RSS
 

Login:
Şifrə:
» » Mənə çox ağırdır ki, xalqın hamısını görəm, amma sən görünməyəsən

Xəbər lenti

Özünü tərbiyə və təqva
Özünü tərbiyə və təqva...
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi...
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)...
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Mənə çox ağırdır ki, xalqın hamısını görəm, amma sən görünməyəsən

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-01-2016, 11:34 | Şərh sayı: (0) | Baxılıb: 212

Mənə çox ağırdır ki, xalqın hamısını görəm, amma sən görünməyəsən


Mənə çox ağırdır ki, xalqın hamısını görəm, amma sən görünməyəsənMənə çox ağırdır ki, xalqın hamısını görəm, amma sən görünməyəsən və sənə mənim həzin səsim, gizli pıçıltım çatmasın. Mənə çox çətindir ki, mən salamat olduğum halda, səni imtahanlar əhatə etsin və mənim ah-naləm, şikayətim sənə çatmasın. Canım sənə fəda olsun, ey elə bir qaib şəxs ki, bizdən uzaq deyilsən! Canım sənə fəda olsun, ey hər bir qadın və kişinin arzuladığı şəxs! Onlar səni yada salar, ağlayıb-sızlayarlar. ...Mənə çox çətindir ki, sənsiz cavab eşidəm, xoş sözlər dinləyəm. Mənə çox çətindir ki, sənin ayrılığın üçün ağlayım, ancaq başqaları səni tərk etsinlər. Görəsən, bir köməkçi varmı ki, onunla birlikdə ah-nalə edim, ağlamaq səsimi ucaldım? Ey Əhmədin (s) oğlu, görəsən, səninlə görüşmək üçün bir yol vardırmı? ...Nə zaman sənin içməli çaylarına daxil olub sirab olacağıq? ...Nə zaman həmişəlik sənə qovuşacaq və gözlərimizin yaşı quruyacaq? ...Nə zaman sən bizi görəcəksən və biz də səni görəcəyik və sən də aşkar görünən (zəfər) bayrağını yer üzünün hər yerinə sancacaqsan? Nə vaxt biz sənin ətrafına yığışacağıq və sən zalımları məhv edəcək, yer üzünü ədalətlə dolduracaq, öz düşmənlərinə xarlıq və zilləti dadızdıracaq, cəzalandıracaqsan? Nə vaxt haqqa təcavüz edənləri və haqqı inkar edənləri həlak edəcəksən, təkəbbürlülərin və zalımların kökünü kəsəcəksən? Və o zaman biz də deyəcəyik ki, aləmlərin Rəbbi olan Allaha şükür olsun! ...Haradadır nəfsani ehtiraslara pərəstişin, əyriliklərin əsər-əlamətlərini məhv edən?! ...Haradadır Allah övliyalarına izzət bəxş edib, düşmənlərini məhv edən?! ...Haradadır nemətlərin əta olunduğu Allah qapısı?! ...Haradadır fəth gününün sahibi və hidayət bayrağını yüksəldən?! ...Haradadır peyğəmbərlər və onların övladlarının intiqamını alan?! ...Haradadır məxluqatın başçısı, yaxşılıq və təqva sahibi?! ...Haradadır din nişanələrini və din əhlini dirçəldən şəxs?! ...Haradadır həddini aşanların izzət və şövkətini tar-mar edən?! ...Haradadır günahkarları, azğınları və tüğyan əhlini həlak edən şəxs?! ...Haradadır din və şəriəti öz əslinə qaytarmaq üçün seçilmiş insan?! ...Haradadır Allah kitabını və onun qanunlarını dirçəltmək üçün arzu olunan şəxs?! «Qarşınızdakı on iki hədisdən ibarət olan bu kitabça İslam Peyğəmbərinin (s) nəslindən və on birinci İmam Həsən Əskərinin (ə) övladı olan İmam Mehdinin (ə.f) şəxsiyyəti, zühuru, hakimiyyəti və dünyada görəcəyi işlər barəsindədir. Bir çoxlarının bu böyük şəxsiyyət barəsində kifayət qədər məlumatlı olmadıqlarını nəzərə alıb, bu gözəl və eyni zamanda müxtəsər şəkildə tərtib olunmuş kitabçanın tərcümə olunub əziz oxuculara təqdim edilməsini zəruri hesab etdik. Bizə elə gəlir ki, bu qısa məlumatları oxumaqla o həzrətin müqəddəs vücudu haqqında ümumi təsəvvürlər əldə etmək olar. Qeyd etmək lazımdır ki, bu kitabçanın müəllifi Qum elmiyyə hövzəsinin böyük müctəhidi və eləcə də dünyanın tanınmış alimlərindən olan Ayətullah-uzma Məkarim Şirazidir. Müəllif İslam dininin bir çox sahələrinə aid olan onlarla qiymətli əsərlər yazıb-yaratmışdır ki, hətta onların adlarını burada sadalamaq imkan xaricindədir. Həmin əsərlərdən təkcə Qurani-Kərimin izahlı şərhinə (təfsir) aid yazılmış iyirmi cildlik «Təfsiri-nümunə» adlı kitabın adını çəkmək olar. Bu kitab dünyanın bir çox dillərinə tərcümə edilmiş və geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanmışdır. O, hal-hazırda sağdır və Qum şəhərində elmi-tədqiqat işləri, eləcə də dini fəaliyyətlə məşğuldur. İmam Mehdi (ə.f) təkcə İslam dininin müjdə verdiyi və ardıcılları tərəfindən intizarı çəkilən şəxsiyyət deyildir. Bu şəxsiyyət barəsində Tövratda, İncildə və başqa mənbələrdə də məlumat verilmiş və onun bir zaman zühur edərək dünyaya hakim olacağı, haqsız tökülən qanları dayandıracağı və dünyada ədaləti bərqərar edərək əmin-amanlıq yaradacağı bildirilmişdir. Qeyd etmək lazımdır ki, peyğəmbərlərdən sonra o səmavi kitabların təhrif edilməsinə baxmayaraq, Allahın iradəsi ilə onlarda həqiqəti sübut edən bir çox incəliklər qorunub-saxlanılmışdır. Onlar diqqətlə və tədqiqatçı nəzəri ilə mütaliə edilərsə, həmin mətləblərin orada öz əksini tapdığı aydın görünər. İslami mənbələrdə İmam Mehdi (ə.f) barəsində olan məlumatlar o qədər genişdir ki, onu heç kəs inkar edə bilməz. İslam Peyğəmbəri (s) və onun nəslindən olan on bir məsumun hədislərində İmam Mehdi (ə) barəsində bir müddət qeybə çəkilməsi, xalqın onun varlığı barəsində şübhəyə düşməsi, zühurundan əvvəlki zamanların hadisələri, hansı nişanələrdən sonra üzə çıxacağı, döyüşləri, dövlət quracağı, həzrət İsanın (ə) sübh namazı vaxtı Fələstində yerə enib İmamın namazına qoşulacağı, o həzrətin bütün insanları mənəvi və maddi cəhətdən yüksək dərəcədə təlim edəcəyi, nəticədə ədalətsizliyin yer üzündən tamamilə silinəcəyi, dünyanın əksər xalqlarının İslam dinini qəbul edəcəyi və s... bildirilmişdir. Xristianlar özləri də təsdiq edirlər ki, həzrət İsa (ə) gələcək və xalqı yenidən dinə, mənəviyyata dəvət edəcək. Lakin onlar bilərəkdən və ya səhvən bir həqiqəti gizlədirlər. Həmin həqiqət İsanın (ə) yenidən zühur etdikdən sonra insanları hansı dinə dəvət etməsindədir. Əlbəttə, həzrət İsa (ə) da onları təhrif olunmuş xristianlığa deyil, İslam dininə dəvət edəcəkdir. Çünki sonuncu səmavi məktəb olan İslam dini və eləcə də Qiyamətə qədər hər növ təhriflərdən amanda qalacaq Qurani-kərimdə buyurulur ki, Allah yanında din yalnız İslam dinidir. Bəli, həzrət İsa (ə) gələcək və onları təhrif etdikləri dindən əsl dinə – İslama doğru çağıracaqdır. Onlar da öz peyğəmbərlərinin çağırışına müsbət cavab verəcəklər. Bir neçə il bundan qabaq bəzi xristian qrupları tələsərək guya həzrət İsanın (ə) 2000-ci ildə zühur edəcəyini elan etmişdilər. Ancaq məlum olduğu kimi, gözlənilən bu hadisə baş vermədi. İslami etiqadlara əsasən, İmam Mehdinin (ə.f) nə vaxt zühur edəcəyini yalnız Allah-taala özü bilir. Ancaq onun zühuru barəsində xəbər verilən nişanələrdən belə məlum olur ki, biz zühur astanası dövründə yaşayırıq. Bəzi alimlərin nəzərinə görə, zühurdan qabaq aşkar olunacaq dörd yüz əlamətdən artıq üç yüz doxsan dördü baş vermişdir. Deməli, belə məlum olur ki, biz İmam Mehdinin (ə.f) zühuruna təsadüf edəcək axırəz-zamanda və ya ona yaxın bir dövrdə yaşayırıq. Hər halda bizim vəzifəmiz bəşəriyyəti bəlalardan xilas edəcək ilahi bir şəxsiyyətin yolunu gözləmək və onun intizarını çəkməkdir. Yorucu və süstləşdirici intizar deyil, qurucu və ümidverici bir intizar! Yəni bizlər o həzrətin zühuru üçün çalışmalı, ədalət və insaniyyətin bərqərar olunması üçün əlimizdən gələni əsirgəməməli, o böyük xilaskarın yaradacağı inqilabın zəminələrini hazırlamalıyıq. Axır zamandı, bir qulaq as, ərşi titrədir Millətlərin haray-mədədi, əl-əmanəsi... (Seyid Muhəmmədhüseyn Şəhriyar) İmam Sadiq (ə) «Səcdə» surəsinin 29-cu ayəsinin təfsirində buyurmuşdur: «Ey Peyğəmbər! Sənə deyirlər ki, əgər doğru deyirsinizsə, deyin görək, qələbə günü (fəth günü) nə vaxtdır? De ki, qələbə günü kafirlərin iman gətirmələrinin bir faydası olmadığı və onlara möhlət verilmədiyi gündür». «Qələbə günü Qaimin (Sahibəz-zaman) əliylə dünyanın fəth ediləcəyi gündür. O gün əvvəlcədən ona iman gətirməyənlərin və zühur intizarında olmayanların iman gətirmələrinin və sonradan onu qəbul etmələrinin elə bir qədir-qiyməti olmayacaqdır. Faydalı iman o imandır ki, əvvəlcədən intizarda olmaqla yanaşı olsun. Allah-taala iman gətirib intizarda olanların məqamlarını yüksəldər. Bu xeyirli mükafat Əhli-beyti sevənlərə məxsusdur». Məgər biz istəmirik ki, zülm sona çatsın, haqsız axan qanlar dayandırılsın, zəiflərin çörəklərini əllərindən qapanlar cəzalarına çatsın, qəmli ürəklər uzun bir müddətdən sonra sevinc işığıyla parıldasın, pulsuzluq ucbatından evə dönərkən ürəyi kədərdən yanan ataların dərdinə son qoyulsun, küçələrdə səfalətlə dolanan xəstə körpələr rahatlıq tapsın?! Məgər biz istəmirik ki, evimiz, namusumuz daxili və xarici düşmənlərin hücumlarından, təcavüzlərindən amanda qalsın?! Məgər biz istəmirik ki, ölkələri və ölkəmizi bürüyən əxlaqi pozğunluqlara son qoyulsun, pulsuzluq nəticəsində öz evini, el-obasını tərk edən xalqımız öz vətənlərinə dönsün, hər tərəfdən torpaqlarımıza mənfur caynaqlarını batıran təcavüzkarların əlləri kəsilsin?! Görəsən, ürəyimiz yanmır, qəlbimiz daşlanmışdır, başımıza daş düşməsə, başına daş düşənlərin harayına tələsməyəcəyik? Nə vaxta qədər cinsi ehtirasları söndürmək arxasıyca qaçacağıq, nəfsani istəklərə qul olacağıq, boş vədlərin arxasıyca gəzəcəyik və həqiqətlərdən üz döndərəcəyik?! Nə vaxta qədər ümidimizi Allahdan kəsib yalançı peyğəmbərlərə, falçılara və digər fırıldaqçı insanlara ümid bəsləyəcəyik? Nə vaxta qədər düşmənlər bizlərdən öz hədəflərini həyat keçirmək üçün alət kimi istifadə edəcəklər? Nə vaxta qədər əcnəbiləri yamsılayacağıq, onların demokratiya, azadlıq və insan hüquqları şüarları ilə qəlbimizi sevindirib qəflət yuxusuna gedəcəyik? Görəsən, bir kimsə vardırmı ki, bu dərdlərə şərik çıxsın, bir həqiqətsevər vardırmı ki, yolumuza yoldaş olsun, bu yer kürəsinə və onda baş verən hadisələrə ibrət gözü ilə baxsın?! Heç xəbərimiz varmı ki, pis əməllərimiz ucbatından bizlərə Allahın bəlaları nazil olur, pis əməllərimiz nəticəsində İmam Mehdinin (ə.f) ilahi inqilabı gecikir? Görəsən, bundan da böyük dərd olarmı ki, müsəlmanlar Allahı, peyğəmbəri, onun gətirdiyi Quranı, Quranın şərhçisi olan imamları və onların böyük xilaskarı olan İmam Mehdinin (ə.f) unudub qəflət yuxusunda xəyali bir ömür sürsünlər?! Görəsən, gözüaçıq halda yatanların bu işindən təəccüblənən yoxdur?... Qoy bu inqilab sel kimi axsın, Göy guruldasın, ildırım çaxsın. Müstəzəfin qoy haqqa çatarkən İslam bayrağın dağlara taxsın. Məzlumların ahı qoy alov çəkib Zülmü rişədən yandırıb-yaxsın Allah süfrəsi açıq olarmı Bir iddə yesin, bir iddə baxsın?! (Seyid Muhəmmədhüseyn Şəhriyar) Ey «mən müsəlmanam» – deyən bacı və qardaşlar! Gəlin, bizlər:«Allah ipindən yapışın, parçalanmayın» – ayəsinə əməl edib öz dinimizdə möhkəmlənib birləşək və Peyğəmbərimizin (s) vədə verdiyi həqiqi rəhbərimizin yolunu gözləyək. Həmçinin onun zühuru üçün dua edək və zühurun gecikməsinə səbəb olan günah əməlləri tərk edək!


Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor