RSS
 

Login:
Şifrə:
» » Dollar kreditləri - əhali gözləyir, banklar isə öz xeyrini güdür

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Dollar kreditləri - əhali gözləyir, banklar isə öz xeyrini güdür

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-01-2016, 10:19 | Şərh sayı: (0) | Baxılıb: 310

Dollar kreditləri - əhali gözləyir, banklar isə öz xeyrini güdür


Dollar kreditləri - əhali gözləyir, banklar isə öz xeyrini güdür Girovsuz kreditlərdə banklar qazanmaq istəyir, on min dollara qədər kreditlərin məzənnə fərqini kimin ödəyəcəyi müzakirə edilir...
Dollar kreditlərinin məsələsi yenidən aktuallaşıb. Bu dəfə yayılan xəbərlərə görə, 10 min dollara qədər krediti olanların borcunu əvvəlki məzənnə ilə- dolların 1,05 manat olduğu məzənnə ilə qaytarması mümkün ola bilər.

Ekspertlər bildirirlər ki, bu, əhalinin deyil, əslində bankların xeyrinə atılacaq addımdır. Yəni banklar bu durumda da özlərinin gəlir əldə etməsini düşünürlər. Çünki on min dollara qədər verilən kreditlərdə demək olar ki, girov yoxdur və böyük əksəriyyəti də qaytarılmayan, problemli kreditlərdir. Bu səbəbdən banklar həmin pulu hansısa üsulla dövlətdən, Mərkəzi Bankdan almaq istəyir.

Son yayılan xəbərə görə, on min dollara qədər olan kreditlərin məsələsi müzakirə olunur və bir neçə günə qərar veriləcək. “Devalvasiya nəticəsində dollarda krediti olanların borcları iki qat çoxalıb. Burada bizim fikrimizcə, dövlət dəstəyi lazımdır”,- deyə “Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribov məsələni bir daha gündəmə gətirib. “Bildiyim qədər məsuliyyətli borcalanlar üçün əhalinin 10 minədək olan dollar kreditlərinin kompensasiyası məsələsi üzərində işləmək tapşırılıb. Yəni dollarla borc alan 1,05 manat kursla ödəyəcək, borcun aradakı məzənnə fərqini isə Mərkəzi Bankın simasında dövlət qarşılayacaq. Biz 360 min ölkə vətəndaşını əhatə edən bu proqramı az gəliri olan əhalinin devalvasiyanın nəticələrindən dəstəklənməsi istiqamətində çox vacib hesab edirik. Bizim dəyərləndirməmizə görə, bu proqramın maksimal həcmi 450 milyon manat təşkil edir ki, bu zaman maliyyələşmə mənbəyi olaraq milli valyutanın devalvasiyası nəticəsində Mərkəzi Bank tərəfindən əldə olunmuş həmin 3 milyard manatın bir hissəsi çıxış edə bilər” - deyə o, bu addımın əhalinin xeyrinə olduğunu açıqlamağa çalışıb.

Həmçinin bildirilir ki, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, kommersiya bankları və ekspertlərlə birlikdə dolların məzənnəsinin bahalaşmasından doğan problemlərin həllinə yönəlik müzakirələr aparılıb. Mərkəzi Bankdakı mənbədən modern.az saytına verilən məlumata görə, yanvar ayının 20-dən sonra birgə qəbul edilmiş yeni qərarların icrasına başlanılacaq. İlk olaraq dollarla olan kreditlərlə bağlı yaranmış problemin həlli gözlənilir. Belə ki, yaranmış iqtisadi çətinlik şəraitində onsuz da borcunu ödəmək iqtidarında olmayan insanların vəziyyəti nəzərə alınaraq 10 min dollara qədər krediti olanların 21 dekabr devalvasiyasından əvvəlki məzənnə, yəni 1 dollar = 1,05 manat ödənişinə qərar veriləcək. Həmçinin şərtlər dəqiqləşdirildikdən sonra ipoteka kreditlərinin verilməsi bərpa olunacaq. Qeyd edək ki, ipoteka krediti üçün ayrılan vəsaitin 50 min manatdan 100 min manatadək artırılması da nəzərdə tutulub.

Ekspertlər yayılan xəbərləri fərqli aspektlərdən dəyərləndirirlər. Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, prinsipcə, 10 min dollara qədər olan kreditlərdəki məzənnə fərqi ödənilə bilər: “Amma burada bir məsələ var. Banklar bunu etsə, onların itkilərini kim kompensasiya edəcək? Hökumət, yaxud Mərkəzi Bank kompensasiya edəcəksə, bunun üçün ayrıca qanun layihəsi lazımdır. Resurslar lazımdır. Ölkənin resursları çox azdır, məhduddur. Büdcədə bununla bağlı heç bir ödəniş nəzərdə tutulmayıb. Yenidən büdcəyə baxılmalıdır. Büdcədə əlavə vəsait təsbit olunmalıdır. Yəni Mərkəzi Banka əlavə səlahiyyət verilməlidir ki, bunları həyata keçirsin. Çünki bankların da xarici tərəfdaşları qarşısında öhdəlikləri var, daxili kreditləşməni təmin etmək üçün valyuta cəlb ediblər. Onlar köhnə məzənnə ilə xarici tərəfdaşlarına valyuta qaytara bilməyəcəklər. Ona görə məzənnə fərqinin ödənilməsi texniki cəhətdən mümkün olsa da, mənbələri, resursları lazımdır. Resurslar görünmür. Açığı, bu addımın atılacağına inam çox azdır. Amma hətta alınsa belə, bu, məsələnin tam həlli deyil. Çünki insanların onsuz da 1,05-lə də kreditləri geri qaytarmaq imkanı yoxdur. İş yerləri bağlanır, gəlirlər azalır. Gəlirlərin azalması fonunda kreditləri köhnə məzənnə ilə də qaytarmaq çətin olacaq. Bunun bir izahı da var. İkinci devalvasiyaya qədər Azərbaycanda geri qaytarılmayan kreditlərin həcmi iki dəfə artmışdı artıq. Köhnə məzənnə ilə də artıq insanlar kreditlərini qaytara bilmirdilər. Ötən il yanvarın 1-də 900 milyon olan problemli kreditlər noyabrın 1-nə 1,6 milyarda qədər qalxmışdı”.

Ekspert Əkrəm Həsənov isə musavat.com-a açıqlamasında qeyd edib ki, bu məsələ birinci devalvasiyadan sonra da gündəmə gəlmişdi, amma reallaşmadı: “Kreditlərin əvvəlki məzənnə ilə qaytarılacağı bildirilir, hansı mexanizmlə olması heç yerdə deyilmir. Son olaraq ”Unibank" rəsmisinin çıxışından sonra məsələ yenə aktualdır. Bank rəsmisi bildirib ki, məzənnə fərqini Mərkəzi Bank ödəsin. Məzənnə fərqi ilə bağlı təklifi banklar verir. Banklar Mərkəzi Banka deyirlər ki, sən devalvasiyadan 3 milyard qazanmısan. Gəl, indi bizim müştərilərimizin 10 min dollara qədər olan borclarındakı məzənnə fərqini ödə. Müştərilər borclarını əvvəlki məzənnə ilə qaytarsınlar, yaranan fərqi, o 50 qəpiyi Mərkəzi Bank banklara ödəsin. Aydın məsələdir ki, banklar o borcu kiməsə bağışlamayacaqlar. Kimsə o pulu banklara ödəməlidir, fərqi yoxdur dövlət, bələdiyyə, hansısa varlı insan gəlib o pulu banklara verməlidir. Banklara borcu əvvəlki kursla qəbul et demək qanunsuzluqdur.

Bunu yalnız məhkəmə deyə bilər. Amma dövlət, xüsusən də Mərkəzi Bank banklara göstəriş verə bilməz. Amma indi banklar niyə belə təşəbbüs irəli sürür? Bu, əhaliyə hesablanmış addım deyil. Bankların xeyrinə olan addımdır. Ona görə ki, on minə qədər kreditlər üzrə bir qayda olaraq girov yoxdur. Əhali də işsizdir, işsiz olmayanın da maaşı aşağıdır, özünü ancaq təmin edir. Bank da başa düşür ki, onsuz da o krediti qaytara bilməyəcəklər. Vətəndaşın pulu yoxdur. Banklar bilir ki, kreditləri geri ala bilməyəcək, ona görə dövlətə deyir ki, faktiki olaraq sən bizə ödə. Həm də banklar bununla öz işlərini asanlaşdırırlar. Həmin vətəndaşları məhkəməyə verməkdən qurtulurlar və bütün fikirlərini 10 mindən çox borcların üzərində cəmləyirlər. Çünki onlarda girov var. İstisna etmirəm ki, bu təklif qəbul edilsin. Amma burada əsas hədəf əhali deyil, əhaliyə kömək deyil. Əsas hədəf banklara kömək etməkdir".

musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor