Türkiyəli alim: “Azərbaycanla Türkiyədən başqa digər türk dövlətlərinin Qarabağ problemindən xəbəri yoxdur” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-01-2016, 19:11 | Şərh sayı: (0) | Baxılıb: 281
Türkiyəli alim: “Azərbaycanla Türkiyədən başqa digər türk dövlətlərinin Qarabağ problemindən xəbəri yoxdur”
“Qarabağın erməni işğalı altında olduğunu türk dövlətləri arasında təkcə Azərbaycanla Türkiyə bilir, o biri Asiya ölkələrinin bundan xəbəri yoxdur. Ona görə də Qırğızıstan prezidenti Ermənistandakı uydurma “soyqırımı” abidəsinə çələng qoyur. Biz onlara Şimali Kiprin müstəqilliyi məsələsini başa sala bilmədiyimiz kimi, Azərbaycanın əziz Qarabağ torpaqlarının da erməni işğalı altında olduğunu və o torpaqların işğaldan azad edilməsi üçün hamısının dəstəyinə ehtiyac duyulduğunu anlada bilmirik”.
Bu sözləri Avrasiya Bir Vakfında “Türk dünyasının ümumi problemləri” mövzusunda çıxışından sonra APA-nın Türkiyə müxbirinin “Dövlət naziri olduğunuz hökumət Qarabağın erməni işğalından azad edilməsiylə bağlı bizə məlum olmayan hansısa təşəbbüsü etdimi” sualına cavabında 57-ci Ecevit-Bahçeli-Yılmaz hökumətinin Türk ölkələriylə münasibətlərə cavabdeh dövlət naziri, İstanbuldakı Aydın Universitetinin professoru Abdulhaluk Çay deyib.
A. Çay bildirib ki, ermənilər Qarabağa Azərbaycanın tarixi torpaqlarının 1828-ci ildə Rusiyaya ilhaq edilməsindən sonra yerləşdiriliblər.
“Ruslar 1920-ci ildə Bakını işğal etmək üçün əvvəlcə ermənilərə Qarabağda üsyan törətdiriblər .Dağlıq Qarabağın yaradılması isə ermənilərin ruslara etdikləri xain xidmətin nəticəsidir. Ermənilərin Qarabağda Azərbaycan Türklərinə qarşı törətdikləri cinayətlərin dünyada əmsalı yoxdur. Ermənilərin Anadolu Türklərinə qarşı yapdıqları soyqırımın heykəlini Vanın mərkəzində qoymağımız lazımdır”, - deyə A. vurğulayıb.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin 57-ci hökuməti 18 aprel 1999-cu ildəki seçkidən sonra Demokratik Sol Partiyasının lideri Bülənt Ecevitin başçılığı altında qurulub. Milliyyətçi Hərəkat Partiyası və Ana Vatan Partiyasının da daxil olduğu hökumətdə MHP lideri Dövlet Bahçeli və ANAP lideri Məsut Yılmaz baş nazirin müavini vəzifəsini tutublar. VI Türk qurultayının keçirilməsi məsələsində MHP lideri Bahçelinin sözünə qulaq asmayaraq keçmiş prezident Süleyman Dəmirəlin təşkil etdiyi maddi dəstəklə qurultayı keçirən Abdulhaluk Çay 7 dekabr 2001-ci ildə Dövlət Bahçelinin təqdimatıyla vəzifəsindən azad edilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər