RSS
 

Login:
Şifrə:
» » "Dünya müharibə dövrünə qədəm qoydu"

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






"Dünya müharibə dövrünə qədəm qoydu"

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-10-2015, 22:47 | Şərh sayı: (0) | Baxılıb: 271

"Dünya müharibə dövrünə qədəm qoydu"


"Dünya müharibə dövrünə qədəm qoydu"


Tarixin heç bir zamanında 3 dövlət digər 3 dövlətin ərazisinə qoşun yeritməyib. Dünya müharibə dövrünə qədəm qoydu. Rusiya Suriyaya, Türkiyə İraqa ordusunu daxil etdi. Səudiyyə Ərəbistanının on minlik ordusu Yəmənin daxilindədir. Ukrayna NATO ordusunu hər an öz daxilinə qəbul etməyə hazırdır: məqsədi Rusiyaya qarşı müharibə aparmaqdır. ABŞ və NATO buna razılıq vermirlər. Bu müharibələrin məqsəd və intensivlikləri müxtəlif olsa da, tarixin heç bir zamanında bir ay ərzində 3 dövlət digər 3 dövlətin ərazisinə qoşun yeritməyib.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin dünyanın siyasi arxitekturasını öz xeyrinə dəyişə bildi, Ukrayna məsələsini öz istədiyi səviyyəyədək həll etdikdən sonra Suriya məsələsinin həllinə başladı: "Ötən il Soçi Olimpiadası zamanı ABŞ qəflətən Ukrayna məsələsini kəskinləşdirmişdi. ABŞ-ın hesablamalarına görə, həm Suriya, həm də Ukraynanı Rusiyanın əlindən ala biləcək. Reallıqda o zaman nə Suriya, nə də Ukrayna indiki qədər Rusiyanın təsiri altında deyildilər. ABŞ-ın hər iki dövlət üzrə siyasəti iflasa uğradı. Ukrayna Krımsızdır, Donbas bufer zonaya çevriləcək. Bu, V.Putinin Ukrayna üzrə modelidir, hadisələrin digər ssenarisi hələ ki, yoxdur. Suriyada iki il bundan öncəyədək cəmi 4 rus hərbçi var idi. İndi ABŞ hesab edir ki, Suriyadakı Rusiya hərbçilərinin sayı 1700 nəfərdir. Əlavə iki min hərbçi isə demək olar ki, "yoldadır". Rusiya prezidenti V.Putin Federasiya Şurasına müraciət edərək Suriyaya ordu yeritməyə icazə aldı. ABŞ-ın Rusiyadakı səfirinin rəsmi Moskvanın Suriyaya qoşun yeritməsini B.Obama ilə V.Putin arasında razılaşmanın nəticəsi kimi təqdim etməsi təbliğatdan başqa bir şey deyil. Belə ki, BMT-nin Baş Assambleyasında hətta V.Putinin çıxışı və B.Obama ilə görüşündən sonra belə ABŞ-ın Suriya ilə bağlı mövqeyi dəyişməmişdi".

M.Əhmədoğlu qeyd edib ki, ABŞ Rusiyanın Suriyaya aviasiya və hərbi texnika göndərməsindən narazı idi; bunun əks-effekti olacağını təkrarlayırdı: "ABŞ dövlət katibi C.Kerri və digər rəsmilər tərəfindən bu fikir tez-tez təkrarlanırdı. BMT-nin Baş Assambleyası müstəvisində B.Obama ilə V.Putin arasındakı görüşdən sonra ABŞ və Rusiya tərəfdən yayılan məlumatlarda Suriya məsələsi üzrə razılaşmanın olunmadığı bildirilirdi. B.Obamanın BMT Baş Assambleyasındakı çıxışı da Suriya ilə bağlı ABŞ-ın bəlli mövqeyinin müdafiəsi üzərində qurulmuşdu. ABŞ Suriya prezidenti Bəşər Əsədin devrilməsini ilkin məsələ hesab edirdi. B.Obamanın fikrincə, ABŞ-ın fikirləri bütün demokratik düşərgənin fikirləridir. ABŞ-ın Bəşər Əsədə qarşı mövqeyinin dəyişməməsi təkzibolunmaz idi. Hətta ABŞ-ın bəzi müttəfiqləri Bəşər Əsədlə müəyyən şərtlər daxilində dialoqu mümkün hesab etsə də, Vaşinqton bunu qəbul etmirdi".

Politoloq sonra əlavə edib ki, Böyük Britaniyanın baş naziri D.Kemeronun fikrincə, Bəşər Əsədlə əməkdaşlıq edib "İslam dövlətini" məhv etmək, sonra isə B.Əsədin özünü cinayət məsuliyyətinə cəlb etmək lazımdır: "Rusiyanın Suriyaya dair mövqeyi əvvəldən ABŞ-ın mövqeyinin tam tərsinə idi. Bəşər Əsəd Suriyanın yeganə legitim prezidentidir; onun rəhbərlik etdiyi ordu legitim ordudur. B.Əsəd dəstəklənməli, "İslam dövlətinə" qarşı mübarizə onun üzərində qurulmalıdır. ABŞ-ın dünya miqyaslı mətbu orqanları ilə birgə bu mövzuda Rusiyaya qarşı apardığı təbliğat kampaniyası da effektsiz oldu. "Reuters", BBC, "Bloomberg"-in yaydıqları informasiyalara görə, guya ki, Rusiya və ABŞ-ın apardığı danışıqlarda müzakirə olunan məsələlərdən biri də B.Əsədin hakimiyyətdən uzaqlaşdırılmasıdır. Az sonra rəsmi Moskva ABŞ-ın bu təbliğat klişesindən əks anlamda istifadə etdi. ABŞ-la danışıqlarda B.Əsədin hakimiyyətdə qalması məsələsi müzakirə olunur".

Mərkəz rəhbəri sonra əlavə edib ki, Suriyada Rusiya qoşunları, xüsusilə, Hərbi-Kosmik Qüvvələri fəaliyyətə başladı: "İslam Dövləti" adlanan qurumun bazalarına dağıdıcı zərbələr endirdi. Suriyada Rusiya HKQ-nin fəaliyyəti Qərbdə birmənalı qarşılanmır. Guya, "İslam Dövləti" əvəzinə mülki əhali atəşə tutulur. ABŞ-ın Rusiyanın Suriyadakı hərbi əməliyyatlarına münasibəti zidiyyətlidir. BMT Baş Assambleyasında B.Obama və V.Putin Suriya məsələləri üzrə razılığa gələ bilmədilər. HKQ-nin əməliyyatları başlayan kimi ABŞ-ın Rusiyadakı səfirliyi V.Putinin bu addımını B.Obama ilə razılaşdırması barədə məlumat yaydı. ABŞ və Rusiya hərbçilərinin Suriyadakı fəaliyyətinin koordinasiyası da zidiyyətlidir. İlk yayılan məlumatda Suriyanın ABŞ-ı alçaldıcı məlumat yaymaqda ittiham etdilər. Guya Rusiya diplomatları Bağdadda ABŞ diplomatlarına bildiriblər ki, Suriyada Rusiya təyyarələri fəaliyyətə başlayır, ABŞ təyyarələri Suriyadan qaçsınlar. Sonradan Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri D.Peskov bunu təkzib etdi. C.Kerri və B.Obama Suriya məsələsində Rusiya ilə əməkdaşlıq edəcəyini bildirsələr də, az keçmiş fikirlərindən vaz keçdilər".

M.Əhmədoğlu qeyd edib ki, hətta Suriyada müxaliflərin lideri Rusiyanın iştirakı olmadan prosesləri nizamlamağın mümkün olmadığını bildirdi: "ABŞ-ın Suriya və Yaxın Şərqdəki uğurunun əsas mənbəyi ABŞ-ın Yaxın Şərq siyasətinin səhv olmasıdır. Rusiya Suriya siyasətində paradoksal vəziyyətlə rastlaşdı. Bu paradoksallardan birincisi İranın mövqeyi ilə əlaqədardır. İran Suriya tənzimlənməsində Bəşər Əsədin tədricən amma qısa zaman ərzində hakimiyyəti müxalifətə verməsi üzərində qurulmuş konsepsiya hazırlamışdır. B.Əsəd bu konsepsiyanı rədd etdi. Bəlkə də B.Əsədin Rusiyanın qoşun göndərməsi xahişi də İranın bu mövqeyinə hesablanmışdı. İranın xarici işlər nazirinin müavini Ə.Abdullahiyan Moskvada Rusiya xarici işlər nazirinin müavini V.Boqdanovla dörd saatlıq görüşdə İranın Suriya ilə bağlı planını izah etmişdi. İran prezidenti H.Ruhaninin BMT Baş Assambleyasındakı çıxışı da İran-ABŞ müttəfiqliyi üzərində qurulmuşdu. Əfqanıstanın və İraqın demokratikləşməsində İran ABŞ-a yardım edib, Suriya və Yəmənin də demokratikləşməsində çoxluğun hakimiyyətə gəlməsində ABŞ-ın kömək edəcəyini bəyan etdi. Bir məqamı xüsusi qeyd edək ki, İran prezidentinin çıxışı rus dilində tərcümə olunarkən bütün bu fikirlər tərcümə olunmadı. Ola bilər, Rusiya mətbuatında İranın təsiri çox güclüdür. İkinci paradoks isə bəzi dövlətləri RF-ə Suriyaya hərbi uçuşlar etməsi zamanı koridor verməkdən imtina etməsi ilə bağlıdır. İran hava koridoru verdi. ABŞ-ın rəsmi Tehranın Rusiyaya koridor verməsindən məyus olması barədə məlumat yayması bəzi şeylərə bir daha aydınlıq gətirdi. Görünür, İran və ABŞ gizli danışıqlarında Moskvanın Suriya siyasətinə maneçilik etmə barədə öhdəlik götürübmüş. Belə ki, ABŞ Yunanıstan və İraqın Rusiya hava koridoru verməsinə belə münasibət bildirmədi".



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor