RSS
 

Login:
Şifrə:
» » Xacə Nəsir Tusi və Bağdadın süqutu

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Xacə Nəsir Tusi və Bağdadın süqutu

 
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 11-01-2016, 23:24 | Şərh sayı: (0) | Baxılıb: 3460

Xacə Nəsir Tusi və Bağdadın süqutu


Xacə Nəsir Tusi və Bağdadın süqutu Bəzi qərəzli, yaxud məlumatlı şəxslər Xacə Nəsirəddin Tusiyə irad tutmuş və iddia etmişlər ki, guya Monqol xanını Bağdadı fəth etməyə o rəğbətləndirmiş, Abbasi xilafətinin monqollar vasitəsi ilə dağılmasına şərait yaratmış, hətta faciələrdə, qətllərdə, qarətlərdə şərik olmuşdur. Bəzi əhli-sünnə mənsubları öz kitablarında bu iddia ilə Xacə Nəsirə kəskin hücumlar etmişlər. O cümlədən Əbu əl-Fəttah Hənbəli "Şəzərat əz-zəhəb" kitabında Xacə Nəsiri müşrik, kafir kimi təqdim edərək yazmışdır:
"Xacə İbn Sinanın "İşarat" kitabını Quranla əvəzləmək istəyirdi. Lakin bacarmadı və dedi: "İşarat" xüsusi insanlar üçün, Məhəmmədin (s) kitabı isə avam (xalq) üçündür".
Sübki, Şafei və İbn Teymiyyə də öz kitablarında Xacəyə hücum etmiş, ittihamlar yağdırmışlar.
O, deyir: "Alimlər və avamlar arasında məşhurdur ki, bu kişi - Xacə Nəsir - batinçi Allahsız, yəni ismaili idi. Müşrik türklər müsəlman şəhərlərinə hücum etdikdə, Bağdad Dar əl-xilafətini (xilafət evini) ələ keçirdikdə o, müşrik türk padşahı Həlakunun münəccim və müşaviri idi. O, xəlifənin, elm və din adamlarının qətlinə fərman verdi".
Aşağıda bu ittihamı araşdıracaq və Xacənin bu ittihamlardan təmiz olduğunu sübuta yetirəcəyik: Xacə Nəsirin bəraəti Xacə Nəsirə bu ittihamdan müxtəlif yollarla təmizə çıxarmaq olar:
1. Mühəqqiq Tusi öz etiqadına uyğun olaraq haqq olan cəfəri məzhəbini yaymağa çalışmasına baxmayaraq, digər məzhəblərə də hörmətlə yanaşırdı, sevgi göstərirdi. Alimlərə hansı zümrəyə, məzhəbə aid olmalarından asılı olmayaraq, hörmət edirdi. Quru məzhəb təəssüblərindən uzaq gəzirdi. Buna görə də bir çox xristian şərqşünas, bəzi əhli-sünnə alimləri, eləcə də bütün şiə alimləri onu əzəmətlə yad etmiş, dindarlığını, etimadlılığını, gözəl əxlaqını nümunə göstərmişlər.Əhli-sünnə tarixçilərindən Məhəmməd ibn Şakir yazır:
"O, çox gözəl çöhrəli, xoşüzlü, hörmətçil, əliaçıq, səbirli, xoşrəftar, zirəng və fərasətli idi".
İbn Futi Xacə haqqında yazır:
"Xacə fazil, xoşrəftar, gözəl xarakterli, təvazökar bir insan idi. O, heç zaman kiminsə istəyindən sıxılmırdı. Heç bir ehtiyaclını rədd etmirdi. O, hamıya xoş üz göstərirdi".
2. O zaman Bağdadın fəthini tədqiq edən şiə və əhli-sünnə tarix kitablarına müraciət etdikdə görürük ki, Xacə Nəsirin bu məsələdə heç bir rolu olmamışdır.Sözügedən hadisə zamanı on dörd yaşı olmuş və əsir düşmüş İbn Futi Bağdadi Hənbəli Bağdadın fəthi hadisəsini tam olaraq izah etmiş, amma Xacə Nəsirin adını çəkməmişdir.İbn Təqtəqi Bağdad hadisələrini bir vasitə ilə nəql etmişdir. O, Xacənin adını yalnız bir dəfə İbn Əlqəmi ilə görüş üçün vasitə düşdüyünə görə çəkmiş, lakin Xacə və onun monqol hücumundakı rolundan söhbət açmamışdır.Əbu əl-Fida öz kitabında Bağdad hadisələrini, Bağdada hücum edilməsi və Hülaku xanın oranı fəth etməsini geniş nəql edir. Lakin Xacə Nəsirdən söhbət açmır.Zəhəbi də Bağdad hadisələrini qeyd edərkən Xacənin adını çəkməmişdir. Cəlal əd-Din Süyuti də Bağdadın çöküşü ilə bağlı hadisələrdən danışarkən Xacənin adını çəkməmişdir.Bağdad hadisələrindən qırx il sonra dünyaya gəlmiş Səlah əd-Din Səfədi Bağdadın fəthindən danışarkən Xacənin adını çəkmir.İbn Xəldun öz tarix kitabında nəinki Xacənin Bağdad hadisələrində rolu olduğunu yazmır, əksinə, onun haqqında "müsəlmanlar üçün faydalı idi" sözlərini işlədir.
İbn Kəsir yazır: "Xacə Nəsirin Hülaku xanı xəlifəni öldürməyə təhrik etməsinin doğru olub-olmadığını yalnız Allah bilir. Amma mənim fikrimcə, aqil və fazil şəxs belə iş görməz".
Məhəmməd ibn Əli Təbatəbai hicri-qəməri 701-ci ildə, yəni Bağdadın fəthindən qırx beş il sonra qələmə aldığı kitabda yazır:
"Həqiqət budur ki, hər bir dövlətin çöküşünü doğuran xarici və daxili səbəblər vardır. Abbasi xəlifəsinin süqutu da bu ümumi qanundan istisna deyil. Abbasi sülaləsinin çöküşünə gətirib çıxaran xarici səbəblərdən biri bu idi ki, monqollar gücləndikləri, ərazilərini genişlətməyə başladıqları gündən Bağdadı fəth etmək fikrində idilər ... Lakin Bağdadın fəthinin daxili səbəbi isə Abbasi xilafətinin zəifləməsi idi. Bu hadisə xəlifənin iradəsinin zəifləməsi, əzmsizliyi, oğlunun zülmləri, sərkərdələrin münafiqliyinin nəticəsi idi".
Demək, Xacə Nəsir Tusinin bu hadisədə heç bir rolu olmamışdır və Hülaku xan özü ismaililərin qalalarını tutduqdan sonra Bağdadın fəthinə fərman vermişdir.
3. Xacədən başqa digər böyük şəxsiyyətlər, alimlər də monqol sultanının müşavirləri idilər. Necə ki, Rəis əd-Dövlə Həmədaninin nəvəsi Raşid əd-Din Fəzlullah yazır:
"Hülaku Bağdada doğru getdikdə ölkəni idarə edən Seyf əd-Din Bətikçi, Xacə Nəsir əd-Din və Səid Əla əd-Din Ətamək monqolların xidmətində idilər".
Bunlardan yalnız Xacə Nəsir şiə idi. Digərləri isə əhli-sünnə şəxsiyyətlərindən idilər və xəlifəni əmir əl-möminin hesab edirdilər. Əgər Hülaku xanın müşavirləri ona o qədər təsir göstərə bilirdilərsə, Bağdada hücumunun qarşısını ala bilərdilərsə, nə üçün günah yalnız Xacə Nəsirin üzərinə yıxılır? Halbuki Bağdadın fəthində Hülakunun vəziri Seyf əd-Din idi.
4. Xacənin Bağdadın fəthində rolu olmamasına ən yaxşı dəlil Seyid Əli ibn Tavusun böyük qardaşı Şərəf əd-Din Məhəmmədin və digər bir çox seyidlərin, alimlərin, şiələrin öldürülməsi hadisəsidir. Hətta bu hadisədə monqollar Qüreyş məzarlarını viran etdilər, Kazimeyn məzar ziyarətgahını yandırdılar. Heç bir güc onlara mane olmadı. Belə ki, "Came ət-təvarix" kitabında oxuyuruq:
"Hülakunun vəziri əhli-sünnə Seyf əd-Din Bətikçi monqollardan yüz nəfərini Nəcəfə göndərdi ki, kimsə Əmir əl-Möminin Əlinin (ə) nurlu məzarına hörmətsizlik etməsin".
5. Monqolların Bağdada hücumunun səbəblərindən biri xristianların monqol ordusundakı nüfuzu idi. Bildiyiniz kimi monqolların İrana hücumu zamanı xristianlar səlib yürüşlərində müsəlmanlardan ağır zərbə almışdılar. Buna görə də vəhşi monqol tayfaları ilə dostluq planı hazırlayıb, onların köməyi ilə öz məğlubiyyətlərinin əvəzini çıxmağa çalışırdılar. Bu səbəbdən demək olar ki, Bağdadın fəthində Hülaku xanın isəvi arvadı, Hülaku xanın qardaşının tapşırığı və eləcə də monqol qoşununun isəvi sərkərdəsinin çox mühüm rolu var idi.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor