RSS
 

Login:
Şifrə:
» » İki gücün toqquşması: əsl məqsədi axtarsaq...

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

İki gücün toqquşması: əsl məqsədi axtarsaq...

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-10-2015, 12:26 | Şərh sayı: (0) | Baxılıb: 933

İki gücün toqquşması: əsl məqsədi axtarsaq...


İki gücün toqquşması: əsl məqsədi axtarsaq...


Ötən həftə BMT-də çıxış edən Vladimir Putin Qərbin Bəşər Əsədə dəstək olmamasını ciddi səhv kimi dəyərləndirib. Rusiya bombaları Suriyadakı hədəflərə düşəndə isə bir çoxları Putinin səhv etdiyini qeyd etməyə başladılar. Başqa ekspertlər isə Putini strateji qrossmeyster adlandırdılar.

Rusiyanın müdafiə naziri Sergey Lavrov bildirib ki, Rusiya və ABŞ İŞİD-ə qarşı mübarizədə eyni fikri bölüşürlər, ABŞ-ın müdafiə naziri Eşton Karter isə qeyd edib ki, Rusiyanın bombaladığı ərazilərdə İŞİD döyüşçüləri olmaya bilər. ABŞ tərəfi artıq birinci dəfə deyil ki, Rusiyanın danışıqda ayrı, əməldə ayrı fəaliyyət göstərdiyini qeyd edir. Rusiya zərbələri İŞİD-lə mübarizə məqsədi ilə endirdiyini bildirsə də, əsl səbəb müzakirə mövzusuna çevrilir.

Bu səbədən də "Politico" jurnalı müəyyən araşdırma apararaq mütəxəssislərin fikri ilə maraqlanıb. O, sadəcə ABŞ-a gücünü göstərir? Yoxsa Əsədi xilas etmək niyyətindədir? Bəlkə, o həqiqətən İŞİD-i yox etmək fikrindədir? Və yaxud da rusiyalı diktatorun məqsədi adi insanların başa düşə biləcəyi səviyyədə deyil?

***

"Putin hesab edir ki, o udur, biz isə hesab edirik ki, biz uduzuruq"

Edvard Lukas ("Economist" nəşrinin əməkdaşı, "Avropa siyasəti" araşdırmalar mərkəzinin vitse-prezidenti)

Rusiya qalib gəldi. Qərb diplomatiyası və ABŞ liderliyi üçün acınacaqlı olan ötən həftənin yekunlarını belə adlandırmaq olar. Avropanın cəbhəyə yaxın dövlətləri belə hesab etməlidir.

Həftə Putinin BMT-dəki uğurlu çıxışı ilə başladı. O, hakimiyyətdə maraqlı olan lider kimi çıxış etdi. O, Qərbi etinasızlıqda günahlandıraraq, İŞİD qurbanlarına görə həyəcan keçirdiyini bildirdi. Obama özünü ən zəif tərəfdən göstərdi. Ritorikanın siyasəti əvəz etdiyini qəbul edən lider kimi.

Həmin gün Putin daha bir uğur qazandı. Obama ilə göz-gözə görüşdü. Rusiya KİV-i baş verənləri Ukrayna konfliktinin səbəb olduğu siyasi izolyasiyanın sonu kimi dəyərləndirdi. Ardınca Rusiya Suriyaya silah və qoşun göndərdi. Burada əsas məqsəd Əsədi müdafiə etməkdir. İŞİD-in təyyarələri yoxdur və bu səbəbdən də Rusiyanın Hərbi Hava Qüvvələri Suriyada dominantlıq edəcək. Rusiya bu addımla ABŞ-ın nüfuzuna böyük zərbə vurdu və hərbi diplomatiya qanunlarını pozdu. ABŞ təşvişə düşüb, lakin hələ ki cavab verməyib.

Belə qərara gəlmək olar ki, artıq Ukrayna məsələsi bağlandı. İndi Rusiya üçün yeni əyləncə başlayıb - Suriya. Burada rəsmi Moskva Əsədin müdafiəçisi rolunda çıxış edir. Əsəd sivilizasiya tərəfdarı, Qərb isə İŞİD-ə dəstək verən tərəf kimi göstərilir. Lakin mən belə hesab edirəm ki, Rusiyanın Suriyadakı fəaliyyəti heç bir nəticə verməyəcək. Nəticədə Suriyada vəziyyət qəlizləşəcək, miqrantların Avropaya axını davam edəcək. Rusiya isə bütün bunları kənardan gülümsəyərək izləyəcək (4npress).

Putin həm də digər məqsədinə də çatmış oldu. Hərbi, iqtisadi və diplomatik zəifliyinə baxmayaraq, Rusiya Qərbi özü ilə özünə sərf edən şəkildə hesablaşmağa məcbur etdi. Suriyadakı vəziyyətin nəticəsində Putin artıq cavabdeh şəxsə çevrilib, hansına ki, kömək üçün müraciət edirlər.

Ən maraqlısı isə odur ki, Qərb baş verənləri başa düşmür. Onlar elə düşünürlər ki, sanksiyalar Putini sarsıtdı. O, Ukraynada məğlub olub və bu addımı ilə özünü bərpa etmək istəyir. Putinin fəaliyyəti cəld reaksiya və möhkəm əsəbə dayanır. Onun aləmində biz uduzuruq, o isə qalib gəlir.

İndi o, qiymət müəyyənləşdirə bilər.

***

"Rusiyanın Suriyadakı fəaliyyəti danışıqlar zamanı rəsmi Moskvanın əsas üstünlüyü olacaq"

Alek Lun (Politico nəşrinin jurnalisti)

Ukraynanın Kreml üçün 1 nömrəli problem olduğunu unutmaq olmaz. Rusiyanın Suriyadakı hava hücumları Bəşər Əsədin mövqeyini daha da gücləndirəcək. Uzunmüddətli gözləntilərə əsasən isə demək olar ki, Rusiyanın Suriyadakı fəaliyyəti müəyyən danışıqlar zamanı üstünlüyə hesablanıb. Putin artıq Ukrayna səbəbindən düşdüyü siyasi izolyasiyadan qurtulub və Obama ilə görüşərək müəyyən xallar toplayıb. Pərdə arxasında onlar nəyi müzakirə edirdilər? Rusiyanın Ukraynadakı maraqlarını? Sanksiyaların bitmə vaxtını? Bütün bu suallar gözlənilmədən gündəliyə salınıb.

***

Qərbin ən məlumatlı araşdırmalar mərkəzi belə dəqiq bilmir ki, Rusiya rəhbərinə tövsiyələri kim verir və onu məlumatla kim təchiz edir.

Ben Cuda ("Politico Europe" nəşrinin əməkdaşı. "Kövrək İmperiya: Rusiya Putini necə sevdi və necə sevmədi" kitabının müəllifi)

Əgər kimsə desə ki, mən Putinin nə etmək istədyini bilirəm, bilin ki, o, yalan danışır. Kreml Qərbdən çox uzaqlaşıb. Belə uzaqlaşma Brejnevin dövründən sonra hələ olmamışdı. Qərbin ən məlumatlı araşdırmalar mərkəzi belə dəqiq bilmir ki, Rusiya rəhbərinə tövsiyələri kim verir və onu məlumatla kim təchiz edir.

Dəqiq bildiyimiz isə belədir. Putin tam olaraq izolyasiya olunub və Yaxın Şərqdəki vəziyyətin çətinliyini nəzərə almadan düşünülməmiş addımlar atır. Krım, Donbass, Suriya - bunların heç birinə eyni gözlə baxılmır. Rusiya zəifləməkdə olan Qərbə təzyiqini daha da artırır. Digər mövqedə irəliləmək üçün Rusiya müəyyən güzəştlərə də gedə bilər. Suriya ilə bağlı məsələdə Rusiya güzəştə gedə bilər, əvəzində isə Ukrayna məsələsi onun xeyrinə həll olunmalıdır və sanksiyalar aradan qaldırılmalıdır. Neftin ucuzlaşması və sanksiyalar Rusiyanı pis vəziyyətdə qoyur, bu səbəbdən də Suriya ilə bağlı atılan addım sanksiyaların götürülməsinə hesablana bilər. Əsl səbəbi isə biz bilmirik.

***

Əsas məqsəd budur: Siz bizə qulaq asmalısız və danışıqlardan kənarda saxlamamalısız.

Maşa Qessen ("Simasız adam: Putinin yüksəlişi" kitabının müəllifi. Jurnalist)

Mən hesab edirəm ki, Putinin əsas məqsədi Rusiyanın gücünü nümayiş etdirməkdir. O, Sovetin köhnə qaydalarından istifadə edir: Güc və şantaj. Əsas məqsəd budur: Siz bizə qulaq asmalısınız və danışıqlardan kənarda saxlamamalısınız. Bu ismarıc birbaşa ABŞ-a ünvanlanıb. Ümumiyyətcə isə ismarıcın mətni belədir: "Mən sizin ölkəyə gələrək sizə şans vermişəm. Mən mülayim danışmağa hazır idim. Lakin siz mənim "Əsəd hakimiyyətdə qalmalıdır" ideyama dəstək olmadız. Görək indi nə deyəcəksiz".

Putin hesab edir ki, Suriyadakı vəziyyətin bu həddə çatmasında günahkar ABŞ-dır. Məhz onlar inqilaba dəstək olublar. ABŞ Ukraynada da eynilə fəaliyyət göstərib. O əmindir ki, Rusiyadakı protestlərin arxasında da ABŞ dayanır. Əgər şəxsi münasibətlər müzakirə mövzusu deyilsə, onda Əsədin dəstəklənməsi həmrəylik nümayiş etdirməyə hesablanıb.

***

Mən inanmıram ki, Putin addımlarını əvvəlcədən hesablasın

Endryu Vays ("Karnegi" mərkəzinin vitse-prezidenti. Milli Təhlükəsizlik Şurasının keçmiş əməkdaşı)

Putini böyük strateq adlandırmaqda tələsirlər. O, böyük improvizatordur. O, ABŞ-ın Yaxın Şərqdəki fəaliyyətsizliyini tamamlamağa çalışır. Mən inanmıram ki, Putin addımlarını əvvəlcədən hesablasın. Suriyada müharibə ərsəyə gəlmək üzrədir, o isə Rusiyanı bu müharibənin mərkəzinə atır. Vaxt gələcək, cihadçılar Suriyada rusiyalılara qarşı çıxacaqlar. Bu münaqişə Moskvaya qədər də gəlib çıxa bilər. Rusiyanın fəaliyyəti Əsəd rejiminə ruh verəcək, eyni zamanda cihadçıları da stimullaşdıracaq.

Putinin Ukraynaya qarşı aqressiyası faciə ilə nəticələndi. Suriyada da vəziyyət eyni ilə olacaq. Kremlin Milli təhlükəsizlik baxımından addımları birmənalı deyil. Putin İŞİD-ə qarşı yaradılmış koalisiya (ABŞ-ın sədrlik etdiyi) ilə müzakirə aparmadan qabağa düşərək, Suriyadakı vəziyyəti daha da qəlizləşdirmək niyyətindədir. Putin odla oynayır. Suriyada hesablanmamış və gözlənilməz hərbi qarşıdurmalar baş verə bilər.

***

Avantürist siyasətinə görə, çətin ki, Qərb Putinə qarşı mülayim olsun

Anders Aslund (Atlantik şurasının əməkdaşı)

Putinin Suriya ilə bağlı bir sıra məqsədləri var. Onun Ukraynadakı fəaliyyəti uğursuzluqla başa çatdıqdan sonra bir ildir ki, Putin qələbə ilə nəticələnəsi bir münaqişə axtarırdı. Ukraynadakı uğursuzluğunu sığortalamaq və unutdurmaq üçün bu, vacib addım idi. Uzun müzakirələrdən sonra Putin Suriya variantının üzərində dayandı. ABŞ bu ərazidəki fəaliyyətini məhdudlaşdırıb, Avropanın başı isə qaçqınlara qarışıb. Əsəd isə Rusiyanın köhnə və yaxın tərəfdaşıdır. Rusiyanın İraq və İranla birgə fəaliyyəti isə ABŞ-ı çətin vəziyyətə salır. Putin İŞİD-in tərkibində mübarizə aparan Rusiya vətəndaşlarını da bombalamağa hazırdır (təxminən 2500 nəfər). Bu addımla o ABŞ-ı və Qərbi daha genişmiqyaslı əməkdaşlığa təhrik edə bilər.

Lakin belə taktikanın ciddi çatışmazlıqları var. ABŞ-la mümkün hərbi toqquşma riski ərəfəsində olan Putinə Qərb, çətin ki, güzəşdə gedər. Avantürist siyasətinə görə Qərb böyük ehtimalla sanksiyaları daha da gücləndirəcək. Müasir silahlarla Suriyadakı Rusiya fəaliyyəti ölkəyə baha başa gələ bilər. Krımla Donbas da Rusiyaya baha başa gəlir. Neftin qiymətinin düşməsi, eləcə də rublun məzənnəsinin düşməsi, dollarla göstərilən Rusiyanın Ümumi Daxili Məhsulunun da düşməsi ilə nəticələnib. Ruslar Yaxın Şərqdə müharibə aparmaq istəmirlər. Bu faciənin sonu görünmür. Putinin Suriyadakı fəaliyyəti Rusiyadakı siyasi sabitliyi poza bilər.

****

Putin fəaliyyəti "həm ziyarət, həm ticarət" deyiminə bənzəyir

Kit Qessen ("n+1" nəşrinin əməkdaşı)

Qərb üçün Putinin siyasəti fərqli deyil. Rəsmi Moskva Qərb kimi davranır, lakin bir qədər kobud və bəhanəsiz. Ona görə də "Putinin Suriya ilə bağlı fikri nədir?" sualını verməzdən öncə biz özümüz özümüzə belə bir sual verək: "Yaxşı bəs bizim Suriya ilə bağlı fikrimiz nədir?" Biz orada neyləmək niyyətindəyik? Bizim də fəaliyyətimiz Suriyaya bomba tullamaq və əhalini silahlandırmaqdan ibarətdir. Hakimiyətə gələrək müharibəni dayandıracağına söz verən yeni hakimiyyət bizim üçün yeni müharibə tapıb.

Putinə gəldikdə isə o həm ziyarət, həm də ticarət prizmasına uyğun davranır. Pis hazırlanmış ABŞ planlarını pozmaq yaxşıdır. Rusiyanın tərafdaşlarından birini xilas etmək isə ondan da yaxşıdır. Suriyanı bombalamaqla Rusiya öz istəyini həyata keçirmək istəyir. Putinin Suriya ilə bağlı planı nədir? Yaxşı heç nə və ya yeni heç nə.

***

"Putinin əsas məqsədi öz populyarlığını artırmaqdır"

Qreqori Fayfer ("Ruslar: hakimiyyətin arxasında duran insanlar" kitabının müəllifi)

Rusiya Suriyadakı konfliktin həllinə deyil, əks nəticəsinə can atır. Onların məqsədi orada vəziyyəti qarışdıraraq, dünya arenasında mərkəzə çıxmaqdır. Regionda Rusiyanın yeganə tərəfdaşı Əsədi xilas etməklə Rusiya həm də sülhün carçısı qismində təqdim olunmaq istəyir.

Lakin bu, həqiqətdən çox uzaqdır. Putinin əsas məqsədi öz populyarlığını daha da artırmaqdır. Bu vəziyyət isə soyuq müharibə dövrünə gətirir. Siyasi qeyri-stabillik, iqtisadi izolyasiya və iqtisadi düşüş fonunda Putin vəziyyəti bu həddə gətirərək, diqqətləri başqa yerə yönəltmək niyyətindədir. İŞİD-i bombalamaq adı ilə Putin ABŞ-ın dəstək olduğu qruplaşmalara zərbə endirir. Putin klassik addımlar atır və köhnə fikirli siyasəti ilə seçilir. Bəli, bu gün o hiyləgər və məkrli siyasəti nəticəsində gündəmdə qalmaq və tarixə düşmək istəyir, lakin onu "geostrateji uğursuz" kimi xatırlayacaqlar. Çünki o, əslində, Rusiyanın hörmətini xərcləməkdədir.

***

"Rusiya Televiziyaları Ukrayna mövzusunu Suriya mövzusu ilə əvəzləyib"

Timoti Snayeder (tarixçi professor)

Putinin populyarlığı TV-dən asılıdır
Rusiya televiziyalarındakı xəbərlər Rusiya çərçivəsindən kənardakı hadisələrə həsr olunub
Bu ABŞ üstünlüyünə qarşı hadisələri nəzarətdə saxlamaq deməkdir
Zəif Ukrayna ordusu və Aİ-nın sanksiyaları Rusiya üçün maneə olub
4-cü bəndə Rusiyada nəzər yetirməməlidirlər
Rusiya TV-ləri Ukrayna mövzusunu Suriya ilə əvəz edib
***

"Qərb Suriya-İraq-İŞİD məsələsinin həllini tapdıqda Rusiya istəmir ki, onu bu məsələdən kənarda tutsunlar"

Vilyam Kortni (ABŞ-ın Gürcüstan və Qazaxstandakı keçmiş səfiri)

Suriyaya hava qüvvələri göndərən Rusiyanın bir sıra paralel məqsədləri var: "Güc nümayiş etdirməklə özünə qarşı olan münasibəti yeniləmək və Əsədin düşmənlərini zəiflətmək". Bütün bunları İŞİD-lə mübarizə adı altında reallaşdırmaq isə lap əla olub.

Rusiyanın əsas məqsədi Suriyadakı mövcud rejimi qorumaqdır. Bu səbəbdən də Rusiya daha çox Əsədə qarşı olan regionlara zərbələr endirir. İŞİD-in daha çox cəmləşdiyi ərazilər isə unudulub. Rəsmi Moskva artıq neçə müddətdir ki, Əsədin legitimliyini itirməsi haqda siqnallar verir.

Putin BMT-dəki çıxışı zamanı bütün diqqətini İŞİD-lə mübarizəyə yönəltdiyini bildirib. Lakin Rusiyanın bu müharibəni davam etdirmək üçün yetərli gücü yoxdur. Qərb Suriya-İraq-İŞİD məsələsinin həllini tapdıqda Rusiya istəmir ki, onu bu məsələdən kənarda tutsunlar. Rusiya bilir ki, bu problemi təkbaşına həll edə bilməyəcək. Lakin ABŞ və Avropa bunu etmək gücündədirlər.

***

"Suriyadakı hərbi müdaxilə böyük risklərlə nəticələnə bilər".

Stiven Payfer (ABŞ-ın Ukraynadakı keçmiş səfiri. Milli Təhlükəsizlik Şurasında Rusiya, Ukrayna və Avropa məsələləri ilə bağlı baş direktor və 1996-1997-ci illər aralığında ABŞ prezidentinin xüsusi köməkçisi)

Putinin Suriya ilə bağlı hərbi addımı bir sıra səbəblərdən qaynaqlanıb. O, Əsəd rejimini möhkəmlətmək istəyir. Suriya rejimi uzun müddətdir ki, Rusiyanın Yaxın Şərqdəki əsas tərəfdaşıdır. Eyni zamanda o göstərmək istəyir ki, Dünya arenasında Rusiya, ABŞ-a əlcək ata biləcək çox vacib bir oyunçudur.

Rəsmi Vaşinqton və Moskvanın Suriya ilə bağlı hansı razılığa gələcəkləri hələ bilinmir. Lakin Əsədlə bağlı, eləcə də bombalanan ərazilərlə bağlı fərqli düşüncələr var. Əsas məqsəd Suriyanı daha çətin bir problemə çevirməməkdir. Putin həm də ümid edir ki, beynəlxalq müdaxilələr zamanı ölkənin artan nüfuzu daxili siyasətdə də öz bəhrəsini verəcək. Bəlkə də bu belədir, lakin Suriyaya hərbi müdaxilə böyük risklərlə nəticələnə bilər. Müharibə Rusiyanı pis vəziyyətə qoya bilər, son araşdırmalar zamanı isə məlum olub ki, Rusiya əhalisinin 69 faizi Suriyadakı hərbi müdaxilədən narazıdır.

***

"Bu uzunmüddətli strategiyadan daha çox, ictimai görüntüyə bənzəyir"

Tomas de Vaal (Karnegi mərkəzinin əməkdaşı)

Putinin Suriyaya soxulmaq üçün kifayət qədər səbəbi olsa da, Obamanın heç bir səbəbi yoxdur.

Hazırkı Rusiya rejimi Əsədi özünə çox yaxın bir dost bilir. Buna səbəb Əsəd rejiminin Rusiyadakı siyasi rejimə çox oxşamasıdır. Putinin bu ərazidə əsas məqsədi terrorla kəskin mübarizə aparmaq və rejimin dəyişməsinin qarşısını almaqdır. Putinin Rusiyası "məlumata güvənən diktatura"dır. Putin televiziyanı izləyən kütlə hesabına öz legitimliyini qoruyur. İŞİD-lə mübarizə Rusiya auditoriyası üçün yeni, maraqlı teleserial olacaq. Harada ki Rusiya əsas qəhrəman rolundadır və dünyada terrorizmlə mübarizə aparır. Bu da uzunmüddətli strategiyadan daha çox, ictimai görüntüyə bənzəyir.

***

"Putin sonra haraya gedəcək? Bunu, bəlkə də, heç özü də bilmir"

Yudcin Rumer (Karnegi mərkəzinin əməkdaşı, 2010-cu ildən 4 il Milli Araşdırmalar Şurasında işləyib )

Suriyanı bombalamaqla Rusiya göstərdi ki, Yaxın Şərqdə xaos yaratmağa qadirdir. Burada bir-birindən asılı olan bir sıra məqsəd var. Burada əsas şərt Əsədin dəstəklənməsinə hesablanıb. Əks tərəfdə rusiyalı hərbçilərin olması Putinin hadisələrə marağını daha da artırıb. Putin özünü Suriya məsələsində əsas fiqur kimi təqdim etməyə çalışır. Özü münaqişəni həll etmək gücündə deyil, lakin münaqişə də onun iştirakı olmadan həll edilə bilməz. ABŞ-ın fəaliyyətsizliyi nəticəsində Rusiya ərazisindəki təzyiqini artırıb və ABŞ tərəfindən dəstəklənən Əsədin düşmənlərinə qarşı hava zərbələrini endirməyə davam edir.

Putin növbəti dəfə siyasi analitiklərin rəylərini səhv çıxardı. Onlar hesab edirdilər ki, neftin qiymətinin düşməsi, eləcə də sanksiyalar Rusiyanı sarsıdacaq. Daha sonra Putin nə edəcək? Bəlkə də o özü də bunu bilmir. O, öz siyasətini və taktikasını dəyişikliklərə uyğun formalaşdıracaq. Heç bilinmir, bütün olanların arxasında nəsə bir strategiya durubmu? Rəhmətlik Yoqi Berra dediyi kimi, haraya getdiyini bilmirsənsə, yüz faiz harayasa düşəcəksən.

Orxan Hun

Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor