RSS
 

Login:
Şifrə:
» » “Rusiya 7 rayonun azad olunması qərarını təkbaşına verə bilməz”

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






“Rusiya 7 rayonun azad olunması qərarını təkbaşına verə bilməz”

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 19:55 | Şərh sayı: (0) | Baxılıb: 239

“Rusiya 7 rayonun azad olunması qərarını təkbaşına verə bilməz”


“Rusiya 7 rayonun azad olunması qərarını təkbaşına verə bilməz” “Qarabağ məsələsi artıq Azərbaycan-Ermənistan arasındaklı lokal münaqişədən çıxıb”
Bölgədə yaranan yeni münaqişələr, qonşu dövlətlər arasındakı gərgin münasibətlər, hətta müharibə riskləri Qarabağ məsələsini arxa plana keçirməkdədir. Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, politoloq Toğrul İsmayıl “Yeni Müsavat”a durumla bağlı müsahibə verib. Qarabağ probleminin həllinin dalana dirəndiyi indiki situasiyanın təhlili ilə bağlı olan söhbətimizi sizə təqdim edirik.

- Toğrul bəy, Aydın Universitetinin professoru Abdulhaluk Çay deyib ki, Qarabağın erməni işğalı altında olduğunu türk dövlətləri arasında təkcə Azərbaycanla Türkiyə bilir, o biri Asiya ölkələrinin bundan xəbəri yoxdur. Siz bu fikirlərlə razısınızmı və ümumiyyətlə, digər türk dövlətlərinin Qarabağ məsələsinə laqeyd münasibətinin səbəbi nədir?

- Hocamız nə deyibsə, özü bilər. Amma mən inanmıram ki, həm MDB-dəki dövlətlər, həm TürkPA, həm də ikitərəfli münasibətlər qurduğumuz digər türk dövlətləri Qarabağ problemindən xəbərsizdir. Ən azından ordakı siyasi elita, mütəxəssislər məsələni çox yaxşı bilir. Burada bir məsələni söyləmək lazımdır ki, düzdür, türk birliyi istiqamətində işlər aparılır. Lakin hələ bu yolda çox ciddi addımlar atılmalıdır. Yəni Qırğızıstan prezidentinin qondarma “soyqırım” abidəsi önünə çələng qoyması məsələsi əsas etibarilə oradakı siyasi elitlərin milli məsələlərə çox həssas davranmadığını göstərir. Tutaq ki, Akayev bilmirdi “soyqırım”nədir, bəs axı, Almazbek Atambayev Türkiyədən olan heyətlərlə görüşür, ondan sonra qayıdıb deyir ki, “Türkiyə düz etmədi, Rusiyadan üzr istəməlidir”. Bunu demək lazımdır ki, bu cümhuriyyətlərindəki siyasi liderlər əfsuslar olsun ki, öz bəyanatlarında və çıxışlarında beynəlxalq hüquqa istinad etmir, sadəcə, gündəlik maraqlardan çıxış edirlər. Bəli, Qırğızıstan xalqının Rusiyaya qarşı çıxması imkansızdır. Eyni zamanda o, Türkiyə ilə münasibətləri pozmaz. Amma bir daha təkrar edirəm, məsələ heç də həmin ölkələrdəki siyasilərin real vəziyyətdən xəbərsiz olması ilə bağlı deyil. Bu, bölgədəki konyukturadan qaynaqlanır. Hələ ki bölgədə Rusiya güclü dövlətdir. Ona görə də bir çox müstəqil dövlətlər toplumuna aid olan ölkələr də bunu göz önünə alaraq mövqe bildirirlər. Ermənistana yanaşmaya da bu çərçivədən baxırlar. Çünki Ermənistan bölgədə açıq şəkildə, Lavrov demişkən, Rusiyanın forpostudur.

- Türkiyənin mövqeyi məlumdur. Digər türk dövlətlərinin Qarabağ məsələsinə yanaşmada Azərbaycanın yanında olması məsələnin ədalətli sözümü üçün nə dərəcədə faydalı olardı?

- Məncə, bu dövlətlərin Azərbaycanın yanında olması müsbət hal olardı. Nə qədər çox dövlət Azərbaycanın mövqeyini müdafiə etsə, bunun yalnız faydası var. Amma Qarabağ məsələsinin həlli türk dövlətlərindən daha çox digər dövlətlərin müstəvisinə çıxıb. Zatən, Türkiyə təkbaşına bu məsələdə yetərincə dəstək verir və böyük gücdür. Amma buna baxmayaraq, Qarabağ məsələsi artıq Azərbaycan-Ermənistan arasındakı lokal münaqişədən çıxıb, beynəlxalq güclərin oyun meydanına çevrilib. Ona görə də BMT-nin qəbul etdiyi qərarlara, daha ciddi məsələlərə baxmayaraq, Qarabağ məsələsində hələ də irəliləyiş yoxdur. Geosiyasi vəziyyət dəyişməsə, Rusiya bölgə maraqlarını dəyişdirməsə, yaxud Amerikanın bölgədəki maraqları fərqli şəkildə inkişaf etməsə, Qarabağ məsələsinin həllində hər hansı dəyişiklikdən danışmaq mümkün deyil.

- Qarabağ savaşının yenidən alovlana biləcəyi ilə bağlı ekspert rəyləri səslənir. Türkiyə-Rusiya, həmçinin Səudiyyə-İran gərginliyi kontekstində Qarabağda böyük müharibə ehtimalı nə qədərdir?

- Qarabağda daimi sülh olmadıqca biz hər zaman silahlı qarşıdurmadan danışa bilərik. Yəni bu, heç bir zaman istisna deyil. Burda sadaladığınız faktorlar da önəmlidir. Amma mən zənn etmirəm ki, Türkiyə-Rusiya, həmçinin Səudiyyə-İran qarşıdurması Qarabağ münaqişəsinin alovlanmasına səbəb ola bilər. Çünki Qarabağ problemi bu ölkələrin deyil, daha böyük qüvvələrin, yəni bir tərəfdən Amerika-Avropa Birliyi, o biri tərəfdən Rusiya kimi güclərin balanslı oyununa ağırlıq verən bir problemdir. Amma yenə deyirəm, daimi sülh olmadığı üçün hər zaman Qarabağ cəbhəsində böyük qarşıdurmalardan danışmaq olar.

- Amma fakt budur ki, Rusiya bölgədəki gərginlikləri əsas götürərək Ermənistandakı hərbi gücünü artırır...

- Rusiya bölgədə ən böyük oyunçu olduğu üçün Rusiyanın maraqları doğrulsa, çox şey dəyişə bilər. Yəni bugünkü, yaxud başqa hadisəni götürməyək. Rusiya bölgədə güclü oyunçudur və istənilən məsələni istədiyi şəkildə öz xeyrinə dəyişə bilər. Buraya silahlı münaqişə də daxildir.

- İndiki situasiyada Qarabağ münaqişəsini alovlandırmaq Rusiyaya sərf edirmi?

- Məsələ burasındadır ki, Rusiya bu dəqiqə çoxşaxəli oynamaq üçün nə qədər güclüdür, bunu demək çox çətin məsələdir. Yəni Suriyaya müdaxilədən sonra Ukraynadakı hadisələrin nə qədər zəiflədiyini gördük. Dolayısı ilə bu, onu göstərir ki, Rusiya eyni vaxtda bir neçə yerdə problem yaradacaq tam gücə sahib deyil. Ona görə də növbəti münaqişə ocağının ona sərf etdiyini zənn eləmirəm.


“Böyük savaş başlarsa, Rusiya mütləq Ermənistan tərəfdə yer alacaq”


- Amma Ermənistandakı hərbi bazasına əlavə canlı qüvvə və hərbi texnika daşıyır...

- Buna sadəcə Ermənistan bazası prizmasından baxmayaq. Rusiya, ümumiyyətlə, cənub bölgəsini, Qara dəniz regionunu silahlandırdı, Ermənistandakı əsgəri gücünü tamamilə yenilədi, Xəzərdəki hərbi gəmilərdə indiyədək görünməyən dərəcədə silahlanma məsələsi var. Eyni zamanda Moskva Şimalda da bazalarını gücləndirməyə davam edir. Sadəcə, Qarabağ münaqişəsinə görə Ermənistan məsələsi bizim diqqətimizi daha çox cəlb edir.

- Qarabağ müharibəsi başlayacağı halda rus əsgərinin Azərbaycana qarşı döyüşməsi real görünürmü?

- Rusiyanın Ermənistanla bir çox sahədə hərbi anlaşması var. Əvvəla, Rusiya və Ermənistan KTMT üzvüdür, burdan qarşılıqlı yardım var. İkincisi, Rusiya ilə Ermənistan arasında ikili hərbi anlaşma var ki, hər hansı kənar ölkə bu iki ölkəyə hücum etsə, bunlar bir-birinə yardım edəcək. Dolayısı ilə təbii ki, baş verə biləcək hər hansı qarşıdurmada Rusiyanın Ermənistanın yanında yer alması ehtimalı yüksəkdir. Qarabağ məsələsinə gəlincə, burada vəziyyət bir az başqadır. Qarabağ Azərbaycanın daxili məsələsidir. Azərbaycan öz daxilindəki ərazilərdə beynəlxalq qanunlar çərçivəsində antiterror əməliyyatları apara bilər. Amma indiyədək Azərbaycan beynəlxalq anlayışlara və hüquqa istinad edərək sülh danışıqları yolunu tutub. Ancaq əgər Azərbaycanla Ermənistan arasında böyük savaş başlarsa, təbii ki, Rusiya mütləq bir tərəfdə yer alacaq, o da Ermənistan tərəfi olacaq.

- Bəs o halda Türkiyənin Azərbaycanın yanında yer alması nə dərəcədə real görünür?

- Türkiyə Azərbaycanı nə qədər müdafiə edə bilər, bunu araşdırmaq lazımdır. Birincisi, Azərbaycanla Türkiyə arasında müdafiə məsələlərində hərbi anlaşma yoxdur. Azərbaycan eyni zamanda NATO üzvü də deyil. Yaxud başqa ölkələrlə tam hərbi anlaşmalara sahib deyil. Belə olduğu halda Azərbaycanın yanında yer alacaq dövlətlərin olduğunu demək olduqca çətindir. Burada geosiyasi maraqlar önə çıxacaq. Əsasən də ABŞ və Avropa Birliyi, eyni zamanda da Türkiyənin maraqları. Əgər NATO, yaxud ABŞ Azərbaycanla bağlı açıq müdafiə məsələsini gündəmə gətirməzsə, Türkiyənin təkbaşına Azərbaycanı müdafiə etməsi həm hüquqi, həm də digər cəhətlərdən olduqca çətindir.

- O halda, deməli, təcili hərbi əməkdaşlıqla bağlı addımların atılmasına ehtiyac var, yoxsa artıq gecdir?

- Biz onu neçə illərdir söyləyirik ki, Azərbaycan balanslı siyasət yürütsə də, bu tərəfsiz siyasət bölgədəki güclərin ona fürsət verdiyi həddə qədərdir. Cənubi Qafqaz bölgəsi də o qədər həssas bölgədir ki, hər an dəngələr dəyişə, tərəfsiz siyasət sonda ölkənin təklənməsinə səbəb ola bilər.

- Rusiya mənbələri vaxtaşırı 7 rayonun erməni işğalından azad olunacağı ilə bağlı xəbərləri dövriyyəyə buraxır. Belə yanaşma var ki, əslində 7 rayonun azadlığı Rusiyanın özünün maraqlarından irəli gəlir. Yəni bu ərazilərin azad olunması halında ora öz “sülhməramlılarını” yerləşdirmək, İranla sərhədi nəzarətə almaq və Ermənistana quru yolunu açmaq istəyir. Bu ehtimallar nə dərəcədə realdır?

- Təbii ki, bu, asan məsələ deyil. Rusiya 7 rayonun azad olunması və “sülhməramlılar”ın yerləşdirilməsi ilə bağlı təkbaşına qərar verə bilməz. Çünki buradakı məsələlər ATƏT-in, Minsk Qrupu həmsədrlərinin müzakirə mövzusudur. Rusiyanın təkbaşına verə biləcəyi hər hansı qərar onun bölgəyə açıq müdaxiləsi kimi qiymətləndiriləcək. Amma təbii ki, Rusiyanın belə planlarının və istəklərinin olması mümkündür. Rusiyanın xarici konsepsiyasına da baxdığımız zaman görürük ki, “Rusiya əsgərinin olduğu yerdə var” düşüncəsi açıq şəkildə özünü göstərir. Krımın işğal edilməsi, Suriyaya hərbi müdaxilə, Orta Asiya ölkələrindəki mübarizə, Abxaziyada hərbi bazanın yaradılması da bunun göstəricisidir. Bütün bunlar onun təzahürüdür ki, Rusiya 2013-cü ildə xarici siyasət konsepsiyasına yumşaq güc əlavə etsə də, hələ də güc siyasətinə daha çox üstünlük verir. Təbii ki, Rusiya çox istərdi ki, işğal olunmuş bölgəyə, təkcə 7 rayona deyil, həmçinin Dağlıq Qarabağa “sülhməramlılar”ını yerləşdirsin. Əgər Rusiya bu planını reallaşdırsa, həm Azərbaycana, həm də Ermənistana nəzarət etmək imkanları xeyli artar.

- Bakı torpaqların erməni işğalından azad olunması müqabilində bu razılaşmaya gedə bilərmi?

- Bakı təktərəfli qaydada, məxfi şəkildə bu razılaşmaya gedərsə, çox ağır şərtlərlə, çox ciddi problemlərlə qarşı-qarşıya gələ bilər. Ümumiyyətlə, tək Rusiyanın deyil, hər hansı xarici gücün hərbi qüvvəsinin Azərbaycanda olması gərginliyi artırar. İstər Rusiya, istər ABŞ, istər İsrailin Azərbaycanda hərbi baza qurması ortalığı qarışdıra bilər. Çünki bütün dövlətlər öz maraqlarından hərəkət edir, beynəlxalq münasibətlər də bunun üzərində qurulub. Bəzən Avropa Birliyi daxilindəki ölkələrin də maraqları üst-üstə düşmür. Türkiyə və Azərbaycanın, yaxud digər türk dövlətlərinin hər birinin öz maraqları var.

Xarici siyasətin təməlində yaşayan əsas prinsip ölkənin içində yaşayan vətəndaşların gələcəyini və yaşamını təminat altına almaqdır. Qarabağ məsələsinin həlli həm də bu mənada önəmlidir. Çünki o torpaqlarda daimi yaşayan insanlarımız on illərdir öz yurdundan didərgin düşüb. Onları dədə-baba torpaqlarına qaytarmaq bizim Azərbaycan dövlətinin əsas vəzifəsidir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor