Mərkəzi Bankda təcili toplantı - Kreditlərin taleyi müzakirə olunur |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-12-2015, 12:39 | Şərh sayı: (0) | Baxılıb: 438
Mərkəzi Bankda təcili toplantı - Kreditlərin taleyi müzakirə olunur
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) ölkənin kommersiya banklarının İdarə Heyətinin sədrləri ilə görüş keçiriləcək.
Fins.az-ın məlumatına görə, bankirlər qurumun baş direktoru Rəşad Orucovla görüşəcək.
Görüşdə milli valyutanın “üzən məzənnə” rejiminə keçirilməsindən sonra bank sektorunda yaranmış vəziyyət, dollarla götürülmüş kreditlərin qaytarılmasındakı çətinlikliklər, bununla bağlı əhali arasında yaranmış narazılıq, vəziyyətdən çıxış yolları müzakirə olunacaq.
AMB-dən o da bildirilib ki, görüşə bütün bank rəhbərləri deyil, kredit qoyuluşunda əhəmiyyətli paya malik olan, sistem əhəmiyyətli bankların sədrləri dəvət olunub. Görüşün nəticəsi olaraq ölkənni bank sektorundakı gərginliyini azaldılması ilə bağlı tədbirlər hazırlana bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər