Elxani hökmdarlarından kim ilk dəfə İslam dinini qəbul edib müsəlman olmuşdur? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 5-01-2016, 10:54 | Şərh sayı: (0) | Baxılıb: 289
Elxani hökmdarlarından kim ilk dəfə İslam dinini qəbul edib müsəlman olmuşdur?
Sual: Elxani hökmdarlarından kim ilk dəfə İslam dinini qəbul edib müsəlman olmuşdur?
Cavab: Əsası Hülaku xan tərəfindən qoyulmuş Elxanilər sülaləsi uzun müddət Yaxın Şərqdə, o cümlədən, Azərbaycan ərazisində hakimiyyətdə olmuşdur. Hülaku xan və ondan sonrakı bir neçə Elxani hökmdarı bütpərəst dinində idilər. XIII-XIV əsrlərin qovşağında Qazan xan (1295-1304) öz ordusu və saray əyanları ilə birlikdə İslam dinini qəbul edərək, özünə Mahmud adını götürdü. Onun apardığı uğurlu daxili və xarici siyasət, o cümlədən, inzibati və aqrar islahatlar Elxanilər dövlətini xeyli inkişaf etdirdi. Qazan xandan sonrakı Elxani hökmdarlarının hamısı müsəlman olmuşdur. Qazan xanın qardaşı Sultan Məhəmməd Ölcaytu (1304-1316) isə şiə məzhəbini qəbul etmişdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər