Banklar 3, əhali isə 7 milyard ziyana düşdü |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-12-2015, 21:42 | Şərh sayı: (0) | Baxılıb: 392
Banklar 3, əhali isə 7 milyard ziyana düşdü
Manatın il ərzində iki dəfə devalvasiyası dollarda krediti olan 1 milyon 850 min nəfəri müflis etdi
Manatın dekabrın 21-dən “üzən məzənnə”yə buraxılması ölkə iqtisadiyyatına ikinci sarsıdıcı zərbəni vurdu. Fevralın 21-dən fərqli olaraq budəfəki devalvasiyanın faizi daha yüksək oldu. Əgər ilin əvvəlində manat 34 faiz dəyərsizləşdirilmişdisə, bu dəfə manat dollar qarşısında 48 faiz dəyər itirdi. Amma bu qərar ən böyük zərbəni bank sektoruna və banklardan krediti dollarla götürən vətəndaşlara vurdu.
Bəzi statistik rəqəmləri diqqətinizə çatdıraq. Ilin sonuna olan göstəricilərə görə ölkə üzrə kredit portfeli 20 milyard manat təşkil edir. Bu məbləğin 75 faizi dollarda olan kreditlərdən ibarətdir. Bu isə 15 milyard manat deməkdir. Amma dekabrın 21-dən sonra bu kredit məbləği təxminən 7 milyard manat artdı. Bu, manatın dollar qarşısında 48 faiz geriləməsiylə əlaqədardır. Bu isə o deməkdir ki, dollarda kredit borcu olan vətəndaşlar bank faizləri xaric borclarını bağlamaq üçün 7 milyard əlavə vəsait ödəməlidirlər. Onu da nəzərə almaq lazımdır ki, ilin əvvəlindəki devalvasiya bank krediti olanların 1.7 milyard manat ziyana salmışdı. Devalvasiya faizləri hesablanarsa, bu, banka dollar kredit borcu olan vətəndaşın götürülən məbləğdən asılı olmayaraq iki dəfə artıq ziyana düşməsi deməkdir. Ölkədə 2.5 milyon nəfərin kredit borcu olduğunu nəzərə alsaq, 75 faiz kredit götürənin məhz dollarda krediti olduğu rəqəmindən çıxış edərək demək olar ki, MB-nin son qərarı 1 milyon 850 min nəfərə ziyan vurub.
Yaranmış situasiya bankların da maliyyə durumunu ağırlaşdırıb. Ikinci devalvasiyaya qədər yerli bankların xarici institut və banklardan aldıqları borc 6 milyard manat təşkil edirdi. Son qərar bu məbləğin 3 milyard manat artmasına səbəb oldu. Bu isə problemli kreditlərin hər ötən ay artdığı bank sektoru üçün yaxşı heç nə vəd etmir. Ekspertlərin hesablamalarına görə, yaxın zamanlar üçün problemli kreditlərin həcmi ümumi kreditlərin 20 faizini təşkil edə bilər ki, bu da banklar üçün artıq “qırmızı xətt” sayıla bilər.
Iqtisadçı Məhəmməd Talıblı da bildirdi ki, dollarla olan kreditlərin faizi 75-ə çatıb. M.Talıblının sözlərinə görə, dollarla kredit götürənlər böyük ziyana düşmüş olurlar: “Birinci devalvasiya da nəzərə alınarsa, vətəndaşların manatın məzənnəsinin enməsi və kredit faizlərindən itkiləri 100 faizdən artıq edir. Səksən faiz həcmində devalvasiya təsiri və iyirmi-otuz faiz də bank krediti vətəndaşların 120 faiz həcmində zərərə düşdüyünü deməyə əsas verir. Amma ziyan bununla yekunlaşmır. Çünki dövlətin özünün də beynəlxalq maliyyə qurumlarından aldığı kreditlər var. Söhbət Beynəlxalq Maliyyə Koorporasiyası, Avropa Yenidənqurma və Inkişaf Bankından, Dünya Bankından gedir. Bu institutlardan kreditlər götürülüb. Bu kreditlər 7.2 milyard dollar həcmindədir”.
M.Talıblının sözlərinə görə, xarici borclanmaya eyni zamanda iri şirkətlərin də dövlət zəmanəti ilə aldıqları kreditləri əlavə etsək, nəticədə iri məbləğ meydana gəlir. M.Talıblı bildirdi ki, dolların dəyər qazanması bank olmayan institutların da qazanclarına mənfi təsir edəcək.
azadliq
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər