assambleya qınayır ki, Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan tərəfindən işğalı Azərbaycanın Aşağı Qarabağ bölgəsində yaşayan əhalisi üçün oxşar humanitar və ekoloji problemlər yaradır.

5. Assambleya xatırladır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri 20 may 2014-cü il tarixli bəyanatında tərəflərin regionun ümumi faydası üçün bu su resurslarından birgə istifadə üzrə razılıq əldə edəcəyinə ümid edib.

6. Assambleya bildirir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən birində yerləşən Sərsəng su anbarında 20 ildən artıq dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması bütün ətraf ərazilər üçün təhlükə yaradır. Assambleya vurğulayır ki, Sərsəng su anbarının baxımsız vəziyyətdə qalması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana səbəb ola biləcək böyük fəlakətə gətirib çıxara bilər.

7. Bu vacib humanitar problemi nəzərə alaraq, Assambleya tələb edir:

7.1. Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması və bununla:
7.1.1. müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi;

7.1.2 sutoplama dövründə Sərsəng su resurslarının istifadəsi və onların saxlanmasının beynəlxalq idarəçiliyi;

7.1.3. suvarma kanalları, Sərsəng və Madaqiz su anbarlarının vəziyyəti, payız və qış mövsümündə su verilməsi cədvəli və su hövzələrinin həddən artıq istismarına beynəlxalq nəzarət;

7.2. Ermənistan hakimiyyəti su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırsın.

8. Assambleya bu məsələ ilə bağlı hesabatın hazırlanması prosesində Ermənistan parlament nümayəndə heyəti və hakimiyyətinin əməkdaşlıq etməməsi faktını kəskin şəkildə pisləyir. Assambleya Ermənistanın bu kimi davranışının Avropa Şurasının tamhüquqlu üzvü kimi üzərinə götürdüyü öhdəliklərinə uyğun gəlmədiyini hesab edir. Assambleya bu və parlamentarilərin səlahiyyəti dövründə yarana biləcək buna oxşar məsələlərdə atacağı addımları nəzərdən keçirir.

9. Assambleya aidiyyəti tərəfləri Sərsəng su anbarının resurslarından birgə istifadə sahəsində yaxından əməkdaşlıq etmək üçün öz səylərini artırmaga çağırır və bildirir ki, bu kimi əməkdaşlıq istənilən münaqişənin həlli üçün vacib olan etimad quruculuğu tədbirlərini yarada bilər".

***



Göründüyü kimi, sənəddə beynəlxalq hüquqa tam sayğı çərçivəsində Ermənistan öz adı ilə çağırılıb və Azərbaycan ərazilərinin hansısa mifik “DQR ordusu” tərəfindən deyil, məhz Ermənistanın işğalçı qüvvələri tərəfindən zəbt edildiyi açıqca göstərilib, bu qüvvələrin ölkəmiz ərazisindən qeyd-şərtsiz çıxarılmalı olduğu vurğulanıb.

Odur ki, erməni konyakının təsiri altında olan bu dələduz ofis başçısına sual eləmək istəyirsən: AŞ PA bununla ATƏT-in hansı prinsiplərini qulaqardı edib və ya konkret hansı beynəlxalq qanunları pozub? Sadalaya bilərsizmi?

***
Minsk Qrupu həmsədrlərinin AŞ PA sənədlərinə münasibətdə tutduqları mövqe gözlənildiyi kimi, Azərbaycanda istər rəsmi, istərsə də qeyri-rəsmi səviyyədə və ekspert dairələrində sərt etirazla qarşılanıb.

“ATƏT-in Minsk Qrupuna təsir mexanizmləri işlənməlidir”. Bunu salamnes-a siyasi ekspert Arzu Nağıyev deyib. Onun sözlərinə görə, AŞ PA-da Azərbaycanın haqlı mövqeyinin nəzərə alınmaması belə deməyə əsas verir: “AŞ PA-dakı səsvermə zamanı səs fərqinə diqqət yetirəndə görünür ki, ən böyük təsir məhz həmsədrlərin bəyanatlarından sonra olub. Təbii ki, bu da onların təmsil etdiyi dövlətlərin mövqeyidir. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrovun yeddi rayonla bağlı bəyanatında da gördük”.

Arzu Nağıyevin fikrincə, hazırda ortada olan nəticə budur ki, nüfuz savaşı davam edir və Azərbaycan bu istiqamətdə müstəqil siyasətini yürütməli, ordu quruculuğuna və xarici siyasətə önəm verməlidir: “Bir daha əmin olduq ki, güc nümayiş etdirməklə təcavüzkarı danışıqlar masasına əyləşdirmək ən müsbət yoldur”.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor