Türkiyədən Dağlıq Qarabağ açıqlaması |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-11-2015, 09:23 | Şərh sayı: (0) | Baxılıb: 319
Türkiyədən Dağlıq Qarabağ açıqlaması
Türkiyə Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi üçün əlindən gələni edəcək.
Ixlas.Az anspress-ə istinadən bildirir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyə Böyük Millət Məclisində hökumət proqramını açıqlayarkən deyib.
O bildirib ki, 64-cü hökumət proqramında Türkiyənin Azərbaycanla münasibətlərinin daha da yaxşılaşdırılması istiqamətində səylərin davam edəcəyi məsələsi də yer alıb.
"Qardaş Azərbaycan ilə tarixi münasibətlərimizi, Qafqaz geosiyasətinə, hər iki ölkənin marağına uyğun şəkildə davam etdirəcəyik. Dağlıq Qarabağ başda olmaqla Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və Azərbaycanla Türkiyə arasındakı gərginliyə son verilməsi üçün əlimizdən gələni edəcəyik", deyə Davudoğlu bildirib.
Əhməd Davudoğlu Azərbaycanın regionda oynadığı iqtisadi roldan da danışıb. Baş nazir bildirib ki, Qafqazda yaradılan Türkiyə - Azərbaycan - Gürcüstan, Türkiyə - Azərbaycan - İran və Türkiyə - Azərbaycan - Türkmənistan kimi üçtərəfli mexanizmlər artıq meyvələrini verməyə başlayıb.
Davudoğlu bildirib ki, Türkiyənin Qafqaz regionu və Orta Asiya ölkələri ilə münasibətlərinin daha da dərinləşdirilməsi, yeni yaradılan Türk Konseyinin bundan sonra daha gücləndirilməsi əsas hədəflərdəndir.
1980-cı illərin sonunda və 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda baş verən etnik qarşıdurmalar və Ermənistanın Dağlıq Qarabağ Muxtar Vilayətini özünə birləşdirmə tələbləri Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb olur.
Ermənistan ordusu DQMV-ni və ona qonşu 7 rayonu (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) işğal edir. 1994-cü ildə Bişkekdə atəşkəs sazişi imzalanır. Dağlıq Qarabağda separatçı rejim 1991-ci ildə müstəqillik elan edir.
Heç bir beynəlxalq qanunun hüquqi tələblərinə cavab verməyən bu "müstəqillik" indiyə kimi haqlı olaraq dünyada heç bir ölkə tərəfindən tanınmayıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər