RSS
 

Login:
Şifrə:
» » Müharibə, yoxsa meydanoxuma?

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Müharibə, yoxsa meydanoxuma?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-10-2015, 12:51 | Şərh sayı: (0) | Baxılıb: 1021

Müharibə, yoxsa meydanoxuma?


Müharibə, yoxsa meydanoxuma?


Rəsmi mövqe budur ki, "NATO Suriyadakı hadisələrə birbaşa qoşulmasa da," bu hadisələr onu olduqca narahat edir və Türkiyəyə qarşı ola biləcək hər hansı təhlükəni nəzərdə saxlamalıdır.

NATO-ya üzv ölkələrin müdafiə nazirləri oktyabrın 8-də Brüsseldə bu məsələləri və Rusiyanın bu hadisələrdəki rolunu müzakirə ediblər. "Bizi olduqca narahat edən bir həmləylə qarşı-qarşıyayıq", - deyə NATO-nun baş katibi Jens Stoltenberg Rusiyanın son "fəaliyyət"ini də xatırladaraq bildirib. Amerikan katib Eshton Carter Rusiyanın hadisələrə müdaxiləsinin nəticələrinə toxunaraq bildirib ki, "Rusiya olduqca ciddi və təhlükəli situasiya yaradıb və Suriyada çoxsaylı insan itkisinə səbəb olacaq".

NATO-nun məsul şəxsləri vuruğulayıb ki, vəziyyətin gərginləşəcəyi təqdirdə onlar Türkiyəyə yardım etməyə hazırdırlar. Təşkilat müttəfiqlərini qorumağa "hazır və qadirdir" (4npress).

Şərqi və Mərkəzi Avropa ölkələri Krımın ilhaqı və Ukrayna müharibəsindən sonra öz təhlükəsizlikləri barədə narahatdırlar. Onlar ikili standart olmadan Rusiyanın sülh üçün vahid təhlükə olduğunun bu sammitdə də elan olunmasını istəyirlər.Stoltenberg hərbi, siyasi adaptasiyasını nəzərdə tutan yeni sənəd təqdim edərək bildirib ki, NATO Rusiyaya yaxın olan ölkələrdə öz mövqeyini gücləndirməlidir.

Almaniya isə istənilən halda problemin hərbi yolla həllinin əleyhinədir. Fransa da öz növbəsində, Rusiya ilə dialoqun davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.

Avropa ölkələri öz müdafiələrini gücləndirmək istəyirlər. Buna görə də havadan gələ biləcək hər hansı təhlükənin qarşısını almaq üçün raket əleyhinə qurğular, həmçinin hər birində 60 üzv olan altı struktur (NATO-nun birləşmiş inteqrasiya qüvvələri) bu bölgələrdə yerləşdirilib.

Bəzi siyasətçilər isə NATO-nun raket əleyhinə qüvvələrlə bağlı Rusiya ilə dil tapmağının vacib olduğunu bildirir.

Onların fikrincə, Rusiya hakimiyyətinin nəzərinə çatdırmaq lazımdır ki, bu onların ölkələri əleyhinə atılmış bir addım deyil, bu qurğular rus raketlərini ələ keçirməyə qadir deyil, onlar, sadəcə, Avropanı mümkün İran təhlükəsindən qorumağa xidmətdir.

Sammit iştirakçıları onu da aydınlaşdırmağın vacibliyini vurğulayıblar ki, Rusiya Suriyada möhkəmlənməklə dəstək məqsədi güdür, yoxsa Aralıq dənizi bölgəsinə "ayaq açmaq istəyir"? İkinci halda NATO bu bölgədə də öz nəzarət və müşahidə vasitələrini artıracaq.

Üç region ölkəsi (Fransa, İspaniya, İtaliya) bu bölgədə NATO-nun nəzarətinin gücləndirilməsini tələb edir.

Bu fikirlər iki cəbhəni (Rusiya və Aralıq dənizi ölkələrini) üz-üzə qoymaqla bərabər bir sualı da ortaya çıxarır: görəsən, NATO eyni vaxtda bir neçə cəbhədə mübarizə apara biləcəkmi? Cavab isə qeyri-müəyyəndir.

Qanla yoğrulan siyasət xəmiri

Suriyadakı "xəmir"in xeyli su aparacağı çoxdan bəlli idi. Bu, hələ "ərəb baharı"nın yeni-yeni "çiçəklənməyə" başlandığı dövrlərdə birbaşa və ya dolayısı ilə çox deyilirdi. Sonradan Ukrayna münaqişəsinin ən qaynar mərhələsinin yaşandığı dövrdə də bu barədə danışıqlar səngimirdi. Lakin məhz bu il, daha doğrusu ilin ortalarına yaxın hadisələr kaleydoskop sürəti ilə inkişaf etməyə başladı - neftin qiyməti bir çox ölkələr üçün hiss olunacaq dərəcədə ucuzlaşdı. İranın nüvə proqramı ilə bağlı problem, sanki, bir anda həllini tapdı, Amerika-İsrail münasibətlərində ciddi soyuqluq yarandı, Yəməndə vəziyyət qarışdı, Bəşər Əsəd ordusu təslim olmağın astanasına gəlib çıxdı, Barak Obama Amerika hərbçilərinin Suriya müxalifətçilərini istər İD-dən, istərsə də hökumət qüvvələrindən qorumaq məqsədilə aviasiyadan istifadəsinə razılıq verdi. Nəhayət, Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropaya qaçqın axını başlandı...Bütün bunlarla yanaşı, sentyabrın 30-dan Rusiya Hərbi Kosmik Qüvvələrinin (HKQ) təyyarələri Suriyada "İslam Dövləti" (İD) terrorçularına qarşı əməliyyata başladı. Ruslar düşmənin hərbi texnikasını, yaraqlıların dağlarda idarə olunması üzrə komanda məntəqələrini, rabitə qovşaqlarını, nəqliyyat vasitələrini, silah anbarlarını, ekstremist təşkilatın silah-sursatını və yanacağını bombalamaqdadırlar. Hərbi əməliyyatlar Rusiya Federasiyası Şurasının ölkə prezidentinə Silahlı Qüvvələrdən xaricdə istifadə etmək icazəsi verməsindən cəmi bir neçə saat sonra başlayıb. Əməliyyatların başlanmasına əsas Suriya prezidenti Bəşər Əsədin rəsmi müraciəti olub. Moskvadan bildirirlər ki, yerüstü əməliyyatlardan söhbət getmir və İD-yə qarşı yalnız Hərbi Hava Qüvvələrindən istifadə olunur. Şəxsi heyətdə isə yalnız zabitlər və müqavilə əsasında xidmət edən könüllülür yer alır.

Hər şey nədən başladı?..

Bu il yayboyu Moskva ərəb dövlətləri, Türkiyə və İsraillə danışıqlar aparıb. Avqustun əvvəlində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətərdə Fars körfəzindən olan həmkarlarına və ABŞ dövlət katibi Con Kerriyə, sanki, İD-yə qarşı beynəlxalq koalisiyanın yaradılması ideyasının təqdimatını keçirib. Söhbət Vladimir Putinin sentyabrın 28-də BMT tribunasından açıqladığı və Vaşinqtonun qəbul etmədiyi ideyadan gedir. Rusiya, əlbəttə ki, Amerikanın ideya ilə razılaşmayacağını anlayırdı. Lakin artıq Rusiya silahlarının Suriyaya göndərildiyini gizlətmək mümkün deyildi. Avqustun sonu, sentyabrın əvvəlində bu barədə xəbərlərə mətbuatda daha intensiv rast gəlinməyə başlanmışdı. Təxminən 1 ay əvvəl Rusiyanın xaricdəki əsas ruporu olan "Russia Today" telekanalı ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən, "rus hərbçilərinin İD-yə qarşı savaşa qoşulmasının gündəmdə olmadığını" bildirirdi. Görünür, məsələ gündəmə yalnız Putinin BMT Baş Assambleyasının tribunasına qalxdığı zaman gəlib. Aydındır ki, Suriya məsələsi bir sıra dövlətlərin XİN başçıları səviyyəsində KİV-dən gizli aparılan danışıqlar nəticəsində həllini tapıb. Sadəcə, onun dünyaya bəyan olunması üçün əsas meydan kimi, Baş Assambleya seçilib. Adətən, protokol və deklarativ xarakter daşıyan sessiya bu dəfə bütün dünyanın diqqət mərkəzində idi. Sessiyaya xüsusi səylə hazırlaşan Rusiya əvvəlcədən bütün diqqətləri Putinin edəcəyi çıxışa çəkə bilmişdi. Putin isə Nyu-Yorkdakı çıxışından bir neçə gün əvvəl, müsəlman Yaxın Şərqindəki durumla bağlı mövqeyini açıqlamış, özünü islamın dostu kimi göstərmək üçün Moskvada Avropanın ən böyük məscidinin açılışını etmişdi. Əsaslı təmir və bərpadan sonra keçirilən açılış mərasiminə müsəlman dünyasının dini və siyasi liderləri də qatılmışdılar.

Putin-Obama dueli

Müşahidəçilər bildirirdilər ki, Baş Assambleyada yaşanmış Putin-Obama dueli qurumun tarixində ən maraqlı məqamlardan biri olub. Reportyorlar yaşananların ləzzətini çıxarır, prezidentlərin, az qala, hər bir mimikasını lentə köçürməyə çalışırdılar. "Politico" saytının yazdığı kimi, bir məqam intriqanı daha da artırırdı: Putinlə Obama yalnız geosiyasi rəqiblər deyillər. Onların həm də şəxsi olaraq bir-birlərindən xoşu gəlmir. BMT-nin Baş katibi Pan Gi Mun da çalışırdı: o, nümayəndə heyətlərinin rəhbərləri üçün təşkil olunmuş naharda Putinlə-Obamanı sağında və solunda əyləşdirərək, tost deməyə yollanmışdı. Lakin bütün bunların, sadəcə, tamaşa olduğu məlumdur. Əsas danışıqlar da sonra, qapalı qapılar arxasında keçirilmiş Amerika-Rusiya görüşündə baş tutub. Məsələnin məğzi ondan ibarətdir ki, hər iki tərəf Suriya böhranının həllinin vacibliyini qəbul edir. Sadəcə, onların bu həll yoluna, problemin yaranma səbəblərinə baxışları fərqlidir. Ruslar amerikalılara bir sual ünvanlayır: "Sizin məqsədiniz İD-ni məhv etməkdir, yoxsa Əsədi?" Amerikalılar isə ruslara belə bir sual ünvanlayır: "Siz İD-ni məhv etməyə çalışırsınız, yoxsa Əsədi xilas etməyə?" Maraqlıdır ki, bütün bunlarla yanaşı, hər iki tərəf beynəlxalq hüquqdan danışır. Obama Əsədin diktator olduğunu, öz vətəndaşlarının fundamental hüquqlarını pozduğunu deyir, bu səbəbdən onun xilasını yolverilməz sayır. Moskva isə Rusiyanın Suriyadakı əməliyyatlarda "iştirakının beynəlxalq hüquqa əsasən, Suriya prezidentinin rəsmi müraciəti əsasında həyata keçirildiyini" bildirir. Bu zaman Moskva Əsədin, hələ ki, Suriyanın legitim prezidenti olduğuna diqqət çəkir. ABŞ-ın başçılıq etdiyi koalisiyanın İD-yə qarşı apadığı əməliyyatlara isə nə Suriya hökuməti, nə də BMT TŞ sanksiya verib.İddialar və hədəflər

Bununla yanaşı, Moskva iddiaları və ya xarici siyasi hədəfləri üzündən deyil, sırf milli maraqları baxımından hərəkət etdiyini bildirir. Bu mənada, rusların Suriyada başladıqları əməliyyatlar İD-yə üz tutan MDB ölkələri vətəndaşlarının sayının getdikcə artmasından, həmçinin Mərkəzi Asiya tərəfdən mümkün təhlükələrdən qaynaqlanır. Yeri gəlmişkən, İD ilə yanaşı, son zamanlar Əfqanıstanda taliblərin fəallığı da artıb. Beləliklə, Rusiyaya bütün təhlükələrin öhdəsindən sərhədlərindən uzaqda gəlmək daha çox sərf edir. Bu, şübhə doğurmur və əməliyyatlar başlayıb.

Məsələ başqadır: Vaşinqton və Moskva Nyu-Yorkda razılığa gəliblər, yoxsa Yaxın Şərq üzərində təyyarələrinin toqquşmasının bütün dünyanı cəhənnəmə çevirə biləcəyini anladıqları üçün, sadəcə, bir-birlərini məlumatlandırıblar? "Hesab edirəm ki, prezident Obama Putinin demək istədiklərini eşitdi", - deyə Lavrov danışıqlardan sonrakı açıqlamasında bildirib. Şübhəsiz, Putin də Obamanın ona demək istədiklərini eşidib. Pentaqonla Rusiya Müdafiə Nazirliyi arasında birbaşa kanalın yaradılması bu fikri təsdiqləyir. Məlumatda bildirilir ki, kanal Rusiya hərbçiləri ilə ABŞ-ın rəhbərlik etdiyi koalisiya arasında münaqişənin önlənməsi üçün yaradılıb. Bundan başqa, Bağdadda İD ilə mübarizədə informasiya mübadiləsi mərkəzi də işə başlayıb. O, Rusiya, Suriya, İraq və İran hərbçilərinin iştirakı ilə fəaliyyət göstərir və bu, hər halda, amerikalıların razılığı ilə baş verib.Yeni "Əfqan?"

Maraqlıdır ki, Rusiyanın bombardmana başlamasından bir neçə saat sonra ABŞ-ın dövlət katibi Con Kerri CNN telekanalına müsahibəsində gözlənilməz bəyanatla çıxış edib. Onun sözlərinə görə, "Vaşinqton Suriyada hakimiyyətin yüngül şəkildə ötürülməsi"nə qarşı deyil və Bəşər Əsədin dərhal istefa verməsini tələb etmir. Bu, həqiqətən də, ABŞ-ın ritorikasında gözlənilməz dəyişiklikdir. Kerri Rusiyanın Suriya münaqişəsinin həllinə cəlbinin ABŞ üçün "imkan" olduğunu da bildirib. Bunun fonunda amerikalı, həmçinin rusiyalı ekspertlər arasında bir versiya daha populyardır: Rusiya Suriyada heç də gücünü nümayiş etdirmir, əslində o, ABŞ-ın toruna düşüb. Belə düşünən ekspertlər hesab edirlər ki, Rusiyanın neftin ucuzlaşması və sanksiyalarla üzləşdiyi bir şəraitdə, sərhədlərindən kənarda hərbi münaqişəyə cəlb olunması məhz onun üçün qurulmuş tələ ola bilər və sonda Suriyanın Moskva üçün ikinci Əfqanıstana çevriləcəyi istisna deyil. Amerikalar isə bu arada öz strategiyaları barədə böyük təntənə ilə danışırlar: biz regionu tərk etmək istəyirdik, oraya qoşun yeritməmək üçün yollar axtarırdıq və sonda bu yolu tapdıq - indi bizim əvəzimizə Rusiya özünü oda vuracaq, sonrasına isə baxarıq...

Lakin Suriyada söhbət, sadəcə, vətəndaş müharibəsindən, ənənəvi hakimiyyət-müxalifət savaşından getmir. Orada hər kəsə düşmən olan üçüncü qüvvə də var və bütün həngamə məhz onun ətrafında baş verir. Bu baxımdan, belə çıxır ki, ABŞ ya Rusiyanın reaksiya göstərmək məcburiyyətində qalacağı təhlükəni bilərəkdən yaradıb, ya da mövcud təhlükədən ustalıqla istifadə edib. Putinin bunu anlayıb-anlamadığı bəlli deyil. Lakin o, BMT-nin tribunasından səsləndirdiyi bəyanatında bildirib ki, terrorçuları primitiv səfeh hesab etmək qorxuludur və hələlik kimin-kimdən istifadə etdiyi bilinmir. Suriya məsələsində naməlum olan məqamlar, həqiqətən, çoxdur. Hər halda, baş verənlərə diqqətlə nəzər saldıqda, belə təəssürat yaranır ki, İD-nin mövcudluğu hər kəsə sərf edir. ABŞ məhz bu təşkilatın köməyi ilə çoxdan sevdiyi (hər halda, başqaları belə düşünürlər) vəziyyətlə üz-üzə qalıb - idarəolunan xaos. Beləliklə, amerikalılar məqsədlərinə nail olurlar və indi onlar Rusiyanı da tələyə sala biliblər. Digər tərəfdən, Rusiya İD-nin köməyi ilə Suriyaya legitim şəkildə girmək imkanı qazanıb. İndi o, guya Əsədi, Suriyanı və bütünlükdə, Yaxın Şərqi terrorçulardan xilas etməyə çalışdığını göstərir. Əslində, Moskva bununla Aralıq dənizi regionunda özü üçün güclü meydan yaradır, xaricdəki yeganə dəniz bazasını xilas edir və bununla da Rusiya Donanmasının Qara dənizdə "dustaq" qalmamasını təmin edir.Bundan başqa, Əsədin rəhbərlik etdiyi Suriyanın "itirilməsi" Qətərə bu ölkənin ərazisi ilə Türkiyəyə və ya Yunanıstana birbaşa qaz kəməri çəkmək imkanı yaradacaq. Qətər artıq indi Aİ bazarlarının əsas tədarükçülərindən biridir. Bunun "Qazprom"a necə baha başa gələ biləcəyini söyləmək belə, artıq olardı. Moskvanın Qərblə Ukrayna böhranı ilə bağlı danışıqlarda "stavka"nı artırması da istisna deyil.
Putin riskli oyun oynayır. Bəs amerikalılar da bu cür oynamağa qərar versələr? Amerika tələsi ilə bağlı versiya həqiqət deyilsə, onda belə çıxır ki, artıq "axsaq ördək" adlandırılan Obama administrasiyası Suriyada aşkar qətiyyətsizlik göstərib. ABŞ-da artıq seçki marafonu start götürüb və bu yarışın iştirakçıları arasında hazırkı şəraitdə Obamadan daha cəsarətli qərarlar verə biləcək şəxslər kifayət qədərdir. Barak Obamanın özü də Nyu-Yorkdakı çıxışı zamanı bildirib ki, lazım gələcəyi təqdirdə, ABŞ dostlarına dəstəyi əsirgəməyəcək ("Region+").

Qorxulu siqnallar isə artıq Rusiyanın ilk zərbələrindən sonra ortaya çıxıb. "Wall Street Journal" və bir sıra digər KİV Amerikadakı, o cümlədən Pentaqondakı mənbələrə istinadən, Rusiya təyyarələrinin yalnız İD-nin mövqelərini yox, qiyamçıların (o cümlədən, MKİ təlimatçılarının rəhbərliyi ilə hazırlıq keçmiş döyüşçülərin) nəzarətində olan əraziləri də bombaladığına dair məlumatlar yayıb. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı Rusiyanın Suriya münaqişəsinə müdaxiləsindən "birgə narahatlıq"larını ifadə ediblər. Onlar Rusiya aviasiyasının, xüsusilə Hama, Homs və İdlib rayonlarına endirdiyi zərbələrdən narahatlıq keçirirlər. Moskva isə Amerikadan hava əməliyyatları üçün təmiz səmanın təmin olunmasını, Amerika hərbi təyyarələrinin oradan çıxarılmasını tələb edib. ABŞ, əlbəttə ki, bu tələblərə əməl etmək fikrində deyil və elə həmin gün Amerika təyyarələri İD-nin Hələbdəki mövqelərinə zərbələr endirib. Doğrudur, ABŞ və Rusiya terrorçuların mövqelərinin bombardmanı zamanı bir-birlərinə mane olmamaları üçün yuxarıda qeyd etdiyimiz rabitə kanalı vasitəsilə əlaqə saxlayırlar. Yəni onların arasında müəyyən koordinasiya var. Lakin Rusiya-ABŞ toqquşması təhlükəsi qalmaqdadır. Söhbət yalnız səmada toqquşmadan yox, yerdə də yol verilə biləcək yanlışlıqlardan gedir. Moskva əməliyyata başladığı ilk gündən dinc insanların ölümünə səbəb olmaqda günahlandırılıb. Məsələyə dərhal münasibət bildirən Rusiya XİN bunu "informasiya müharibəsi" adlandırıb. Amma bu "dinc sakin"in yerində hər an hansısa amerikalı təlimatçı və ya məsləhətçi də ola bilər...Ümumiyyətlə, Rusiya Suriyada bir çox problemlə üzləşəcək və ABŞ istədiyi təqdirdə, bu işə "öz töhfəsini" verəcək. Kerri CNN telekanalına sentyabrın 30-da verdiyi müsahibəsində bildirib ki, Moskva Bəşər Əsədin Ələvi hakimiyyətinə dəstəyi davam etdirərsə, Yaxın Şərq ölkələri ilə problemlər yaşayacaq. O, fikrini həmin ölkələrin əksəriyyətində sünni əhalinin çoxluq təşkil etməsi ilə əsaslandırıb. Kerri hesab edir ki, bu halda, Rusiya cihadçıların da hədəfinə çevrilə bilər. Yeri gəlmişkən, "The New York Times" bundan cəmi bir sutka sonra, Suriyanın "Ceyş əl-islam" ("İslam ordusu") qruplaşmasının Rusiyaya müharibə elan etdiyinə dair məlumat yayıb. Qəzetin yazdığına görə, bu qruplaşma Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilir. Bu yerdə o da qeyd olunur ki, İD-nin fundamental müxalifəti 2013-cü ilin payızında Suriyada məhz ər-Riyadın təşəbbüsü ilə yaradılıb. İndi o, həm İD-yə, həm də Əsədə qarşı mübarizə aparır.

Ərəblər narahatdır

Bu arada, Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdulla əl-Muallimi Baş Assambleyadakı çıxşında Moskvadan bombardmanların dayandırılmasını tələb edib. O, Rusiya təyyarələrinin dinc əhalini bombaladığını bildirib.Bəs İD-nin mövqelərinə, hətta güclü hava zərbələri terrorçuların zərərsizləşdirilməsi üçün kifayət edəcəkmi? Rusiya mətbuatının özü bu sualın cavabını axtararkən, Putinin bir müddət əvvəl Misirin "əl-Əhram" qəzetinə müsahibəsində səsləndirdiyi fikri xatırladır: Kremlin saytında da dərc olunmuş müsahibədə Putin yalnız hava zərbələri ilə terror təhlükəsinin aradan qaldırılmasının mümkün olmadığını bildirmişdi. İndi isə o, Suriyada yerüstü əməliyyatların keçirilməyəcəyini deyir. Hər halda, İD ilə mübarizənin uğurlu olması üçün onun maliyyə mənbələri qapadılmalıdır. Bunun üçün isə yerlərdə effektiv fəaliyyət tələb olunur. Bundan başqa, İD yalnız Suriyada yox, məsələn, həm də İran ərazisində məskunlaşıb. Yenə də hər şey Rusiyanın yekun hədəflərindən və imkanlarından, bu işdə onun müttəfiqlərinin olub-olmayacağından, həmçinin ABŞ-ın dostlarını qorumaq üçün nə qədər uzağa getməyə hazır olmasından asılıdır.



Orxan Hun
Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor