RSS
 

Login:
Şifrə:
» » Məhərrəm və Aşurada əza saxlamaq peyğəmbər (s) sünnəsidir

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Məhərrəm və Aşurada əza saxlamaq peyğəmbər (s) sünnəsidir

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 29-10-2015, 22:38 | Şərh sayı: (0) | Baxılıb: 1133

Məhərrəm və Aşurada əza saxlamaq peyğəmbər (s) sünnəsidir


Məhərrəm və Aşurada əza saxlamaq peyğəmbər (s) sünnəsidir


Hər il olduğu kimi bu il də Məhərrəmlik və Aşura mərasimləri, ölkənin dörd bir yanında keçirilir. Bəziləri bu mərasimlərin yalnız Cəfəri məzhəbinə - şiələrə aid olduğunu güman edirlər. Amma bu olduqca gülünc, yersiz və aqilanə olmayan bir iddiadır. Bu iddianı irəli sürənlər ya həqiqətən İslamdan heçnə bilmir və anlamır, ya da məsələni bilir lakin təəssüfkeşliyi həqiqəti anlamağına mane olur. Bəziləri də bu mərasimlərin Səfəvilər dövründən qalan bir adət kimi göstərməyə çalışır. Bu iddianı edənlər də ən azından tarixdən xəbərsiz olduqlarını bu iddia ilə göstərmiş olurlar. Yaxşı bəs həqiqət nədir? Birinci iddiaya cavab: Bu mərasimlərin yalnız Cəfəri məzhəbinə aid olduğunu güman edənlər, görəsən İslam peyğəmbərinin (s) həyatını heç oxuyub mütaliə etməyiblər? Peyğəmbərin nəvəsi İmam Hüseynə ağlayıb göz yaşı tökməsi. Harisin qızı Ummul Fəzl peyğəmbərin (s) yanına gəlib dedi: Ey Allahın Rəsulu! Keçen gecə xoşagəlməz bir yuxu gördüm. Gördüm ki, elə bil sizin bədəninizdən bir tikə qopur və mənim ətəyimə düşür. Peyğəmbər (s) buyurur: Yaxşı yuxu görmüsən. İnşallah qızım Fatimə (s) bir oğlan uşağı dünyaya gətirəcək və sənin qucağına qoyulacaq. O xanım deyir: Peyğəmbər (s) dediyi kimi Fatimə Hüseyni (ə) dünyaya gətirdi və onu mənim qucağıma qoydular. Bir gün Peyğəmbərin (s) yanına getdim. Bir də gördüm ki, peyğəmbrin (s) gözündən sel kimi yaş axır. Xanım deyir: Dedim: Ey Allahın rəsulu! Sizi ağladan nədir? Peyğəmbər (s) buyurdu: Hz Cəbrail görüşümə gəldi və mənə xəbər verdi ki, bu uşağı məndən sonra şəhid edəcəklər. (“Kənzul-Ummal”, c. 8, s. 199) Bu barədə digər hədislər üçün bax: (“Tirmizi”, c. 13, s 193; “Musnəd-Əhməd ibn Hənbəl” c. 4, s. 294) Qeyd: Peyğəmbərimizin əziz nəvəsi Hüseyn (ə) o zaman balaca uşaq idi. O həzrət peyğəmbərdən (s) illər sonra şəhid olur. Amma Peyğəmbər (s) bütün bunlara baxmayaraq, bu hadisəni göz önünə gətirir, və ona ağlayır. Əgər peyğəmbər (s) bu işi hələ Hz Hüseyn (ə) dünyaya gəlməmişdən öncə edirsə, onda İmam Hüseynə (ə) ağlamağı bidət, yalan hesab edənlər görəsən peyğəmbərə (s) irad tutduqlarının fərqindədirlər? Əgər peyğəmbər bu işi görübsə onda kim deyə bilər ki bu işi görmə, kim?! 2.Hakim Nişapuri səhih sənədlə Ümmül-Fəzldən belə nəql edir ki, “... Balaca Hüseyni (ə) qucağıma alaraq, peyğəmbərin (s) yanına gətirdim və onun qucağına qoydum. Gözlərim Hz Məhəmmədin (s) yanağından süzülən yaşlara sataşdıqda soruşdum: Ey Allahın elçisi! Atam-anam sənə fəda olsun, nə üçün ağlayırsan? Peyğəmbər (s) buyurdu: Cəbrayıl tanrı tərəfindən mənə nazil oldu və ümmətimin yaxın zamanlarda Hüseyni (ə) şəhid edəcəyini xəbər verdi.” (Hədisin mənbələri: Hakim Nişapuri, “Əl-Mustədrəku ələs-səhihəyn” c. 3, səh 176; “İbn Səbbağ Maliki, Əl-Fusulül-muhimmə”, səh. 154; İbn Həcər, “Səvaiqul-muhriqə!, səh, 115; “Əl-Xəsaisül-kubra” Beyhəqi, c. 3, səh. 125; “Kənzul-Ummal”, c. 6, səh. 223) 3.İnbi Əsakir səhih sənədlə Aişədən bu hədisi nəql edir: “Allahın elçisi (s) yatmışdı. Hüseyn (ə) otağa girərək ona tərəf getdi. Mən onu peyğəmbərdən (s) uzaqlaşdırdım. Sonra isə öz işimlə məşğul oldum. Peyğəmbər (s) yuxudan ayıldı. O, ağlayırdı. Səbəbini soruşduqda isə buyurdu: “Cəbrayıl (ə) mən, yuxuda ikən, Hüseyni şəhid ediləcəyi məkandan bir ovuc torpağı mənə göstərdi. Allahın əzabı onun qanını axıdanlara qarşı şiddətlidir. Sonra buyurdu: Ey Aişə! Canımın sahibi Allaha and olsun ki, bu iş məni çox kədərləndirdi. Görəsən, məndən sonra Hüseyni (ə) qətlə yetirəcək kəslər kimdir?” (Hədisin mənbələri: “Tarixi- İbn Kəsir”, c. 11, səh. 29-30; Hakim Nişapuri, “Əl-Mustədrəku ələs-səhihəyn”, c. 3, səh. 176; “Müsnədi- Əhməd ibn Hənbəl”, c. 3, səh. 342) 4. Hafiz əbu Yəli Zeynəb binti Cəhşdən belə nəql edir: Peyğəmbər (s) mənim evimdə olarkən, yenicə yeriməyə başlayan Hüseyn (ə) otağa girdi. Mən onu saxlamaq istədikdə, peyğəmbər (s) mənə mane oldu. Dəstnamaz alan peyğəmbər (s) sonra qucağına alaraq elə bu halda da namaz qıldı. Namazdan sonra oturaraq, ağladı. Dedim: Ey Allahın Rəsulu! İndiyədək səni bu halda görməmişdim. Səbəbi nədir? Buyurdu: Cəbrayıl mənə ümmətimin bu Hüseyni (ə) şəhid edəcəyini söylədi. (Hədisin mənbələri: “Məcməuz-zəvaid”, c. 9, səh 188; “Kənzul-Ummal”, c. 6, səh 223.) 5. Əhməd ibn Hənbəl səhih sənədlə ibn Abbasdan nəql edir: “Günorta vaxtı peyğəmbəri (s) yuxuda gördüm. O, çox kədərli və pərişan idi. Əlində qanla dolu bir şüşə qab var idiş Soruşdum: Atam-anam sənə qurban olsun, bu nədir? Buyurdu: Bu Hüseynin və onun silahdaşlarının qanıdır. Bunu bu gün mənə verdilər.” İbn Abbas deyir: O gün Aşura günü idi. (Hədisin mənbələri: “Müsnədi- Əhməd ibn Hənbəl”, c. 1, səh. 283; Hakim Nişapuri, Əl-Mustədrəku ələs-səhihəyn”, c. 4, səh. 19; “Tarixi- Dəməşq” c. 4, səh. 340.) 6.Tirmizi və Hakim səhih sənədlə peyğəmbərin (s) həyat yoldaşı Ümmü Sələmənin də, belə bele bir yuxu gördüyünü nəql edir. (Hədisin mənbələri: Hakim Nişapuri, Əl-Mustədrəku ələs-səhihəyn”, c. 4, səh. 19; “Tarixi- Dəməşq” c. 4, səh. 340.) 7.Hafiz Əbu Bəkr ibn Əbi Şeybə, Abdullah ibn Məsuddan nəql edir: “Peyğəmbər (s) bir qrup səhabə ilə gedirdi. Yolda Bəni-Haşimdən olan adamlarla rastlaşdı. Peyğəmbər (s) onları gördükdə ağlamağa başladı... Buyurdu (s): “Əhli-beytim məndən sonra zülmlərə məruz qalaraq, z yurdlarından didərgin olunacaqlar. (Hədisin mənbələri: Səhihi-ibn Macə”, c. 2, səh. 518; Hakim Nişapuri, “Əl-Mustədrəku ələs-səhihəyn”, c. 4, səh 464; İbn Əbi Şeybə, “Əl-Musnəf”, c. 2, səh 697; ) 8. Hz Əli (ə) peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Allah mənim əhli-beytimə zülm edənlərə, onları incidənlərə, söyənlərə, onlarla döyüşənlərə və əhli-beytimi incidərək mənə əziyyət verənlərə Cənnəti haram etmişdir.” Bu hədisdən sonra Zəməxşəri “Kəşşaf” təfsirində Şura sürəsinin 23-cü ayəsini qeyd etmişdir: ... (Ya peyğəmbər!) De: “Mən sizdən bunun (peyğəmbərliyi təbliğ etməyimin) müqabilində əhli-beytimə məhəbbətdən başqa bir şey istəmirəm.” (Təfsirul-Kəşşaf – Şura sürəsinin təfsiri) 9.İbn Abbas Allahın Muhəmmədə (s) belə vəhy etdiyini deyir: “(Peyğəmbər) Yəhya ibn Zəkəriyyanın intiqamını almaq üçün yetmiş min adam öldürdüm. Hüseynin intiqamını almaq üçün isə bunun iki misli qədər adam öldürəcəyəm.” (Yəhya peyğəmbərin başı da, İmam Hüseynin başı kimi kəsilərək, məcməyidə zalımların məclisinə gətirilmişdi. (Ədd-Durrul-Mənsur, c.5, səh 492; Əl-Mustədrəku ələs-səhihəyn”, c. 3, səh 353.) 10. Əhli sünnənin görkəmli təfsir alimi Cəlaləddin Suyuti özünün “Əd-Durrul-Mənsur” təfsirində, İbrahim və Zeyd ibn Ziyaddan belə nəql edir: “Göy üzü yalnız Hz Yəhya (ə) və İmam Hüseyn (ə) üçün ağladı. Ağlamağı isə onda olan qırmızılıqdır. Hz Yəhya (ə) öldürüləndə göy üzü qırmızılaşdı və qan yağdı. Hz Hüseyn (ə) da öldürüləndə göy üzü qırmızılaşdı.” (Əd-Durrul-Mənsur- Suyuti c 5, səh.492 və 7-ci cild, səh. 413) Birinci iddianı edənlər və bu məsələni yalnız Cəfəri məzhəbinə aid edənlər onda gərək yuxarıda deyilən hədislərə cavab versinlər. Birinci iddianı edənlər bizə sadəcə bunu isbat etsinlər ki, necə olur ki, İslam Peyğəmbərinin hələ İmam Hüseyn (ə) dünyaya gəlməmişdən ona göz yaşı tökür, dünyaya gəldikdən sonra isə hər dəfə onu gördükdə mübarək qəlbinə qəm dolur və gözləri yaşarır? Peyğəmbərin (s) bir şəxsə bu qədər məhəbbət göstərib, göz yaşı tökməsi sizcə bihudə bir işdir? Sizcə niyə peyğəmbər (s) bu qədər İmam Hüseynə (s) ağlayır? Məgər peyğəmbərin (s) etdiyi bizə nümunə deyil? Elə isə bəs niyə kimsə Hz Hüseynə göz yaşı tökəndə, kimsə onu qınayır? Onu qınayan kimsə peyğəmbəri (s) də qınadığının fərqindədirmi? Bu suallar ən sadə suallardır ki, biraz düşünən kimsə cavabını tapar. Təbii ki təəssüfkeşlik etməsə. İkinci iddia: Aşura mərasimləri Səfəvilər dövründən qalma bir adətdir. İkinci iddiaya cavab: Əslində birinci iddiaya verilən cavab bu iddianı edənlərə də çox gözəl cavabdır. Amma məsələ daha aydın olsun deyə, məsələni bir qədər də izah edək. Səhabə və tabeindən olanların Hz Hüseynə (ə) ağlayıb göz yaşı tökmələri. 1.İbn Abbas: Səbt ibn Covzi deyir: “İmam Hüseyn (ə) şəhid olduqdan sonra İbn Abbas daim ağlayardı. Hətta axırda gözləri tutuldu. (Əbulfərəc, Əl-Əğani, c.7, səh. 240) İbn Abbas Hz Əli (ə) ilə Siffeyn yolunda Kərbəla ərazisində burada baş verəcək dəhşətlərə əvvəlcədən ağlamış, göz yaşı tökmüşdür.(İbn Covzi, Təzkirətul-xəvas, səh.225; Kitabi-Siffeyn, səh. 58; Xarəzmi, Məqtəl, səh 162) 2.Ənəs ibn Malik: İbn Ziyadın sarayında olmasına baxmayaraq haqsızlığa dözməyən Ənəs ibn Malik ağlayaraq ona etiraz edib və “Hüseyn (ə) hamıdan çox peyğəmbərə (s) oxşayırdı, sən onu şəhid etdin! Söylədi” (Yənaibul-Məcəddət, səh. 389; İbn Həcər, Səvaiqul-muhriqə, səh.198; Tarixun-nihayə, səh. 69) 3. Zeyd ibn Ərqəm: Zeyd ibn Ərqəm zülmkar vali İbn Ziyadın sarayında, onun Hüseynə (ə) qarşı etdiyi iyrənc hərəkətlərinə şiddətlə etiraz edərək, ağlayıb söylədiyi kəskin nitqlə hamını kövrəltmişdi. Zeyd ibn Ərqəm valiyə belə deyir: “Əlindədki çubuqları Hüseynin (ə) dodaqlarından kənara çək! peyğəmbərin (s) övladını təhqir etmək olmaz. Sən (kəsilmiş başına) çubuqla vurduğun Hüseynin (ə) dodaqlarını peyğəmbərin (s) dəfələrlə öpdüyünü görmüşəm.” Sonra isə ağıamağa başladı. İbn Ziyad hiddətlənərək ona dedi: “Sakit ol! Əgər səhabə olmasaydın səni yetərincə kötəkləməyi əmr edərdim.” Amma Zeyd ibn Ərqəm qorxmadı və cəsarətlə ayağa qalxaraq fəryad etməyə başladı. “Ey camaat! Allahdan başqasına bəndəlik etdiniz. Hüseyni (ə), Fatimənin (s) övladını öldürüb, Mərcanənin oğlunu özünüzə ağa seçdiniz. Allaha and olsun ki, o sizin yaxşılarınızı öldürəcək. Pis insanları sizə hakim edəcək. Sizi öz quluna çevirəcək. Sonra üzünü ibn Ziyada çevirərək dedi: “Ey ibn Ziyad! Peyğəmbərin (s) müsəlmanlara dönə-dönə tapşırdığı əmanətlə gör necə rəftar etdin?! (İbn Həcər, Səvaiqul-muhriqə, səh. 198; Tarixun-nihayə, səh. 66; Tarixi-Təbəri, c. 4, səh 21.) 4.Rəbi ibn Xeysəm: Rəbi ibn Xeysəm Hz İmam Hüseynin şəhadətini eşitdikdə hönkürərək ağlayıb belə belə dedi: “Elə cavanları şəhid etdilər ki, peyğəmbər (s) onları gördüyü zamanolduqca mərhəmət və məhəbbətlə davranardı. Öz mübarək əlləri ilə onlara yemək verər və qucağına alardı. (İbn Covzi, Təzkirətul-xəvas, səh. 240 və 265) 5.Həsən Bəsri: Hz Hüseynin (ə) şəhid olduğunu eşidən Həsən Bəsri şiddətlə ağlayıb, fəryad edərə belə deyirdi: “Xar olsun öz peyğəmbərinin nəvəsini öldürən ümmətə! Allaha and olsun qiyamət günü İmam Hüseynin (ə) babası və atası ibn Mərcanədən (İbn Ziyaddan) intiqam alacaqdır. (İbn Covzi, Təzkirətul-xəvas, səh.265; Ənsabul-əşraf, c. 3, səh 227; Tarixun-nihayə, səh 66) 6. Ümmü Sələmə- Peyğəmbərin (s) həyat yoldaşı: İbn Abbas deyir: “Yatmışdım, Ümmü Sələmənin evindən gələn vay-şivən səsi məni ayıltdı. Peyğəmbərin (s) evinə sarı yürüdüm. Çoxsaylı kişi və qadının ağladığını gördüm. Səbəbini soruşduqda isə Ümmü Sələmənin səsini eşitdim, deyirdi: “Ey Əbdul-Müttəlib qızları, gəlin birgə ağlayaq. Allaha and olsun ki, sizin rəhbərinizi və behişt cavanlarının sərvərini şəhid etdilər.” (Müsnədi Əhməd, c. 1, səh. 238) Deməli səhabə və tabeindən olanlar da Aşura və Məhərrəmlikdə əza saxlayıblar. Bu əza məclislərinin tarix boyu həm gizlin və həm də aşikar şəkildə keçirilmişdir. Uzağa getməyək, elə Sovet rejimində insanların Aşura mərasimlərini gizlin şəkildə necə həyata keçirtdiklərini elə öz ağsaqqal və ağbirçəklərinizdən öyrənə bilərsiniz. Hətta bəzi məntəqələrdə Aşura gecəsi qəbristanlığa getmək (ölənlərinə baş çəkmək) ənənəsi də həmin mərasimlərdən qaynaqlanır. Belə ki, insanlar ölənlərinə baş çəkmək bəhanəsi ilə qəbiristanlığa gedər və qaranlıq gecədə əzadarlıq edərdilər. Əzadarlığın dövlət səviyyəsində ilk dəfə olaraq hicri qəməri tarixi ilə dördüncü əsrin ikinci yarısından etibarən Ali-Buyənin hakimiyyəti zamanı (352 h. q) geniş şəkildə hər il qeyd olmağa başladı. Bu barədə ibn Əsir “Kamil”də, ibn Kəsir “Əl-bidayə vən-nihayə” də, Şafei “Miratul-cinan da, və başqaları öz kitablarında məlumat vermişlər. Məşhir tarixçi ibn Covzi “Əl-muntəzəmu fi tarxil-muluk vəl-umən” adlı kitabında yazır. “352 hicri qəməri ilində Muizzud-dovlə Deyləmi müsəlmanlara Aşura günü bir yerə yığışaraq, əzadarlıq etməyə icazə verdi. Bazarlar bağlandı, alış-veriş işləri tətil edildi, qəssablar dükanlarına qıfıl vurdu. Meydanlarda, bazarlarda qara çadırlar quruldu. Geniş əzadarlıq mərasiminə başlandı. (“Əl-muntəzəmu fi tarxil-muluk vəl-umən” c. 7, səh 15) Əhli sünnətin görkəmli məzhəb banisi İmam Şafei yazır: “Bu, tarixdə Aşura əzadarlığının aşikar şəkildə və geniş formada keçirildiyi ilk gün idi.” (İmam Şafei, Miratul-cinan, c. 3, səh 247; Suallar və cavablar, səh. 31) Misr əhli Aşura günü İmam Hüseynin (ə) övladlarının qəbrini ziyarət edir, orada böyük əzadarlıq məclisləri təşkil edirdilər. (Məqrizi, Əl-Xutub , c.2, səh. 67) Digər bir mənbə yazır: “Aşura mərasimləri Novruz bayramına təsadüf etdikdə bayram mərasimləri təxirə salınırdı.” (Ən-nucumuz-zahirə fi muluki Misir və Qahirə, c. 4, səh 15) Əhli sünnə alimlərinin Aşura mərasimlərini qeyd etmələri. Əbdulcəlil Razi h.q tarixi ilə 560-cı ildə Ktabu-nəqz adlı kitabında məlumat verir: “Hər kəsə məlumdur ki Hənəfi və Şafei firqələrinin rəhbərləri, həmçinin onların davamçıları olan alimlər, fəqihlər Aşura ildönümlərini qeyd edərək, ahu-zar etmiş təziyə mərasimləri qurmuşlar. Kərbəla şəhidlərinin müsibətini yad edib, minbərlərə çıxmış, rəvayətlər söyləmişlər.” Əhli sünnə alimləri Xacə Əbu Mənsur Maşad (536 h.q vəfat) İsfahanda, Xacə Əli Qəzvini Hənəfi (551 h.q vəfat) Bağdadda; Əbu Mənsur Umdəddin Şafei, Nişapurda; Xacə Əşəri Hənəfi Nişapurda; Qazi Hənəfi və digərləri də hər il Aşura əzadarlığı üçün mərasim keçirən alimlərdəndir. (Rəsul Cəfəri, Aşura qiyamında diqqətli araşdırma, səh. 314-340) Səfəvilər hakimiyyəti zamanı da, belə əzadarlıq mərasimləri həyata keçmişdir.Amma bu, həmin mərasimlərin sırf o zamandan qalmasına dəlil deyil. Bura qədər yazılanlar yuxarıda qeyd olunan iki iddianın batilliyini göstərdi. Bunun əksini iddia edən varsa onda bizə bunu dəlillər əsasında təqdim etsin. "Əgər (bu sözü) doğru deyirsinizsə, dəlilinizi gətirin!" (Bəqərə 111)


Mənbə : İslamazeri



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor