RSS
 

Login:
Şifrə:
» » Region kreditlərində yeni girov təklifi

Xəbər lenti

Özünü tərbiyə və təqva
Özünü tərbiyə və təqva...
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi...
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)...
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Region kreditlərində yeni girov təklifi

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 17:11 | Şərh sayı: (0) | Baxılıb: 187

Region kreditlərində yeni girov təklifi


Region kreditlərində yeni girov təklifi Ölkədə yeni iki bankın açılması təklif olunur
Azərbaycanın regionlarında kredit götürmək istəyənlərin ən böyük problemi girov təqdimatı zamanı baş verir.

ANS PRESS-in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov bildirib. Onun sözlərinə görə, kredit götürmək istəyənlərin təqdim etdikləri girov banklar tərəfindən o qədər də maraqla qarşılanmır.

Nazirin sözlərinə görə, bankların bu girovları qəbul etməməsi psixoloji məqamlarla bağlıdır: “Belə ki, kənd yerlərində girov kimi təqdim edilən mülklərin satılması praktiki olaraq qeyri-mümkündür. Ona görə yox ki, maraq yoxdur. Sadəcə psixoloji olaraq, kimsə kənd yerlərində başqa bir adama məxsus evin alınmasına getmir. Ona görə də banklar bundan imtina edirlər. Nəticə etibarilə, kreditlərin girovu faktiki olaraq mövcud deyil. Bunun həll yolunu tapmışıq desək, düzgün olmaz. Biz Mərkəzi Bank, Banklar Assosiasiyası və banklarla bu məsələni yenidən müzakirə etməliyik”.

Statistika da Azərbaycanda uzunmüddətli kreditlərin 78 faizinin Bakının payına düşdüyündən xəbər verir. Statistikaya görə, 2015-ci ilin dekabr ayının əvvəlinə kimi ölkə üzrə 9,044 milyard manat kredit verilib və bunun 7,057 milyard manatı Bakının payına düşüb. Ölkə əhalisinin yarıdan çoxunun yaşadığı regionların payına isə uzun müddətli kreditlərin yalnız 22 faizi düşüb.

Son illərdə hökumətin göstərdiyi səylər nəticəsində regionlarda kredit qoyuluşlarının miqdarı xeyli artıb. Məsələn, ötən il aqrar sahədə investisiya layihələrinin maliyyələşdirilməsi üçün 213 milyon manat güzəştli kredit verilib. Rəqəm iri görünsə də, bu, aqrar sahədə çalışanların 2 faizindən az bir hissəsini əhatə edib. Kreditlər cəmi 5100 sahibkarlıq subyektinə verilib. Halbuki, ölkədə 800 minə yaxın kəndli təsərrüfatı var.

Mərkəzi Bankın ölkənin bölgələri üzrə kredit qoyuluşu bülletenində yer alan rəqəmlərə görə, regionlarda verilən kreditlərin faiz dərəcələri Bakı ilə müqayisədə təxminən iki dəfə yüksəkdir. Əgər Bakıda uzunmüddətli kreditlərin orta dərəcəsi 12,1% olubsa, regionlarda bu göstərici 22%-ə qədər qalxır.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) aparıcı mütəxəssisi, "İqtisadi forum" jurnalının baş redaktoru Samir Əliyev ANS PRESS-ə müsahibəsində bunun yetərincə yüksək olduğunu bildirib: "Regionlarda hətta güzəştlə verilən kreditlərin dərəcəsi 15-16 faiz ətrafında dəyişir. Halbuki, kiçik və orta sahibkarlığın (KOS) inkişafı üçün aşağı dərəcəli kreditlərin verilməsinə böyük ehtiyac var. Bu sektorun inkişafı üçün dərəcəsi 5-6% ətrafında kreditlərin verilməsinə ehtiyac var".

Hökumət tərəfindən kreditlərin hamı üçün əlçatar olmadığı göz qabağındadır. Beləliklə, yüz minlərlə kəndli təsərrüfatı güzəştli kreditləşdirmədən kənarda qalır. Belə olan təqdirdə fermerlər əsasən kustar üsullarla təsərrüfatçılığı davam etdirir və lazımi səviyyədə məhsul əldə edə bilmirlər. Bəzi regionlarda isə kəndlilər ümumiyyətlə torpağı əkməkdən imtina edirlər. Mərkəzi Aran regionunda 400 min hektar torpağın əkin dövriyyəsindən çıxması məhz bununla bağlıdır.

Bu kreditlərin verilməsi zamanı çox vaxt girov təminatı ilə bağlı problemlər ortaya çıxır, çünki reginlarda əmlak ucuzdur və banklar həmin obyektləri girov kimi qəbul edə bilmirlər. Bəzən qanun pozuntuları nəticəsində girov obyektlərin qiyməti şişirdilir. Belə kreditlər çox vaxt təyinatı üzrə işlədilmir. Nəticədə, ölkə üzrə problemli kreditlərin miqdarı artır. Regionlarda kredit almaq istəyən kiçik və orta sahibkarlıq subyektləri də təxminən eyni vəziyyətlə qarşılaşırlar.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda iqtisadiyyat naziri Şahin Mustafayev bu problemə toxunub: “Regionlarda sahibkarların uzun illərdir banklarda üzləşdikləri girov probleminin həlli üçün kiçik həcmli güzəştli kreditlərin girovsuz verilməsi məqsədilə 32 bank olmayan kredit təşkilatı əməkdaşlığa cəlb edilib və onların vasitəsilə 7 minədək fermerə 53 milyon manat kredit verilib”.

Lakin yuxarıda bəhs edildiyi kimi bu, ölkədəki kəndli təsərrüfatlarının 1%-dən də az bir rəqəmdir. Buna görə İTYİB təmsilçisi Samir Əliyev bu problemin həlli ilə birbaşa məşğul olacaq bankların yaradılmasını vacib sayır: "Düşünürəm ki, indiki ölkədə ixraca dəstək üçün xüsusi bank lazımdır. Əksər ölkələrdə belə banklar var. Həmçinin, aqrar sektorun dəstəklənməsi üçün xüsusi banka ehtiyac var. Bu banklar tam dövlət bankı olmaya da bilər, amma dövlətin iştirak payı yüksək olmalıdır".

İqtisadçı ekspertin irəli sürdüyü bu məsələdə Türkiyə təcrübəsindən yararlanmaq olar. 1863-cü ildə hələ Osmanlı dövləti tərəfindən qurulmuş xüsusi aqrar bank kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsi ilə məşğuldur. Ölkənin üç dövlət bankından biri olan bankın ölkə üzrə 1400-dən çox filialı var. Aktivləri 50 milyard dollara çatan bank həm aqrar sektorun, həm uzunmüddətli kreditlərə, həm də qısamüddətli kreditlərə olan ehtiyacını ödəyir.

Dünya bazarında neftin qiymətinin düşməsi üzündən neftdən kənar sektoru inkişaf etdirməyə məcbur olan Azərbaycan da məhz aqrar sektordan başlamalıdır. Aqrar sektorda çağdaş innovasiyaların tətbiqi ilə yetişdirilən məhsullar emal sənayesinə verilərək ixrac yönümlü məhsullara çevrilməlidir. Bunun üçün Azərbaycanda da hər iki bankın açılmasına ehtiyac var.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor