“Türkiyə Qarabağ məsələsində Azərbaycana aktiv şəkildə kömək edir” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 11:31 | Şərh sayı: (0) | Baxılıb: 310
“Türkiyə Qarabağ məsələsində Azərbaycana aktiv şəkildə kömək edir”
Rusiyalı hərbi analitik: “Rusiya Ermənistandakı hərbi mövcudluğunu gücləndirəcək...”
“Rusiya-Türkiyə gərginliyi minimum iki il çəkəcək və bu fonda Moskva Ermənistandakı hərbi bazasını gücləndirməyə daha böyük diqqət ayıracaq”. Musavat.com-un məlumatına görə, bu sözləri “Azadlıq” radiosunun erməni bürosuna müsahibəsində tanınmış rusiyalı hərbi ekspert, MDB ölkələri İnstitutunun Qafqaz şöbəsinin rəhbəri Vladimir Yevseyev bildirib.
“Rusiya Türkiyəyə qarşı hərbi hərəkətlərə getməyəcək, buna əminəm. Ancaq ola bilsin Türkiyə tərəfdən hansısa yeni qıcıqlandırıcı addımlar atılsın” - qeyd edib ekspert.
Son iki ayda erməni mətbuatında qeyd olunan Ağrıdağın (ermənilər ona “Ararat” deyir-red.) Türkiyə tərkibində qalmasını nəzərdə tutan 1921-ci il tarixli Moskva müqaviləsinin ləğvi mümkünlüyünə gəlincə, politoloq bunu praktik olaraq istisna edərək erməniləri məyus edib. Üstəlik, o, saxta etməni soyqırımını inkara görə cəza nəzərdə tutan qanun layihəsinin Dövlət Dumasında keçəcəyini də az ehtimallı sayıb.
Dağlıq Qarabağ münaqişəsinə gəlincə, rusiyalı hərbi analitik konflikt ətrafında vəziyyətin mürəkkəb və proqnoz edilməyən olduğunu söyləyib. Onun sözlərinə görə, Türkiyə Azərbaycana aktiv şəkildə kömək edir. “O cümlədən bir sıra azərbaycanlı kəşfiyyatçı qruplar Türkiyədə hazırlıq keçir” - əlavə edib Yevseyev.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər