Şiəlik İmam Mehdi (ə) dönəmində |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 8-01-2016, 07:22 | Şərh sayı: (0) | Baxılıb: 2822
Şiəlik İmam Mehdi (ə) dönəmində
Bəzi Qum şiələri (İmam Həsən Əsgərinin (ə) vəfatından xəbərsiz halda) şəri vergilərini ödəmək məqsədi ilə Samirəyə gəldilər. Öncə onları Cəfərin yanına apardılar. Qumlular Cəfəri sınamağı qərara aldılar. Elə bu məqsədlə də ondan soruşdular: "Gətirdiyimiz pulun məbləğindən xəbərin varmı?” Cəfər dedi: "Qeybi yalnız Allah bilir”. Bu cavabı eşidən qumlular gətirdikləri pulu ona vermədilər. Sonra bir nəfər onları, kimin olduğunu bilmədikləri evə apardı. Orada bir nəfər pulun məbləğini onlara dedi. Qumlular pulu həmin adama təhvil verdilər. Cəfər bu məsələni Mötəmidə çatdırdı. Nəticədə imamın (ə) və qonşularının evi yenidən arandı.1Hakimiyyət dairələrinin həssaslığı və Cəfərin onları təhrik etməsinin səbəbi on ikinci imamı (ə) ələ keçirmək idi. Davamlı axtarışlar nəticəsində onu tapa bilmədikdə isə İmam Həsən Əsgərinin (ə) övladı olmadığını elan etdilər. İmamın (ə) evində öz inanılmış adamlarını qoyur və bu yolla yaydıqları şayiələrin doğruluğunu göstərmək, şiələr arasında çaşqınlıq yaratmağa çalışırdılar.2 Öncədən planlaşdırıldığı kimi, o həzrətin (ə) dünyaya gəlişi, hətta bir çox şiələrdən belə gizli qaldı. Bu mübarək təvəllüddən yalnız bəzi etibarlı şiələr, İmam Həsən Əsgərinin (ə) bəzi vəkilləri və evində işləyən xadimlər xəbərdar oldular. Şeyx Müfid İmam Mehdini (ə) görmək şərəfinə nail olan bir çox yaxın səhabələrin, xadimlərin adlarını qeyd etmişdir. Məhəmməd ibn İsmayıl ibn Musa ibn Cəfər, Həkimə xatun (İmam Cavadın (ə) qızı), Əbu Əli ibn Mütəhhər, Əmr Əhvazı, Əbu Nəsr Tərif (imamın (ə) xadimi) imamı (ə) görməyə nail olmuşlar sırasındadırlar. Beləcə İmam Həsən Əsgəri (ə) övladını bəzilərinə göstərib onu öz canişini elan etdi. Şeyx Küleyni, İbn İclidən iranlı bir kişinin ona belə dediyini nəql edir:"İmam Həsən Əsgəriyə (ə) xidmət məqsədi ilə Samirəyə getdim. İmam (ə) mənə evin alış-veriş işlərini tapşırdı. Bir gün həzrət (ə) övladını mənə göstərib buyurdu: "Bu, sizin sahibinizdir”. Həmin vaxtdan imamın (ə) vəfatına qədər bir də o uşağı görmədim. Mən uşağı görəndə onun iki yaşı var idi”.İmam Həsən Əsgərinin (ə) öz oğlunu şiələrə göstərməsinin ən mühüm çağı, imamın (ə) xüsusi vəkillərindən Məhəmməd ibn Osman Əmrinin qırx nəfərlə birgə İmamın (ə) yanına gəldiyi an idi. Həzrət (ə) oğlunu onlara göstərib buyurdu: "Ona itaət edin. Məndən sonra (onun haqqında) fikir ayrılığına düşməyin”.
Ali-buyə Fatimilər və Həmdanilər dövrü
Hicri dördüncü və beşinci əsrlər siyasi vəziyyət baxımından şiələrin ən yaxşı dövrləri olmuşdur. Çünki şiə məzhəbinə mənsub olan Buyə xanədanı (h. q. 320-477) Abbasi xilafətində vəsfəgəlməz iqtidar və nüfuza malik idi. Əli, Həsən və Əhməd adlı Buyə övladlarına öncə İranı idarə etmək həvalə edilmişdi. Onlar h. q. 333-cü ildə əl-Müstəkfa dönəmində Bağdada gəlib hakimiyyət dairələrinə nüfuz etdilər və xəlifə tərəfindən də dəyərləndirildilər. Belə ki, Əhməd Müizz əd-dövlə, Həsən Rükn əd-dövlə, Əli isə İmad əd-dövlə ləqəblərinə layiq görüldülər.Baş vəzir vəzifəsində çalışan Müizz əd-dövlənin hakimiyyətdəki rolu, iqtidarı elə bir həddə yüksəlmişdi ki, əl-Müstəkfanın özünə belə sabit əmək haqqı təyin edirdi. Onun əmri ilə Aşura günü bazarlar açılmaz, İmam Hüseyn (ə) üçün matəm mərasimləri keçirilərdi. Bundan başqa Qədir bayramı da xüsusi əzəmətlə keçirilirdi.Ali-Buyə on iki imamlı şiə məzhəbini geniş şəkildə yaydı. Onların hakimiyyətindən öncə İslam dövlətinin mərkəzi olan Bağdadda əhli-sünnə çoxluq təşkil edirdi. Lakin onlar hakimiyyətə gəldikdən sonra şiə məzhəbi nəzərə çarpacaq dərəcədə inkişaf etdi və ona məxsus ayinlər böyük əzəmətlə qeyd olunmağa başladı. Bu dövrdə yaşayan görkəmli İmamiyyə mütəkəllimi (sxolastı) yüksək dəyərləndirilirdi. Bağdadın Kərx məntəqəsində yerləşən Bərasa məscidi ona məxsus idi. Şeyx Müfid orada camaat namazı qılıb vəzlər etməklə yanaşı, tədris işləri ilə də məşğul olurdu. O, özünəməxsus elmi-ictimai nüfuzu ilə müxtəlif şiə firqələri arasında dözümlülüyü artırdı və şiə etiqadını gücləndirərək genişləndirdi.Ali-Buyənin xidmətləri yalnız şiəliyə məxsus deyildi. Onlar ümumilikdə İslam mədəniyyətinə, dini ədəbiyyata sonsuz xidmətlər göstərirdilər. Qənavi "əl-Ədəb fi zill əl-Bəni-Buyə” kitabında yazır: "Ali-Buyənin imtiyazlarından biri də bu idi ki, onların dönəmində hətta elm və mədəniyyət sahəsində böyük irəliləmələr oldu. Bunda Ali-Buyə hakim və vəzirlərinin böyük təsiri olmuşdur. Çünki vəzirlər həmişə ən yaxşı yazıçı və alimlərdən seçilirdi. Bu bütün yazıçı, ədib və elm xadimlərinin mərkəzə axışmasına səbəb oldu. Ədəbiyyat, elm və fəlsəfə sahəsində Abbasi xəlifələrinin görmədiyi işləri onlar həyata keçirirdilər”.Dördüncü əsrdə Misirdə Fatimilər hakimiyətə gəldilər. Onların hakimiyyəti altıncı əsrə (h. q. 567) qədər davam etdi. Fatimilər hakimiyyəti şiəliyə dəvət üzərində qurulmuşdu. Onların İsmailiyyə məzhəbinə mənsub olub on iki imamlı şiə olmamalalarına baxmayaraq, İslam təlimlərinin Əhli-beyt (ə) yolu ilə əldə olunması hər iki məzhəbin müştərək tərəfi idi.Süyuti yazır: "H. q. 357-ci ildə Qəramitə Dəməşqi istila etdikdən sonra Misiri də ələ keçirmək qərarına gəldil. Lakin Übeydiyyun (Fatimilər)[329] ona sahib çıxdılar və beləcə rafizi (şiə) dövləti Məğrib (Mərakeş), Misir və İraqda möhkəmləndi. Bunun başlıca səbəblərindən biri də Misir hakimi Kafur Əxşidinin ölümündən sonra hakimiyyətdə istiqrarın olmaması idi. O zaman əsgərlər maddi sarsıntı yaşayırdılar. Elə buna görə də Mərakeş hakimi Müizz əd-dinə Misirə daxil olması üçün məktub yazdılar. O, Cövhər adlı sərkərdəsini min nəfərlik süvari ilə Misirə göndərdi və Misiri ələ keçirtdi. H. q. 358-ci ildə qara paltar geyinməyi və abbasilərin oxuduğu xütbəni oxumağı yasaq etdi. Əvəzində isə ağ libas geyinməyi və aşağıdakı xütbəni oxumağı əmr etdi:"İlahi, Məhəmməd Mustafaya, Əli əl-Mürtəzaya, Fatimə əl-Bətula, Peyğəmbər (s) nəvələri Həsən və Hüseynə salavat göndər”.O, h. q. 359-cu ildə əl-Əzhər universitetinin təsisi haqda əmr verdi. Universitetin tikilişi h. q. 361-ci ildə sona yetdi. Bundan başqa o, azanda yenidən "Həyyə əla xəyril-əməl” deyilməsini əmr etdi. Eynilə həmin göstərişi Dəməşq hakimi Cəfər ibn Fəlah da vermişdi
Həmdanilər və şiə məzhəbləri
H. q. dördüncü əsrdə İslam dünyasında yeni bir şiə dövləti yarandı. Bu, Həmdanilər (h. q. 293-391) hakimiyəti idi. Ali-Həmdanın ən görkəmli xəlifəsi Seyf əd-Dövlə (h. q. 350-303) ləqəbi ilə məşhur olan Əli ibn Abdullah ibn Həmdan idi. O, ağıllı, biliksevər və inqilabçı insan idi. Ömrünün çoxunu Rum təcavüzkarları ilə mübarizədə keçirtdi. Həmdanilər dönəmində Suriyanın böyük əksəriyyəti - Hələb və ətrafı, Bəəlbək və ətraf kəndləri, Cəbəl Amil bütünlüklə şiə bölgəsi idi. Hələb şəhəri şiə alimlərinin məskəni sayılırdı. Burada şiəliyin geniş yayılması və möhkəmlənməsində görkəmli Ali-Həmdan şairi Əbu Firasın (vəfat-357 h. q.) mühüm rolu olmuşdur. Onun qəsidəsi özünəməxsus şöhrət qazanmışdı: الحق مهتضم والدین محترم و فییء آل رسول الله م Həmdanilər heç kimi şiə məzhəbinə etiqad bəsləməyə məcbur etmədilər. Heç kimi pulla, vəzifə ilə aldatmadılar. İnsanları hansı məzhəbi seçəcəkləri haqda tam sərbəst buraxdılar. Lakin bununla yanaşı, təbliğatçılar öz təbliğatlarını aparırdılar. Həmdanilərin bu siyasəti insanları zorla, kobudcasına əhli-sünnə olmağa məcbur edən Əməvilərin, Abbasilərin və Səlahəddin Əyyubinin siyasətinin tam əksi idi.Həmdanilər açıq düşüncəli, azadlıqsevər insanlar idilər. Elə buna görə də onların hakimiyyəti filosofların, müxtəlif din və məzhəb alimlərinin pənah yeri idi. Belə ki, Rum sənət adamları vətənlərindən qaçıb Seyf əd-dövləyə sığınırdılar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər