RSS
 

Login:
Şifrə:
» » Yeni dünya nizamı: hədəf kimdir?

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Yeni dünya nizamı: hədəf kimdir?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-10-2015, 14:42 | Şərh sayı: (0) | Baxılıb: 325

Yeni dünya nizamı: hədəf kimdir?


Yeni dünya nizamı: hədəf kimdir?


ABŞ rəsmiləri, o cümlədən Barak Obama çıxışlarında dəfələrlə öz ölkələrinin "müstəsnalığını" vurğulayır, dünyanın bir yerində xoşagəlməz hadisə, ədalətsizlik baş verdikdə hər kəsin gözünü ABŞ-a dikdiyini, ondan kömək gözlədiyini bildirərək özlərinin militarist və hegemonçu xarici siyasətinə haqq qazandırmağa çalışırlar. Lakin son 10 ildən artıq müddətdə ABŞ-ın qlobal liderliyi ilə davam edən antiterror kampaniyasının tam iflası, terrorizmin arealının daha da genişlənməsi, qəddarlığının isə ağlasığmaz hədləri aşması, habelə rəsmi Vaşinqtonun hərtərəfli dəstəklədiyi "demokratik inqilabların", daha doğrusu, xüsusi hazırlanmış qrupların əli ilə gerçəkləşdirilən çevrilişlərin vəd olunan "işıqlı" nəticələrinin əvəzinə, aramsız xaos, böhran və ölüm gətirməsi bütün dünyada ABŞ-ın "demokratiya, haqq-ədalət mübarizəsinə" dərin inamsızlıq yaradıb. "Ərəb baharı"nın "bəhrəsi" kimi İŞİD-in meydana çıxması və Yaxın Şərq regionunun qan gölünə çevrilməsi isə bu inamsızlığı ən yüksək həddə çatdırıb.

Dünya ictimaiyyətinin getdikcə güclənən ədalətsizlik, özbaşınalıq və vəhşiliklərdən təngə gəldiyi bir vaxtda siyasi, iqtisadi sanksiyalarla küncə sıxışdırılan Rusiyanın qəfil sıçrayışla dünyanın ən qaynar nöqtəsinə - Suriyadakı münaqişəyə fəal müdaxiləyə atılması Rusiyanın özü üçün riskli addım olsa da, indiki məqamda ABŞ və yaxın müttəfiqlərini həm psixoloji, həm də hərbi-siyasi cəhətdən olduqca çətin vəziyyətdə qoyub.

Suriya hökumətinin müraciəti əsasında Rusiyanın bu ölkə ərazisində hökumət qüvvələri ilə koordinasiyalı şəkildə hava zərbələrinə başlaması ABŞ-ı gözlənilməz situasiya ilə üz-üzə qoyub. İlk günlərdən etibarən Rusiya qırıcılarının və raketatanlarının bombardmanlarının nəzərəçarpan effekt verməsi, İŞİD və digər ekstremist qrupların qərargahlarının, silah anbarlarının və yüzlərlə canlı qüvvəsinin məhv edilməsi, eləcə də terrorçuların bir qisminin ölkəni tərk etməsi, bir hissəsinin təslim olması barədə xəbərlər yayılmağa başladı. ABŞ-ın başçılıq etdiyi koalisiyanın bir ildən artıq müddətdə İŞİD-ə qarşı fəaliyyətinin Rusiya-Suriya-İran və qismən də İraq hərbi əməkdaşlığının bir neçə gün ərzində göstərdiyi nəticələrdən geri qalması isə Vaşinqtonu beynəlxalq ictimaiyyət qarşısında utancverici duruma salıb.

İndi Qərb ekspertlərini maraqlandıran məsələ Rusiyanın Suriyadakı effektli gedişinin dünyadakı nüfuz balansına göstərəcəyi təsirlə bağlıdır. İstisna edilmir ki, bundan sonra dünya ölkələri çətinliklə üzləşəndə gözlərini ABŞ-a yox, Rusiyaya dikə bilər (bax: Putin has embarrassed us all in Syria. Welcome to the age of Russian power / "The Telegraph", 1 oktyabr 2015).

Suriya meydanında özünü sonadək doğruldacağı təqdirdə, Rusiya beynəlxalq ictimaiyyətin gözündə konfliktləri həll etmək iradəsi və gücü olan, həqiqətən də sabitlik və təhlükəsizliyi bərqərar etmək istəyən qlobal güc imicini qazana bilər. Bu isə indiki məqamda Rusiya üçün çox lazımdır. Çünki Qərb dövlətləri və onların digər regionlardakı yaxın tərəfdaşlarının siyasi, iqtisadi sanksiyaları, təzyiqləri ilə üzləşən, neftin qiymətinin kəskin azalmasından milyardlarla vəsait itirən, iqtisadiyyatı böhran keçirən, əhalisi yoxsullaşan və bu səbəbdən daxili narazılığın artma təhlükəsi ilə üzləşən Rusiyanın demək olar ki, itiriləcək heç nəyi qalmayıb. Bir çoxlarının maraqla Şimal ölkəsinin çökəcəyini gözlədiyi bir məqamda onun qəfil həmlə etməsi nəticədən asılı olaraq ya sonu tezləşdirən çırpınışa, ya da vəziyyəti kökündən dəyişdirən uğurlu gedişə çevrilə bilər.

Rusiyanın Suriyadakı gedişlərinin qəti nəticəsini indidən söyləmək çətindir. Lakin hazırkı məqamda Rusiyanın bu addımı onun Suriya və İranla müttəfiqlik münasibətlərini gücləndirir. Başqa bir tərəfdən, ABŞ işğalından sonra terror yuvasına çevrilən İraq hökuməti də Rusiya ilə əməkdaşlığın mümkünlüyünü istisna etmir. Burada diqqəti çəkən başqa bir məqam İŞİD-ə qarşı mübarizədə aktiv olan kürdlərin, eləcə də İraqdakı kürd muxtariyyətinin rəhbərliyinin sükutudur. İŞİD-in təsir dairəsinin artması və kürdlərin nəzarətində olan ərazilərə hücumlar etməsinin qarşılığında onların özlərinə müttəfiq gördükləri ABŞ-ın səmərəli tədbirlər görməməsi, heç şübhəsiz, kürd muxtariyyəti və hərbi birləşmələrinin rəhbərlərinin narazılığına, rəsmi Vaşinqtondan səssiz incikliyinə səbəb olub. Bu səbəbdən də kürd liderlərinin Vaşinqtonun Moskvaya yönələn tənqid və hədələrinə qoşulmaması diqqəti cəlb edir. Bir məqamı da vurğulayaq ki, hələ BMT Baş Assambleyasının 70-ci sessiyası günlərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin kürd muxtariyyətinə İŞİD-lə mübarizədə silah yardımı göstərdiyini bildirmişdi. Maraqlıdır ki, Lavrovun az qala hər sözünü şərh edən Qərb mediası bu fikri, demək olar ki, tamamilə diqqətdən kənarda qoydu.

İstənilən halda, terrorizmlə səmərəli mübarizənin Rusiyaya Yaxın Şərq regionunda müttəfiqlər qazandıracağı gözləniləndir. Digər tərəfdən, terrorçuluqla mübarizə Rusiyanın beynəlxalq nüfuzunu da xeyli gücləndirə bilər. Belə olan təqdirdə, Qərb üçün Rusiyaya qarşı sanksiyaları davam etdirmək, onu "Böyük səkkizlik"dən (hazırda "Böyük yeddilik") kənarda saxlamaq ən azından mənəvi-psixoloji baxımdan çətinləşəcək. ABŞ-ın beynəlxalq ictimaiyyətin gözündə günahkar, etibarsız tərəfdaş imici qazanması və ona alternativ kimi Rusiyanın meydana çıxması bundan sonra Vaşinqtonun beynəlxalq hüququ saymadan istədiyi ölkədə təkbaşına, yaxud dəstəsi ilə birgə hərbi müdaxilə etməsini xeyli dərəcədə çətinləşdirəcək. İstisna deyil ki, bu məsələdə beynəlxalq ictimaiyyətin təzyiqi ilə yanaşı, ABŞ-ın daxili auditoriyasında da öz hökumətinin xarici siyasətinə olan inamsızlığın və müqavimətin artması da mühüm rol oynayacaq.

Artıq qeyd olunduğu kimi, Rusiyanın Suriyada hərbi əməliyyatlar aparması riskli addımdır. Bu, ilk növbədə, terrorçuların və onları dəstəkləyən qüvvələrin Rusiyanı hədəfə çevirməsinə, ölkə daxilində sabitliyi pozma cəhdlərinə rəvac verə bilər. Bu baxımdan, hərbi əməliyyatların başlamasından sonra yayılan bir xəbər diqqəti çəkir. Belə ki, məlumatlara görə, Şərqi Avropadakı keçmiş sovet respublikalarından, xüsusən də Moldovadan olan kriminallar əllərində olan radioaktiv maddələri Yaxın Şərqdəki ekstremist qruplaşmalara, o cümlədən İŞİD-ə satmağa çalışırlar. Bununla bağlı ilin əvvəlində bir neçə halın aşkarlandığı və qarşısının alındığı da bildirilir. Hesab olunur ki, bu cür maddələri ələ keçirən terrorçular hər hansı ölkəyə nüvə hücumu təşkil edə bilərlər (bax: AP INVESTIGATION: Nuclear black market seeks IS extremists / "Associated Press", 7 oktyabr 2015).

Qərb mətbuatında yayılan məlumatlarda radioaktiv maddələrə "Amerikaya nifrət edən" terrorçuların maraq göstərdiyi bildirilsə də, informasiyanın məhz həmin ərazilərdəki terrorçuların Rusiyanın hədəfində olduğu bir vaxtda üzə çıxması maraq doğurur. Məlumdur ki, İŞİD sovet, Çin, ABŞ, Yaponiya istehsalı olan tanklar və digər ağır hərbi texnika, müasir silahlarla yanaşı, kimyəvi silahlara da malikdir. Suriyada mülki əhaliyə qarşı kimyəvi silahların tətbiq olunmasında İŞİD-in əli olduğu bildirilir. İŞİD-in timsalında bu gün terrorçu qruplaşmaların silahlanma səviyyəsinə görə dövlət ordularına bənzəməyə başladığı özünü göstərir. Nüvə silahlarının əldə ediləcəyi təqdirdə isə bu, terrorizmin təkamülünün tamamilə yeni və daha təhlükəli mərhələyə qədəm qoyacağı deməkdir.

Bununla belə, Rusiyanın Yaxın Şərqdə Suriya, İran və İraqla əməkdaşlığı, terrorizmə qarşı apardığı birgə mübarizə havadan hücumların başlanmasından bir neçə gün əvvəl Vladimir Putinin BMT Baş Assambleyasının tribunasından səsləndirdiyi yeni antiterror koalisiyası yaradılması təklifinin reallaşdırılmaqda olduğunu deməyə əsas verir. Buradan belə bir sual meydana çıxır ki, ABŞ-dan fərqli olaraq, Rusiya həqiqətən də terrorizmlə mübarizə apararaq, sabitlik və təhlükəsizliyi bərqərar etməyə çalışacaqmı? İndiki məqamda, özünün beynəlxalq imicini yaxşılaşdırmaq, tərəfdar toplamaq, eləcə də öz daxili təhlükəsizliyini təmin etmək üçün Rusiyanın daha çox ədalət prizmasından məsələyə yanaşacağını gözləmək olar.

Beləliklə, birqütblü dünya sisteminə qarşı çıxan güclərlə Qərb dövlətlərinin mübarizəsinin Suriya mərhələsi həlledici xarakter daşıyır. Bu mübarizənin nəticəsi yeni dünya nizamının simasını müəyyən edəcək.

Newtimes.az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor