RSS
 

Login:
Şifrə:
» » Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi

Xəbər lenti

Hədislərdə süfrə ədəbi
Hədislərdə süfrə ədəbi...
Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 26-04-2024, 23:18 | Şərh sayı: (0) | Baxılıb: 266

Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi


Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi Şeyx Təbərsi özünün “Əl-ihticac” kitabında İmam Həsənin (Allahın salamı olsun ona) nəvəsi Abdullah ibn Həsəndən, o da öz atalarından belə nəql edir: “Əbu-Bəkr və Ömər Xanım Fatimənin (Allahın salamı olsun ona) Fədək bağını qəsb etdikdə, Həzrət Fatimə (Allahın salamı olsun ona) bundan xəbər tutdu. O, başını örtərək öz çadrasına büründü, xidmətçiləri və Bəni-Haşim qadınlarının bir neçəsi ilə birgə məscidə tərəf gəldi. Həzrət Zəhra (Allahın salamı olsun ona) ətəyi yerə sürtüləcək dərəcədə uzun paltar geymişdi. Yerişi sanki atası Peyğəmbərin (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) yerişini xatırladırdı. Məscidə daxil olduqda Əbu-Bəkr mühacir və ənsardan bir dəstəsi ilə birgə oturmuşdu. Pərdə çəkdilər. Xanım Zəhra pərdənin arxasına keçib əyləşdi. Həzrət Zəhra (Allahın salamı olsun ona) bu vaxt yanıqlı bir ah çəkdi. Məsciddəkilər onun yanıqlı ahından təsirlənib ağladılar. Məclisdəki vəziyyət dəyişdi. Fatimə (Allahın salamı olsun ona) bir az sükut edib camaatın ağlamaq səsinin sakitləşməsini gözlədi. Sonra öz sözünə Allahı həmd və tərif etməklə və Peyğəmbərə salavat göndərməklə başladı. Bu vaxt camaat yenidən ağlamağa başladı. Onlar ağlayıb qurtarandan sonra Xanım yenidən danışmağa başladı. O buyurdu:

“Allaha verdiyi nemətlərə görə həmd olsun, əta etdiklərinə görə ona şükr olsun. Təqdim etdiyi nemətlərə görə bütün təriflər ona məxsusdur. O, nemətləri heç bir səbəb olmadan ilk olaraq əta etmiş və onun nemətləri hər yeri əhatə etmişdir. Belə ki, onları saymaq, sonunu bilmək və onun miqdarını dərk etmək mümkün deyil. Allah yaratdıqlarını nemətlərin artması üçün şükr etməyə çağırıb və onlar üçün bunun müqabilində nemətləri artırıb. Onları şükr etməyə çağırmaqla verəcəyi nemətləri ikiqat edib.

Şəhadət verirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir. Heç bir şəriki yoxdur. Bu elə bir kəlimədir ki, ixlaslı olmağı onun əsası qərar verib və onu qəlblərdə yerləşdirib. Tovhidin dərkini təfəkkürlə açıq-aşkar edib. Gözlər onu görməkdə, dillər onu vəsf etməkdə, düşüncələr isə onun necəliyini dərk etməkdə acizdir. O, bütün mövcudatı onlardan əvvəl heç bir şey olmadan yaradıb. Bütün yaranmışları bənzədəcəyi bir nümunə olmadan xəlq edib. Öz iradə və qüdrəti ilə heç bir şeyə ehtiyacı olmadan və özü üçün fayda və mənfəət nəzərdə tutmadan varlıqları yaradıb, onları təsvir və tənzimləyən Allahın məqsədi öz hikmətini göstərmək, ona itaət etməyin zəruriliyini bildirmək, öz qüdrətini zahir etmək və bəndələri ona ibadət etməyə çağırmaqdan başqa bir şey deyildir. Daha sonra O, Ona itaət etməyə görə savab və Ona qarşı çıxmağa görə isə əzab qərar verdi. Bunu bəndələrini cəhənnəmdən uzaqlaşdırmaq və cənnətinə yaxınlaşdırmaq üçün etdi.

Şəhadət verirəm ki, atam Muhəmməd ibn Abdullah Allahın qulu və Rəsuludur. Allah-təala onu elçi olaraq göndərməmişdən əvvəl (qeyb aləmində) seçmiş, onu digərlərindən ayırmamışdan əvvəl ucaltmış və onu peyğəmbər olaraq göndərməmişdən qabaq təmizləmişdir. O zaman yaranmışlar qeybdə gizlin və yox idilər. Böyük Allahın bütün işlərin aqibət və gedişatından xəbəri var idi. Onun elmi zamanın asayiş və fəsadını, eləcə də baş verən hadisələri əhatə edirdi.

Allah-təala əmrinin tamamlanması və hökmlərinin həyata keçməsi üçün onu peyğəmbər olaraq göndərdi . O Həzrət (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) peyğəmbərliyə seçiləndə bütün ümmətlər pərakəndə halda bir-birindən uzaq, bütpərəst idilər. Onlar Allahı tanıdıqları halda inkar edirdilər. Allah-təala atam Muhəmmədin (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) vasitəsilə insanları cəhalət və qəflətdən ayıltdı. Allahın Rəsulu (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) səbr və yenilməzliklə insanların hidayət və nicatı üçün çalışmış və onları günahdan qurtarmış və gözlərinin korluğunu aradan qaldırmışdır. Onları haqq dinə hidayət etmiş və doğru yola dəvət etmişdir.

Sonra Allah şəfqətlə və onun öz ixtiyar və rəğbəti ilə onu öz dərgahına apardı. Muhəmməd (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) dünya zəhmətləri və əziyyətlərindən qurtulub Allahın rəhmət dəryasında, seçilmiş mələklərin əhatəsində rahatlıqdadır. Allahın peyğəmbəri, vəhyini əmanət etdiyi, yaratdıqlarının ən üstünü və razı qaldığı şəxs olan atama Allahın salavat və salamı olsun.”

Sonra Xanım Zəhra üzünü məclisdəkilərə tutub belə buyurdu:

“Siz Allahın bəndələrisiniz. Siz onun hökmlərini, haram və halal buyurduqlarını icra edənlərsiniz. Siz Allahın göndərdiyi dinin və vəhyin daşıyıcısı və bu dini digər ümmətlərə çatdıranlarsınız. Bunu özünüzün haqqı hesab edirsiniz. Halbuki bu, Allahın sizin aranızda olan əhdidir. Bilin ki, Peyğəmbər sizin aranızda böyük bir əmanət qoyub. (Bu əmanət) Allahın danışan kitabı, doğru olan Quranıdır. Bu kitab Allahın nur və kəsərli dəlilidir. Bu kitabın dəlilləri açıq-aşkar, sirləri aydın, zahiri işıq saçandır. Onun arxasınca düşənlər onunla arzusuna çatır. Ona tabe olanları cənnətə aparır, ona qulaq asanları nicata (qurtuluşa) çatdırır. Bu kitabla Allahın nurani dəlillərini, geniş izah olunmuş vaciblərini, həzər olunmuş haramlarını bilmək olar. Onun bəyan etdikləri açıq-aşkar, dəlilləri kifayət edəcək həddədir. O kitabda əməl olunası çoxlu fəzilət, insanlara hədiyyə edilmiş rüxsətlər və şəriət hökmləri qeyd olunmuşdur.

Allah imanı sizin şirkdən (Allaha şərik qoşmaqdan) paklanmağınız üçün, namazı təkəbbürlükdən uzaq olmağınız üçün, zəkatı nəfsinizi paklaşdırmaq və ruzinizi artırmaq üçün, orucu ixlasınızı möhkəmləndirmək üçün, həcci dini ucaltmaq üçün, ədaləti qəlbləri tənzimləmək üçün, bizim itaətimizi ümmət içərisində nizam-intizam yaratmaq üçün, İmamətimizi təfriqədən amanda qalmaq üçün, cihadı İslamın izzətli olması, küfr və nifaq əhlinin isə zəlil olması üçün, səbirli olmağı savab qazanmağa kömək olması üçün, əmr be mərufu (digərlərini yaxşı iş görməyə dəvət etməyi) ümumi məsləhət üçün, valideynə yaxşılığı Allahın qəzəbindən qorunmaq üçün, qohumlarla əlaqə saxlamağı ömrü uzatmaq və sayı artırmaq üçün, qisası qan tökülmənin qarşısını almaq üçün, nəzrə vəfa etməyi Allahın rəhmətini cəlb etmək üçün, alverdə ölçüyə düzgün riayət etməyi alverin dəyərinin düşməsinin qarşısını almaq üçün (vacib olaraq) qərar verib. O, bəndəni pisliklərdən uzaqlaşdırmaq üçün şərab içməyi haram buyurmuş, lənətə (Allahın rəhmətindən uzaq olmağa) düçar olmamaq üçün (insanları) pak qadına zina böhtanı atmaqdan çəkindirmiş, paklığın qorunması üçün oğurluq etməyi qadağan etmişdir. Allah-təala Onun Rübubiyyətinə (hər şeyi idarə etməsinə) ixlasla (xalis şəkildə) inanmaqdan ötrü şirki (Allaha şərik qoşmağı) haram etmişdir. “Kamil surətdə təqva və pəhrizkarlığa riayət edin və ancaq müsəlman olaraq ölün.”[1] Allahın sizə əmr etdiyi və sizi çəkindirdiyi şeylərdə ona itaət edin. Bilin ki, “Allahdan bəndələri içərisində yalnız alimlər qorxar.”[2]

Ey insanlar, bilin ki, mən Fatiməyəm, atam Muhəmməddir (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə). (Bu sözümü) əvvəldə və axırda (təkrar olaraq) deyirəm. Dediyim sözlərdə səhv söz demirəm. Etdiyim işlərdə həddimi aşmıram. “Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir. O sizi çox istəyir, möminlərə qarşı şəfqətli, mərhəmətlidir!”[4] Əgər onun əsl-nəsəbinə baxsanız biləcəksiniz ki, Peyğəmbər sizin qadınlarınızdan hər hansısa birinin yox, məhz mənim atamdır. Sizin kişilərinizdən birinin deyil, məhz mənim əmim oğlunun (Əli ibn Əbutalibin) qardaşıdır. O (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə), nə gözəl nisbət verilən bir qohumdur. Mənim atam sizləri pis işlərdən çəkindirməklə, müşriklərə tərəf meyl etmədən, onların mərkəzlərini məhv edərək, nəfəs aldıqları yeri tutaraq və Rəbbinin yoluna hikmətlə və gözəl moizə ilə çağıraraq Allahın risalətini çatdırdı. Atam bütləri sındırıb Haqq düşmənlərinin, inadkarların başını əzdi, onların birliyini aradan apardı və onlar geriyə üz çevirdilər. Beləliklə, gecənin zülməti sübhün açılmağı ilə aradan getdi, həqiqət aşkar oldu. Dinin başçısı danışdı, şeytanların səsi batdı, nifaq (ikiüzlülük) tərəfdarları yoxa çıxdı, küfr və ayrılıq düyünləri açıldı. Sizlər Allahın onlardan hər növ çirkinliyi apardığı və pak qərar verdiyi nurani və iffətli şəxslərin (Əhli-beytin) vasitəsi ilə tovhid kəlməsini dediniz. Halbuki bundan əvvəl atəş çuxurunun yanında içilən bir qurtum su və yeyilən bir tikədən artıq deyildiniz. Ayaqlar altında qalmış çirkli su içərək və iyrənc yeməklər yeyərək, xar və zəlil olmuşdunuz. Ətrafdakı insanların sizi aradan aparacağından qorxurdunuz. Allah-təala Muhəmmədin (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) vasitəsi ilə sizi bu alçaqlıqlardan xilas etdi. O, min bir zəhmətlə və cəngavərlər, ərəb canavarları və kitab əhlinin azğınları ilə imtahana çəkildikdən sonra sizi azğınlıqdan qurtardı. Hər dəfə onlar döyüş tonqalını alovlandırdılar, lakin hər dəfə də Allah-təala bu alovları söndürdü. Nə zaman şeytan öz buynuzunu çıxardırdısa, yaxud müşriklərdən hansınınsa düşmənçilik və ədavət səbəbi ilə ağzı açılırdısa, o zaman Peyğəmbər qardaşını (Əli ibn Əbutalibi) həmin düşmənin üzərinə göndərirdi. O, döyüşə girib düşmənin qol-qanadını ayağı altında əzməmiş, müxaliflərin alov şölələrini öz qılıncı ilə yatırmamış meydandan geri dönməzdi. O, bütün əziyyətlərə Allaha xatir dözürdü. İlahi fərmanı yerinə yetirmək üçün hədsiz dərəcədə səy göstərirdi. O, Peyğəmbərə ən yaxın insan idi. Allah dostlarının seyyidi (başçısı) idi. O, yaxşı işləri yetirmək üçün daim tələsir, bu yolda çoxlu çalışır və daim səy göstəriridi. Allah yolunda gördüyü işlərdə heç bir danlaq edənin danlağı onu işindən saxlamırdı. Lakin siz həmin vaxt tam rahatlıqda idiniz. Əmin-amanlıq içində deyib-gülüb, istirahət edirdiniz. Elə həmişə bunu gözləyirdiniz ki, bizim ailəmizdə bədbəxt hadisələr baş versin. Siz düşmən səfləri ilə üz-üzə gələndə geriyə çəkilərək döyüş meydanından qaçırdınız.

Elə ki, Allah-təala öz Peyğəmbəri üçün Peyğəmbərlərin yurdunu seçdi (onun canını aldı), sizin içinizdə gizlətdiyiniz münafiqlik (ikiüzlülük) aşkara çıxdı. Din paltarını əyninizdən çıxartdınız. İçinizdə gizlətdiyiniz azğınlıq danışmağa başladı. Cəmiyyətdə ən dəyərsiz olanlar ortaya çıxdı. Batil əhlinin başçıları öz pis səslərini ucaltdılar və sizin meydanda quyruqlarını tərpətməyə başladılar (öz işlərini gördülər). Şeytan öz yuvasından başını çıxardaraq sizləri səslədi və sizin onun dəvətini qəbul etdiyinizi və (ona) aldandığınızı gördü. Sonra sizi öz itaətinə çağırdı və sizin onun əmrlərinə itaət etdiyinizi müşahidə etdi. Sizi əsəbləşdirdi, siz də əsəbləşərək özünüzü itirdiniz. Sahibi olmadığınız dəvənin yüyənindən yapışdınız, içməyə haqqınız olmayan bulaqdan su içdiniz.[5]

Peyğəmbərin vəfatı yaxın və (bu müsibətə görə) ürəyimiz yara olduğu halda, hələ bu yara sağalmamış və hələ Peyğəmbərin cənazəsi dəfn olunmamış, siz tələsərək layiq olmadığınız yerləri tutdunuz. Elə zənn etdiniz ki, guya bu tələskənlik fitnənin qarşısını almaqdan ötrüdür. “Bilin ki, onlar (özləri) fitnəyə düşdülər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir!.” [6]

Belə hərəkətlər sizdən uzaqdır. Bu (cinayət dolu) əməlləri necə edirsiz?! Haqdan necə üz çevirirsiz?! Bir halda ki, Quran sizin aranızdadır. Onun özü zahir, hökmləri aşkar, əlamətləri göz qamaşdıran, əmr və qadağaları aydındır. Siz o kitabı tərk etdiniz. (Bu əməlinizlə) Allah kəlamına etiraz edirsiniz? Yoxsa Tanrı hökmünün əksinəmi fətva verirsiniz? “Zülmkarlar üçün bu necə də pis bir mübadilədir.”[7] “Kim İslamdan başqa bir dinin ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar”[8] Siz bu fitnənin yatmasını, qarmaqarışıqlığın aradan getməsini gözləmədiniz. Tələsərək yel vurub fitnə közünü daha da alovlandırmağa, yaranı daha da dərinləşdirməyə, şeytanın dəvətini qəbul edib yolunuzu azmağa, haqq dininin nurunu söndürməyə və Peyğəmbərin hökm və sünnəsini boğmağa başladınız. Əsassız bəhanələrlə öz çirkin məqsədlərinizi icra etdiniz. Həqiqətdə isə Peyğəmbərin Əhli-beytinə və övladlarına xəyanət və zülm edirdiniz. Sizin etdiyiniz zülmlərə bədəni bıçaqla kəsilmiş və bətninə nizə batırılmış şəxs kimi səbr edirik.

Siz indi belə güman edirsiz ki, biz (Peyğəmbərin) heç bir irsinə sahib deyilik? “Onlar cahiliyyət dövrünün hökmünümü istəyirlər? Yəqin sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?”[9] (Mənim Peyğəmbərin qızı olmağımı və onun irsinə sahib olduğumu) bilmirsinizmi? Bəli bilirsiz. Çünki mənim Peyğəmbərin qızı olmağım gün kimi aydındır.

Ey müsəlmanlar, heç rəvadırmı, mənim öz irsim əlimdən alınsın? Ey Əbu Quhafənin oğlu (Əbu Bəkr), Allahın kitabına əsasən sən öz atandan irs apara bilərsən, lakin mənim atam özündən sonra irs qoya bilməz? Bu işinlə Allah və Rəsuluna qarşı çox qəribə və pis bir iş gördün (onlara iftira atdın). Qəsdən Allahın kitabını tərk edib, onu kənara atdınız? Halbuki Allah-təala buyurur: “Süleyman Davuddan irs apardı.”[10] Yəhya ibn Zəkəriyyadan xəbər verdikdə Zəkəriyyanın dilindən buyurur: “Mənə öz dərgahından bir canişin bəxş et ki, mənim və Yəqub ailəsinin varisi olsun.”[11] Başqa yerdə Allah-təala buyurur: “Qohumlar Allahın kitabında (irs, varislik baxımından) birbirinə daha yaxındırlar.”[12] Allah-təala yenə də belə buyurur: “Allah övladlarınız haqqında sizə tövsiyə edərək buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür.”[13] Başqa bir ayədə buyurur: “(Sizin hər birinizi ölüm haqlayan zaman) Qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə (bu) vacibdir.”[14]

Siz mənim heç bir payımın olmadığını, atamla mənim heç bir qohumluq əlaqəmin olmamasını və atamın irsinin mənə çatmadığını güman edirsiniz. Məgər Allah-təala Quranda olan bu ayələri sizə məxsus edib və atam Muhəmmədi (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) bu ayələrin hökmündən kənarda saxlayıb? Yoxsa demək istəyirsiniz ki, iki dinin əhli bir-birindən (kafir mömindən) irs aparmır? Məgər Mən və Atam bir dinin əhli deyilikmi? Yoxsa siz Quran ayələrinin ümumi və xüsusi hökmlərini Atam və əmim Oğlundan daha yaxşı bilirsiniz?

(Sonra Əbu-bəkrə xitab edərək buyurdu: ) Bu gün istədiyini et. Fədəki məndən bütünlüklə al. Qiyamət günü (etdiklərinin cəzasını) görəcəksən. Allahın (aramızda) hakimlik etməsi, Muhəmmədin (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) bizim rəhbərimiz olması və Qiyamət gününün (səninlə) görüşəcəyimiz gün olması nə qədər də gözəldir. Qiyamət günü batil əhli xəsarətə uğrayacaqdır. Peşman olduğunuzda dediklərinizin sizə heç bir faydası olmayacaqdır. “Hər bir xəbərin müəyyən bir vaxtı vardır.”[15] “O zaman rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!”[16]

Sonra Fatimə (Allahın salamı olsun ona) üzünü ənsara (Mədinə müsəlmanlarına) çevirib onlara belə buyurdu:

“Ey qəhrəmanlar dəstəsi, dinin dayağı və İslamı qoruyanlar, mənim barəmdə niyə belə süstlük edib mənə edilən zülmlərin müqabilində özünüzü yuxuluğa vurursunuz? Məgər atam Rəsulullah (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) buyurmamışdır ki, “Hər bir şəxsin ehtiramı onun övladlarına hörmət etməklə qorunar”? Mənim tələb etdiyim haqqımı müdafiə etməyə qüdrətiniz olduğu halda tez bir zamanda dəyişildiniz və əvvəlcədən planlaşdırdığınız kimi tələsərək işləri əleyhimizə çevirdiniz. “Muhəmməd (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) artıq öldü” deyirsiniz? Onun vəfatı elə böyük hadisədir ki, onun yarığı hər yeri bürümüş və parçalamışdır. Onun aramızdan getməsi ilə yer üzü zülmətə qərq olmuşdur. Onun müsibətində günəş və ay tutulmuş, ulduzlar səpələnmişdir. Onun vəfatı ilə ümidlər yox oldu, dağlar titrədi, ailəsinin haqqı zay edildi və hörməti aradan aparıldı. Allaha and olsun, onun vəfatı çox əzəmətli bir müsibətdir. Bu müsibətin misli heç vaxt olmamış və bu yaxınlarda da olmayacaqdır. Allahın kitabı Onun bu qəti hökmü barədə gecə-gündüz sizlərə uca səslə, müxtəlif yollarla xəbər verərək buyurur: “Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz (dininizdən) gerimi dönəcəksiniz? Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər.”[17]

Ey ənsar (Mədinə əhli), sizin hamınızın gözü qarşısında və səsimi eşitdiyiniz halda mənim atamdan qalan irsim zülmlə əlimdən alınır! Mənim köməyə dəvətim sizə də şamil olur və siz də bundan xəbərdarsınız. Mənim dəvətimi qəbul etmək üçün kifayət qədər sayınız, qüdrətiniz və silahınız olduğu halda mənim dəvətimi qəbul etmirsiniz. Fəryadımı eşitdiyiniz halda köməyə gəlmirsiniz. Halbuki siz cihad etməklə vəsflənmiş, xeyirli işlərlə tanınmış, biz Əhli-beyt üçün (bizə yardım etmək üçün) seçilmişdiniz.

Cahiliyyət dövrünün ərəbləri ilə döyüşmüş, çətinliklərə və ağır işlərə dözmüş, müxtəlif millətlərlə mübarizə aparmısınız. Bizim fərmanlarımızı yerinə yetirir və əmrlərimizi icra edirdiniz. Axırda bizim vasitəmizlə İslam dininin işləri nizam-intizama düşdü. Çoxlu nemətlər əldə olundu. Şirkin vilayətləri təslim oldu. İftiranın qarmaqarışıqlığı aradan getdi. Küfr alovları söndü. Hərc-mərclik yox oldu. Dinin nizamı düzəldi.

Açıq-aşkar bəyandan sonra çaşqınlığa düşürsünüz? Haqq aşkar olandan sonra onu gizlədirsiniz? Addım atdıqdan sonra geri dönürsünüz? İman gətirdikdən sonra Allaha şərik qoşursunuz? Bədbəxtlik olsun o qövmə ki, onlar “andlarını pozan, Peyğəmbəri qovmaq fikrində olan, özləri də sizinlə (döyüşü) birinci başlayan bir camaatdılar. Məgər onlardan qorxursunuz? Əgər möminsinizsə, daha çox Allahdan qorxmalısınız.”[18]

Görürəm ki, siz rahatlığı seçmiş, darlıqdan genişliyə keçmisiniz. Öyrəndiklərinizi kənara atmış, asanlıqla içdiyinizi qaytarmısınız. “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir.”[19]

Bilin ki, dediklərimi deyərkən sizi bürümüş zəlilliyinizdən və qəlblərinizi doldurmuş vəfasızlığınızdan xəbərdar idim. Lakin ürəyimin qəmi tüğyan etdiyi, qəzəbim üzə çıxdığı, səbrim daşdığı üçün, ürəyimdəkiləri aşkar etməkdən ötrü və höccəti tamam edib bəhanələrinizi kəsmək üçün bunları sizə dedim. Bəli, siz istədiyinizi cənginizə keçirib öz murad atınızı ram edərək ona rahatlıqla minin (Fədəki məndən istədiyiniz kimi alın). Amma bilin ki, mindiyiniz bu atın arxası yaralı, yükü isə biyabırçılıqdır. Onun biyabırçılığı həmişəlikdir. Onun damğası Allahın qəzəbi və əbədi rüsvayçılıqdır. Ona minmiş şəxsi qəlblərə təsir edib onları əridən cəhənnəm atəşinə aparır. Bu etdiklərinizin hamısına Allah nəzarət edir. “Zülm edənlər isə hansı dönüşə dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə olacağını) mütləq biləcəklər!”[20] Mən sizi Allah hökmündən boyun qaçırmağın dəhşətli əzabından çəkindirən Peyğəmbərin qızıyam. Gözləyin. Biz də gözləyənlərdənik.”

Xanım Fatimə (Allahın salamı olsun ona) sözünü qurtaranda Əbu Bəkr Ona cavab verərək belə dedi:

“Ey Peyğəmbərin qızı, sənin atan (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) möminlərə qarşı mehriban, alicənab, şəfqətli, rəhmli, kafirlərə qarşı isə qəzəbli və acıqlı idi. O, əsil-nəsəb cəhətindən yalnız sənin atan idi, başqa qadınların yox. O, yalnız sənin ərinin qardaşı idi, başqalarının yox. (Peyğəmbər) yalnız onu (Əlini) hər bir mühüm və böyük iş üçün seçərdi. O da bütün çətin işlərdə ona (Peyğəmbərə) kömək edərdi. Sizi yalnız xoşbəxt insanlar sevər və sizə yalnız bədbəxt insanlar düşmənçilik edər. Siz Peyğəmbərin (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) pak itrəti olub, Allahın seçilmiş bəndələrisiniz. Siz bizi səadətə aparan bələdçimiz, behiştə sarı gedən yolumuzsunuz. Sən, ey xanımlar xanımı, Peyğəmbərlərin ən xeyirlisinin qızı, Öz sözlərində doğru, əql və mərifətdə isə hamıdan üstünsən. Heç kim sənin haqqını əlindən ala bilməz və sənin doğru danışdığın sözləri rədd edə bilməz. Allaha and olsun, (Fədəki səndən almaqla) Rəsuli-əkrəmin (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) buyuruğundan çıxmamış, yalnız onun izni ilə hərəkət etmişəm. Bir tayfa tərəfindən seçilən şəxs camaata yalan söyləməz. Allahı şahid tuturam ki, mən Rəsuli-əkrəmin (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) belə dediyini eşitmişəm: “Biz Peyğəmbərlər özümüzdən sonra qızıl, gümüş, malikanə və var-dövləti irs qoymuruq. Bizim mirasımız kitab, hikmət, elm və nübüvvətdir. Bizdən miras qalan dünya malı isə bizdən sonra ümmətin rəhbəri olan şəxsin ixtiyarındadır. O, məsləhət bildiyi kimi ondan istifadə edə bilər.” Mən isə sənin tələb etdiyinin (Fədəkin) gəlirini müsəlmanların kafirlərə və yolunu azmışlara qarşı döyüşmələri üçün hərbi silah-sursatların hazırlanmasına xərcləyirəm. Bu, təkcə mənim qərarım ilə deyil, müsəlmanların hamısının razılığı ilə olan bir işdir. Mənim ixtiyarımda olan mal sənin ixtiyarındadır. Öz var-dövlətimi heç vaxt səndən əsirgəmərəm. Sən atanın (Peyğəmbərin) ümmətinin seyyidəsi və Peyğəmbərin övladlarının əziz anasısan. Biz sənin fəzilətlərini inkar etmir, ata və övladlar baxımından olan üstünlüyünü danmırıq. Sənin hökmün mənim əlimdə olan mala nüfuz edə bilər. Məgər sən mənim (Fədəki sənə verməyimlə) atan Rəsulullahın qanunlarına qarşı çıxmağımı istəyirsən?”

Həzrət Fatimə (Allahın salamı olsun ona) buyurdu:

“Sübhanəllah, heç vaxt atam Rəsulullah (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) Allahın Kitabının əleyhinə olaraq bir söz buyurmayıb və onun hökmlərinə heç vaxt müxalifətçilik etməyib. Əksinə, O, bütün işlərində Qurana tabe olmuşdur. Siz birləşib etdiyiniz hiyləgirliyə Ona (Peyğəmbərə) iftira atmaqla haqq qazandırırsınız? Peyğəmbərin vəfatından sonra sizin etdiyiniz bu işlər Peyğəmbərin zamanında (münafiqlər tərəfindən) onun əleyhinə görülən təhlükəli hadisələrə oxşayır. Bu, ədalətli hökm edən və danışaraq haqqı batildən ayıran Allahın kitabıdır və deyir ki, “O, həm məndən, həm də Yəqub ailəsindən irs aparsın.” [21] və buyurur: “Süleyman Davuddan irs apardı.”[22] Allah-təala aydın və geniş surətdə vərəsələrin növ və xüsusiyyətlərini tamamilə bəyan etmiş, bu barədə olan vacibləri və mirası qanun olaraq təyin etmiş, qadın və kişi varislərindən hər birinin payı barədə açıq-aşkar söz açmışdır. O, bu işi ilə batil əhlinin bəhanələrini kəsmiş və digərlərinin şəkk və tərəddüdünü aradan aparmışdır. “Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz çirkin əməlinizi sizə gözəl göstərmişdir. Mənə yalnız səbr gərəkdir. Dediklərinizdən ötrü ancaq Allahdan kömək diləmək lazımdır!”[23]

Əbu Bəkr Xanım Zəhraya (Allahın salamı olsun ona) belə dedi:

“Allah, Onun Rəsulu (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) və Onun qızı olan sən düz deyirsən. Sən hikmət mənbəyi, rəhmət və hidayət məskəni, dinin əsası, haqq dəlilin özüsən. Mən sənin fikrini, söylədiklərini əsla rədd etmirəm və danışdıqlarını inkar etmirəm. Lakin sənin və mənim qarşımda oturan bu camaat bu işi mənim öhdəmə qoyub. Mən onların ittifaqı ilə götürdüyümü götürmüşəm (Fədəki səndən almışam). Mən təkəbbürlü, istədiyini edən və zülmkar biri deyiləm. Onlar mənim dediklərimə şahiddirlər.”

Xanım Fatimə (Allahın və salamı olsun ona) üzünü insanlara çevirib buyurdu:

“Ey çirkin əməlin qarşısında sakit durub ona razı olan və sürətlə batil sözə tərəf meyl edib yüyürən müsəlmanlar, məgər siz Quranı düşünmürsünüz? Yoxsa qəlbləriniz qıfıllıdır?[8] Xeyr, etdiyiniz zülmlərin və pis işlərin qaranlığı qəlblərinizi bürümüşdür.[24] Gözləriniz və qulaqlarınız tutulub. Nə pis xəyallara daldınız. Nə pis bir yolun arxasınca getdiniz. Bütün bunların ən pisi isə başqasının haqqını (Fədəki) qəsb etməyinizdir. Allaha and olsun, bunun yükü ağır, aqibəti isə çox pis olacaq. Gözünüzün önündən pərdələr götürüldüyü zaman onun arxasındakı dəhşətli əzabı gördükdə Allahdan sizə güman etmədiyiniz (bir əzab) düçar olacaqdır.[25] “Yalan danışanlar (batil söyləyənlər) elə oradaca ziyana uğrayarlar.”[26]

Sonra Xanım Fatimə (Allahın və salamı olsun ona) üzünü atası Rəsulullahın qəbrinə tərəf çevirib ona xitabən bu şeiri oxudu:

“Ey Ata, Səndən sonra elə dəhşətli hadisələr oldu ki, əgər sağ olsaydın, bu müsibətlər çoxalmazdı. Torpaq bərəkətli yağışı itirdiyi kimi biz də Səni itirdik. Sənin ümmətin nizam-intizamı bir-birinə vurdu. Onların yollarını azmasına şahid ol. Onun məqam və ehtiram sahibi olan hər bir ailə üzvü Allah dərgahında daha artıq ehtirama malikdir. Sən bizim aramızdan gedəndən və torpaqlar altında dəfn olunandan sonra bir çoxları öz qəlblərinin kinini aşkar etdilər. Sən aramızdan gedəndən sonra bəziləri bizimlə pis davranıb məqamımızı yüngül sandılar və torpaqlarımızı qəsb etdilər. Sən elə bir parlaq nur idin ki, sənin nurundan istifadə edirdilər. Sənə Allah tərəfindən səmavi kitab nazil olurdu. Cəbrayıl həmişə gətirdiyi ayələrlə bizim munisimiz olurdu. Sən getdin və getməyinlə xeyir qapıları bizim üzümüzə bağlandı. Kaş sən vəfat edib torpaq altında dəfn olunmamışdan qabaq ölüm bizi haqlayaydı.”[27]



[1] Ali-İmran, 102

[2] Fatir, 28

[3] Tövbə, 128

[4] Öz əməllərinizin düzgünlük və ədalətini əldən verərək başqalarının hüququna təcavüz etdiniz.

[5] Tövbə, 49

[6] Kəhf, 50

[7] Ali-İmran, 85

[8] Maidə, 50

[9] Nəhl, 16

[10] Məryəm, 5-6

[11] Ənfal, 75

[12] Nisa, 11

[13] Bəqərə, 180

[14] Ənam, 67

[15] Hud, 39

[16] Ali-İmran, 144

[17] Tövbə, 13

[18] Tövbə, 8

[19] Şüəra, 227

[20] Məryəm, 6

[21] Nəhl, 16

[22] Yusuf, 18

[23] Muhəmməd surəsi 24-cü ayəyə işarədir.

[24] Mutaffifin surəsi 14-cü ayəyə işarədir.

[25] Zümər surəsinin 47-ci ayəsinə işarədir.

[26] Ğafir, 78

[27] Şeyx Təbərsi, “Əl-İhticac”, c. 1, səh. 123



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor