RSS
 

Login:
Şifrə:
» » Suriya münaqişəsinin yeni mərhələsində tərəfləri nə gözləyir?

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Suriya münaqişəsinin yeni mərhələsində tərəfləri nə gözləyir?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-10-2015, 14:49 | Şərh sayı: (0) | Baxılıb: 333

Suriya münaqişəsinin yeni mərhələsində tərəfləri nə gözləyir?


Suriya münaqişəsinin yeni mərhələsində tərəfləri nə gözləyir?


Məlum olduğu kimi, sentyabrın 30-da Rusiyanın Suriyada İŞİD və digər terrorçu, ekstremist qruplaşmalara qarşı hökumət qüvvələri və İran ilə birgə hərbi əməliyyatlara başlaması Suriya konfliktində yeni mərhələyə keçidin baş verdiyini göstərir. Həmin vaxta qədər bölgə ABŞ və müttəfiqlərinin üstün nəzarəti altında idi. İndi isə onlar öz hərbi təyyarələrinin Rusiya qırıcıları ilə üz-üzə gəlməməsi üçün ehtiyatlı davranmalı olurlar.

Rəsmi Vaşinqtonun açıqlamalarından belə görünürdü ki, ABŞ İŞİD-lə hələ onilliklər boyunca mübarizə aparmaq fikrindədir. Belə ki, Barak Obama bunu "nəsillərin mübarizəsi" adlandırmışdı (bax: Barack Obama says fight against Isis will be 'generational struggle' / "The Guardian", 6 iyul 2015). Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Leon Panetta isə ABŞ cəmiyyətini "30 illik müharibə"yə hazır olmağa çağırmışdı (bax: Panetta: '30-year war' and a leadership test for Obama / "USA Today", 6 oktyabr 2014). İŞİD-in fəaliyyətinin Suriya və İraqa cəmi bir il ərzində vurduğu zərərin miqyasını təsəvvür etdikdə, bu vəziyyətin illərlə davam etməsinin bölgə üçün ağlasığmaz fəlakətlərə səbəb olacağı şübhə doğurmur. Müharibənin və münaqişənin uzanması isə Qərbin bölgədə uzunmüddətli məqsədlərinə nail olmaq üçün "idarə olunan xaos" taktikasını həyata keçirməsinə əlverişli zəmin yaradacaq.

Üstəlik, bu müddətdə İŞİD-in timsalında terrorizmin Afrikanın içərilərinə, Avropaya, Asiyanın həssas regionlarına nüfuz etməsinin mümkünlüyü də kifayət qədər real təhlükədir. Xatırladaq ki, Yaxın Şərqdə terrorizmin qol-qanad açması məhz Əfqanıstanda möhkəmlənmiş "əl-Qaidə"nin fəaliyyət dairəsini genişləndirməsi ilə mümkün oldu. Belə olan halda, 2000-dən artıq vətəndaşı İŞİD və bölgədəki digər terrorçu qruplaşmalara qoşulmuş Rusiya dövləti terror dalğasının öz sərhədlərinə də gəlib çatmasını gözləmədən, problemi yerindəcə həll etmək yolunu seçdi. Rusiya təyyarələrinin bombardmanları nəticəsində hər gün terrorçu qrupların onlarla bazasının, obyektinin və xeyli sayda canlı qüvvəsinin məhv edilməsi, İran hərbçilərinin müşayiət etdiyi Suriya ordusunun isə terrorçuların nəzarətində olan şəhərlərə doğru irəliləməsi xəbərləri yayılmaqdadır. Əməliyyatların davamının da başlanğıcı kimi uğurlu olacağı təqdirdə, açıq-aşkar beynəlxalq dəstək olmazsa, İŞİD-in müqaviməti uzun illər boyu davam etdirəcəyi inandırıcı görünmür.

ABŞ ictimaiyyətində kifayət qədər səs-küy doğuran məqam isə Rusiyanın Suriyada hərbi əməliyyatlara başlaması və Xəzərdəki donanmasına məxsus uzaqməsafəli raket qurğularından 26 qanadlı raketin İŞİD-in obyektlərinə yönəldilməsi sürprizinin ABŞ rəsmilərini və kəşfiyyatını növbəti dəfə çaşqın duruma salmasıdır. Konqresmenlər Rusiya hərbçilərinin qəfil həmlə ilə bir günün içərisində Krım yarımadasını tutmasını da bənzər hadisə kimi nümunə gətirərək kəşfiyyat orqanlarını işlərini düzgün qurmamaqda ittiham edirlər. ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol isə bu cür ittihamlara münasibət bildirərək, Putinin gözlənilməz addımlar atmağı xoşladığını deyib. Onun fikrincə, ABŞ kəşfiyyatı bu addımlardan iki gün öncədən xəbər tutsaydı belə, bu heç nəyi dəyişməyəcəkdi, Putinin Suriyadakı hərbi əməliyyatlarının qarşısını almaq mümkün olmayacaqdı. Səfirə görə, bu cür vəziyyətlərin yaranması ABŞ kəşfiyyatının iş metodları ilə bağlı suallar yaradır və müəyyən nəticələrin çıxarılacağı istisna deyil (bax: РФ выстраивает альянс с Асадом в пику Америке / "Независимая газета", 9 oktyabr 2015).

Məlumdur ki, Xəzərdən raket zərbələrinin endirilməsi İran və İraqın razılığı əsasında baş tutub. Bu olaydan sonra Vaşinqton rəsmi Bağdaddan hava məkanını Rusiya hərbi fəaliyyəti üçün bağlamağı tələb edib. Bağdadın Vaşinqtonun tələblərinə bundan sonra nə dərəcədə əməl edəcəyi bəlli olmasa da, İraqın ABŞ-ın təsir dairəsindən çıxmaq niyyəti özünü göstərməkdədir.

Analitiklər isə Rusiyanın hərbi əməliyyatlarının bölgədəki geosiyasi vəziyyətə, qüvvələr balansına göstərəcəyi təsirlə bağlı ehtimallar, proqnozlar irəli sürürlər. İndiki şəraitdə ABŞ-ın necə davranmalı olduğuna dair Qərb ekspertləri arasında ciddi fikir ayrılığı mövcuddur. Bəziləri hesab edir ki, ABŞ hansısa sərt addımlar atmağa tələsməməlidir, çünki Rusiya özü-özünü çətin vəziyyətə salacaq və Suriyadakı münaqişə bataqlığına qərq olacaq. Onlar ABŞ-ın müxtəlif regionlardakı müharibələrdə iştirakına əsaslanaraq bildirirlər ki, xarici siyasətdə həddən artıq müdaxilə xətti məhdud müdaxilə siyasəti ilə müqayisədə ABŞ-ın dünyadakı yerinə daha çox zərbə vurub. Tarixi təcrübə göstərir ki, xarici siyasətdəki müharibələr dövrü ABŞ ictimaiyyətində münaqişələrə müdaxilə siyasətindən çəkinmək əhval-ruhiyyəsi doğurur. ABŞ-da 2016-cı il prezident seçkilərinə hazırlıq kampaniyasının ilkin dövrü onu göstərir ki, seçkilər zamanı cəmiyyətdə belə bir əhval-ruhiyyə üstün ola bilər (bax: Joseph S. Nye. Which Way for US Foreign Policy? / "Project Syndicate", 12 oktyabr 2015).

Bəzilərinə görə isə əksinə, passivliyə yol vermək olmaz. İrəli sürülən təkliflərdən biri odur ki, Suriyanın müxaliflərin nəzarətində olan hissələrində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bufer zonaları və uçuşun qadağan edildiyi zonaların yaradılması ideyasına bənzər formada bölgələr yaradılsın və həmin ərazilərdə suriyalı qaçqınlar yerləşdirilsin. Həmçinin, Vaşinqton nümayiş etdirməlidir ki, Rusiya ABŞ-ın dəstəklədiyi qruplaşmaları və təhlükəsizlik zonalarını hədəfə aldığı təqdirdə Birləşmiş Ştatlar özünün hava müharibəsində Əsədin qüvvələrinə də zərbə vuracaq. Bütün bunlar NATO-nun regiondakı, xüsusən də Türkiyə-Suriya sərhədi boyunca mövqelərinin gücləndirilməsi fonunda baş verməlidir (bax: Putin's Syria Play Demands a U.S. Response / "Bloomberg", 18 oktyabr 2015).

Müxtəlif mənbələrdən görünür ki, tez-tez səsləndirilən təhlükəsizlik zonalarının yaradılması fikri faktiki olaraq, Suriya ərazisinin bir neçə hissəyə parçalanmasını istisna etmir. Eyni zamanda, analitiklər onu da etiraf edirlər ki, Suriyada hökumətin tənəzzülü böyük ehtimalla soyqırımına, daha bir neçə milyon insanın evlərindən didərgin düşməsinə və İŞİD-in Dəməşqdə "xilafət" yaratmasına gətirib çıxara bilər (bax: Richard N. Haass, Testing Putin in Syria / "Project Syndicate", 15 oktyabr 2015).

Rusiyanın maraqları prizmasından yanaşdıqda, Suriyadakı hərbi əməliyyatlar İŞİD-in Rusiyaya daxil olmasını çətinləşdirməklə bərabər, bu ölkə üçün yeni silahlarının sınaqdan çıxarılması, hərbçilərinin döyüş təcrübəsinin artırılması, əhalisinin diqqətinin ölkədaxili sosial-iqtisadi problemlərdən yayındırılması, beynəlxalq aləmdə özünün qlobal miqyaslı lider ölkə olduğunu sübut etməsi və Yaxın Şərqdəki müttəfiqlərindən olan Əsəd hakimiyyətinin qorunub saxlanması baxımından da önəmlidir.

Suriyadakı hərbi əməliyyatların təsirinin miqyası isə ilk növbədə, Rusiyanın bölgədəki hərbi fəaliyyətinin nə qədər müddət davam edəcəyi ilə bağlıdır. Rəsmi Moskvanın bəyanatları Rusiyanın hərbi əməliyyatları uzun müddət davam etdirmək və münaqişəyə daha çox cəlb olunmaq niyyətində olmadığını deməyə əsas verir. Hazırda iri şəhərlərdən olan, eləcə də mühüm strateji əhəmiyyətə malik Hələb şəhərinin terrorçulardan geri alınması üçün Rusiyanın başında durduğu koalisiya havadan və yerdən hücumlar edir. Döyüşlərdə İŞİD-in itkilər verdiyi barədə xəbərlər yayılır. Qərb ilə Rusiya arasında informasiya müharibəsinin getdiyini nəzərə alsaq, Hələbə hücumların terrorçulardan çox dinc əhaliyə ziyan vurması, tezliklə Avropanın daha böyük miqrant axınına məruz qalacağı, İŞİD-in bölgədəki mövqelərini gücləndirəcəyi ilə bağlı yayılan informasiyaların yayımının hansı məqsədə xidmət etdiyi aydın olar.

Döyüşlərin qaynar vaxtında ABŞ və Rusiya arasında iki ölkə pilotlarının Suriya ərazisində hər hansı toqquşmadan çəkinməsini nəzərdə tutan anlaşma memorandumunun imzalanması bölgədə ABŞ-Rusiya birbaşa hərbi qarşıdurmasının yaranma ehtimalını azaldır. Bununla belə, istisna deyil ki, ABŞ-ın silah-sursatla dəstəklədiyi qruplaşmaların vasitəçiliyi ilə dolayı yolla baş verən bu qarşıdurma Suriya və bölgə üçün istənilən vaxt gözlənilməz nəticələrə gətirib çıxara bilər.


Newtimes.az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor