RSS
 

Login:
Şifrə:
» » Məlum hadisələrin Abdullah ibn Səbaya aid edilməsində məqsəd nədir?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Məlum hadisələrin Abdullah ibn Səbaya aid edilməsində məqsəd nədir?

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 10-01-2016, 08:26 | Şərh sayı: (0) | Baxılıb: 481

Məlum hadisələrin Abdullah ibn Səbaya aid edilməsində məqsəd nədir?


Məlum hadisələrin Abdullah ibn Səbaya aid edilməsində məqsəd nədir? Şübhəsiz ki, bütün bu hadisələrlə bağlı Abdullah ibn Səbanın adını hallandıranlar bundan nə isə bir məqsəd güdürlər. Aşağıda onların məlum hədisləri hansı məqsədlərlə uydurub yaydıqlarına nəzər salaq:
1. Osman, Aişə, Təlhə, Zübeyr və Osman tərəfindən təyin edilmiş valiləri müdafiə etmək, onların tutduğu mövqeyə haqq qazandırmaq;
2. Dolayı yolla Əliyə (ə) etiraz etmək;
3. Osman və valilərini tənqid edənlərin yəhudilər tərəfindən təhrik edildiyini önə çəkərək bu tənqidin təsirini azaltmaq;
4. Şiə qaynaqlarında Osman, Təlhə, Zübeyr və Aişə haqqında mövcud olan hədislərə qarşılıq vermək və bu hədislərin tam əksini uydurmaq;
5. Müsəlmanların Osmanın evini mühasirəyə almalarının və onu öldürmələrinin əsl səbəblərini ört-basdır etmək; Çünki tarixçilər Osman tərəfindən təyin olunmuş Bəni-Üməyyə əsilli valilərin zülm və fəsada böyük yer verdiklərini qeyd edirlər. Müsəlmanlar Osmandan onları ədalətli valilərlə əvəz etməsini tələb edirdilər. O, xalqın tələbinə müsbət cavab vermədiyi üçün ona qarşı üsyan edib evində qətlə yetirdilər. Qərəzli tarixçilər İbn Səba və bu kimi digər hadisələri qondararaq tarixi həqiqətlərin üstünü ört-basdır etməyə çalışmışlar.
6. Digər bir məqsəd isə şamlıları açıqca mədh etmək, dolayısı ilə Müaviyəni dahiləşdirməkdir; Bu məqsədlə onlar Abdullah ibn Səbanın şamlılara təsir göstərə bilməməsini önə çəkirlər. Guya şamlılar onun qərəzli mövqeyini anlamış və Şamdan qovmuşlar.Təbəri özünəməxsus sənədlə Seyf ibn Ömərdən, o da Yezid Fəqəsidən nəql edir: "Abdullah ibn Səba sənalı yəhudi idi. Anası Səvda (qaradərili) idi. O, İslamı Osman dönəmində qəbul etdi və müsəlmanları yoldan çıxarmaq üçün müsəlman ölkələrinə səfərə çıxdı. O, səfərinə Hicazdan başladı, sonra Kufə və Şama getdi. Lakin şamlılara təsir göstərə bilmədi. Ona görə də şamlılar onu Şamdan qovdular.
7. Düzgün etiqadlarını yanlış kimi göstərmək;Buraya rəcət, Əlinin (ə) vəsi olması, onun xəlifəliyə Osmandan daha layiq olması və s. daxildir. Onlar bu etiqadi məsələləri insanları yoldan çıxarmağı qarşısına məqsəd qoyan Abdullah ibn Səbaya aid edib müsəlmanlarda onlara qarşı pis fikir oyatmaq məqsədi güdürlər.

Abdullah ibn Səba Əmmardırmı?

Doktor Əli Verdi və bu kimi tarixçilər Abdullah ibn Səbanın Əmmar ibn Yasir olduğunu iddia etmiş və bunu aşağıdakı şəkildə əsaslandırmışlar:
1. Abdullah ibn Səba İbn əs-Səvda kimi tanınır. İbn əs-Səvda Əmmarın künyəsidir.
2. Əmmar Yəmənin Səba qəbiləsindəndir.
3. O, Əliyə (ə) hədsiz məhəbbət bəsləmiş və xalqı ona beyət etməyə dəvət etmişdir.
4. Əmmar xalqı Misirdə xəlifənin əleyhinə üsyan etmək üçün təhrik edirdi. Uyğun fəaliyyət Abdullah ibn Səba haqqında da qeyd edilir.
5. Nəql olunduğuna görə, Abdullah ibn Səba Osmanı həqiqi xəlifə hesab etmir, bunun Əlinin (ə) haqqı olduğunu düşünürdü. Bu Əmmar haqqında da qeyd edilir.Doktor Əli Verdi digər dəlillər də göstərərək Abdullah ibn Səbanın məşhur səhabə Əmmardan qeyrisi ola bilməyəcəyi qənaətinə gəlir. Çünki Qüreyş Əmmarı Osman əleyhinə üsyan edənlərin sərkərdəsi hesab edirdi. Lakin öncədən bunu onun adı ilə bağlamaq istəmir, Abdullah ibn Səba şərti adını göstərirdilər. Doktor Kamil Mustafa Şeybi "əs-Silə beyn ət-təsəvvüf vət-təşəyyö" əsərində bu fikirlə razılaşır, göstərilən dəlilləri qaneedici və məntiqli hesab edir.Doktor Əli Sami Nişarın da sözlərindən bu versiyaya meylli olduğu anlaşılır. O, "Nəşə əl-fikr əl-fəlsəfi fi əl-İslam" kitabında yazır: "Çox güman ki, Abdullah ibn Səba qondarma və ya Əmmar ibn Yasirə aid şərti addır”. Cavab: Bu versiyanın qaneedici dəlili yoxdur. Lakin bunu rədd edən çoxsaylı dəlillərimiz var. Belə dəlillərdən bir neçəsinə nəzər salaq:
1. Bu ehtimal yalnız Abdullah ibn Səba haqqındakı rəvayətlər doğru olduğu zaman keçərli hesab edilə bilər. Bir halda ki, bu növ rəvayətlərin təxəyyüldən başqa bir şey olmadığını sübut etdik.
2. Tarixçilər Əmmarın Osmana qarşı mövqeyini açıqca yazmışlar. Belə olan halda şərti ada ehtiyac yoxdur.
3. Tarixçilər Abdullah ibn Səbanın yəhudi olub, fəqət Osman dönəmində iman gətirdiyini qeyd edirlər. Bir halda ki, Əmmar İslamı hələ Peyğəmbər (s) dönəmində qəbul etmişdi.
4. Tarixçilərə görə, Əli (ə), İbn Səbanı tövbə etmədiyi üçün yandırdı və ya Mədainə sürgün etdi. Bir halda ki, Əmmar ibn Yasir Siffeyn döyüşündə şəhid oldu.
5. Təbəriyə görə, Əmmar Abdullah ibn Səbanın təsiri altına düşmüş və ona kütləni xəlifəyə qarşı təhrik etməkdə kömək etmişdi. Bütün bunlar göstərir ki, Əmmar ibn Yasir Abdullah ibn Səba deyil.

İbn Səba Abdullah ibn Vəhəbdirmi?

Bəzi tarixi qaynaqlarda Abdullah ibn Səbanın Abdullah ibn Vəhəb Rasibi olduğu qeyd edilir. Abdullah ibn Vəhəb Rasibi Nəhrəvanda Əliyə (ə) qarşı döyüşən xəvaricin öndə gedənlərindən idi. Səd ibn Abdullah Əşəri yazır: "Səbaiyyə Abdullah ibn Səbanın tərəfdarlarına deyilir. O, Abdullah ibn Vəhəb Rasibi Həmdanidir”. Bəlazuri yazır: "Hücr ibn Ədi Kindi, Əmr ibn Həmiq Xüzai, Həbbə ibn Cüveyn Bəcəli və İbn Səba adlanan Abdullah ibn Vəhəb Həmdani Əlinin (ə) yanına gəlib ondan Əbu Bəkr və Ömər haqqında soruşdular". Fikrimizcə, bu iki şəxs arasında oxşarlıq, tarixçilərin onların eyni adam olduqlarını güman etmələrinə gətirib çıxarmışdır. Çünki hər ikisinin adı Abdullahdır; hər ikisi yəmənlidir və hər ikisi İbn əs-Səvda kimi məşhurdur. Bu ehtimalın meydana gəlməsində bəzi rəvayətlər də təsirsiz olmamışdır. Lakin onları bir-biri ilə müqayisə etdikdə görürük ki, bu iki şəxs eyni adam deyil. Aralarında oxşar cəhətlərin olmasına baxmayaraq, fərqli cəhətlər də çoxdur. Buna görə də onların eyni adam olması mümkün deyil. Bu iki şəxs arasındakı bir neçə fərqli cəhətə nəzər salaq:
1. Abdullah ibn Səba zöhd və ibadət anlayışları ilə vəsf edilməmişdir. Lakin Abdullah ibn Vəhəb məlum fəzilətlərlə vəsf edilmişdir. Belə ki, İbn Həcər onun haqqında yazır: "İnsan onun ibadətlərindən heyrətə düşür. Belə ki, onu "qabarlı" adlandırmışlar. Çünki çox səcdə etdiyindən alnı və dizləri dəvə (dizi) kimi qabar bağlayırdı”.
2. Tarixçilərə görə, Abdullah ibn Səba yəhudi olmuş və Osman dönəmində İslamı qəbul etmişdir. Abdullah ibn Vəhəb isə Ömər ibn Xəttab dönəmindəki fəthlərdə iştirak etmişdir. İbn Həcər onun haqqında yazır: "O, Səd ibn Əbu Vəqqasla birgə İraqın alınmasının şahidi olmuşdur".
3. Abdullah ibn Səba Əli (ə) haqqında "qülüv" etmiş, onu ilahiləşdirərək Allah həddinə yüksəltmiş, Seyf ibn Ömərin rəvayətinə görə isə onu (ə) digər xəlifələrdən üstün hesab etmişdir. Bir halda ki, Abdullah ibn Vəhəb Rasibi Əlini (ə) kafirlikdə ittiham etmişdir.
4. Abdullah ibn Vəhəb xəvaricin sərkərdəsi idi. Abdullah ibn Səba isə ümumiyyətlə xəvaricdən deyildi.
5. Abdullah ibn Səbanı Əli (ə) yandırmış və ya Mədainə sürgün etmiş və Əlinin (ə) şəhadət xəbərini eşidənədək orada qalmışdır. Abdullah ibn Vəhəb isə tarixçilərin yekdil rəyinə görə, Nəhrəvan döyüşündə qətlə yetirilmişdir. İbn Həcər yazır: "Abdullah ibn Vəhəb Rasibi Həruriyyə sərkərdələrindəndir. Bəziləri onu zəiflər sırasında qeyd etmişlər. O, Nəhrəvanda xəvaricin öndərlərindən idi. Əli (ə) onlarla döyüşəndə o, qətlə yetirildi”.

Abdullah ibn Səbanın soykökü

Şiə və əhli-sünnə qaynaqlarına görə, onun adı Abdullah ibn Səbadır. Lakin Səbanın onun atası və ya əksər Yəmən qəbilələrinin də mənsub olduğu Səba ibn Yəşcüb ibn Yərub ibn Qəhtan olduğu məlum deyil. Bəlazuri "Ənsab əl-əşraf", Zəhəbi "əl-Müştəbəh", Məqrizi "əl-Xütət" əsərində onun Abdullah ibn Vəhəb Səbai olduğu qənaətinə gəlmişlər. Lakin göründüyü kimi bu tarixçilər Abdullah ibn Səba və Abdullah ibn Vəhəb Rasibi Səbainin eyni şəxs olduğunu güman etmişlər. Çünki onların adı oxşardır.Tarixi qaynaqlarda və hədislərdə onun ailəsi haqqında hər hansı bir məlumat yoxdur. Lakin Səduq "əl-Etiqadat" əsərində Zürarənin İmam Sadiqə (ə) belə dediyini nəql edir: "Abdullah ibn Səbanın övladlarından bir kişi "təfviz" əqidəsini qəbul edir”. Tarixçilərin böyük əksəriyyəti onun Yəməndən, Səba qəbiləsindən olduğunu qeyd edirlər. Lakin ibn Həzm onun Hümeyr, Bəlazuri və Səd ibn Abdullah Əşəri isə Həmdan qəbiləsindən olduğu qənaətində olmuşlar. Təbəri "Tarix" əsərində onu Yəmən yəhudisi hesab etmişdir. Lakin Süleyman Övdə "əl-Fərq beyn əl-firəq" kitabında Bağdadidən onun, İraqın Hirə məntəqəsində yaşayan yəhudilərdən olduğunu nəql etmişdir. Lakin bu, doğru deyil. Çünki onun sözlərini diqqətlə nəzərdən keçirdikdə İbn əs-Səvda dedikdə Abdullah ibn Səbanın nəzərdə tutulmadığını görürük. O, yazır:"İbn əs-Səvda əslən Hirə yəhudilərindən idi”.Abdullah ibn Səbanın yəhudi olduğunu göstərən doğru, səhih məlumat yoxdur. Bu yalnız Seyf ibn Ömərin nəql etdiyi rəvayətlərdə özünü göstərir. Hansı ki, onlara əsaslanmaq olmaz.
İBN ƏS-SƏVDA KİMDİR?
Seyf ibn Ömər rəvayətlərində Abdullah ibn Səbanın bəzən bu adla, bəzən İbn əs-Səvda, bəzən də Abdullah ibn əs-Səvda adı ilə anmışdır. Ondan sonra əlinə qələm alanlar da eyni ibarələri ondan nəql etmişlər. Burada belə bir sual yaranır: İbn əs-Səvdada məqsəd Abdullah ibn Səbadırmı?İbn əs-Səvda adı şiə və əhli-sünnə qaynaqlarında çox işlədilmiş, bir çox səhabələr və qeyri-səhabələr bu adla məzəmmət edilmişlər. Bu ad yalnız Seyf ibn Ömərin rəvayətlərində Abdullah ibn Səba haqqında işlədilmişdir.
a) Şiə qaynaqları; Şiə qaynaqlarında bir çoxları bu adla məzəmmət olunmuşlar. Buna aşağadakıları misal göstərmək olar:
1. Əbuzər (adı məlum olmayan) bir səhabəni bu adla məzəmmət etmişdir.
2. Kim olduğu məlum olmayan bir şəxs bu adla məzəmmət olunmuşdur.
3. Xəvaric sərkərdələrindən Abdullah ibn Vəhəb Rasibi.
4. Əmr ibn Osman Əffan, Üsamə ibn Zeydi İbn əs-Səvda adı ilə məzəmmət etmişdir.
5. Osman Əmmar ibn Yasiri İbn əs-Səvda adlandıraraq məzəmmət etmişdir.
b) Əhli-sünnə qaynaqları;1. Əmmar ibn Yasir Osman tərəfindən bu adla məzəmmət edilmişdir.
2. Bilal ibn Rəbah Əbuzər tərəfindən bu adla məzəmmət edilmişdir.
3 Əli (ə) dönəmində bir kişi həzrət tərəfindən bu adla məzəmmət edilmişdir.
4. Təbərinin "Tarix" əsərində Seyf ibn Ömərdən iqtibas etdiyi rəvayətlərdə Abdullah ibn Səba İbn əs-Səvda kimi göstərilmişdi. Bu araşdırmadan alınan nəticəyə görə, Təbəridən başqa heç kim tarix və hədis kitablarında Abdullah ibn Səbanı bu adla təqdim etməmişdir. Ziyad ibn Əbihin Müaviyəyə ünvanladığı və "səbaiyyə” sözü də qeyd edilən məktubu ehtiva edən rəvayət isə "mürsəl"dir. Çox güman ki, bu rəvayət Əbu Mixnəfə aiddir. Çünki ondan öncəki rəvayətlər hamısı ondan nəql edilmişdir və təbii ki, o, zəif rəvayətçidir. Nəticə etibarı ilə, tarixdə Səbaiyyə adlı qruplaşma olmamışdır. Abdullah İbn Səba şİə qaynaqlarındaŞiə qaynaqlarında Əhli-beyt (ə) yolu ilə Abdullah ibn Səba haqqında nəql edilən rəvaytlər iki hissəyə bölünür:
1. Əlinin (ə) dönəmində Abdullah ibn Səba adlı bir şəxsin yaşadığını göstərən hədislər;Belə rəvayətlərdən birinə nəzər salaq: Şeyx Tusi və Səduq Əbu Bəsirdən, o da İmam Sadiqdən (ə) (ataları vasitəsi ilə) Əlinin (ə) belə buyurduğunu nəql edir: "Sizin hər hansı biriniz namazı qurtardığı vaxt əllərini səmaya doğru açsın və dua oxuyarkən üzünün önünə tutsun". Bu zaman İbn Səba soruşdu: "Allah hər yerdə mövcud deyilmi?” Həzrət (ə) dedi:- Bəli.- Bəs nə üçün əlimizi səmaya doğru açaq?- Yaradan Allahın nə buyurduğunu oxumamısanmı? Allah-Taala Quranda buyurur: "Göydə də ruziniz və vəd olunduğunuz şey vardır!” ("Zariyat”, 22)Əlbəttə, bu rəvayətin sənəd silsiləsində Həsən ibn Raşidin olduğu üçün, o, zəif hesab olunur. Çünki onun "siqə” (etimadlı) olması sübuta yetməmişdir. Digər bir ehtimala görə isə hədisdə adı çəkilən İbn Səbada məqsəd Abdullah ibn Vəhəb Rasibi Səbaidir.
2. Onun, Əlinin (ə) Allah olduğunu iddia etdiyini göstərən rəvayətlər. Bu rəvayətlərə görə, Əli (ə) onu yandırmışdır. Belə rəvayətlərdən bir neçəsinə nəzər salaq:a) Kəşşi Rical əsərində özünəməxsus sənədlə İmam Baqirin (ə) belə buyurduğunu nəql edir: "Həqiqətən, Abdullah ibn Səba peyğəmbərlik iddiası edirdi. O, güman edirdi ki, Əli (ə) Allahdır. Əli (ə) bunu eşitdikdə onu çağırtdırdı. Ondan bu məsələ haqqında soruşdu. O, deyilənlərin düz olduğunu etiraf edib dedi: "Sən mən deyən adamsan. Mənim qəlbim sənin Allah olduğunu deyir. Mən də sənin peyğəmbərinəm”. Əli (ə) ona buyurdu: "Vay olsun sənə! Şeytan səni təsiri altına salmışdır. Anan sənin üçün əza saxlasın! Tövbə et”. O, tövbə etməkdən imtina etdi. Həzrət (ə) onu həbs etdi və tövbə etməsi üçün üç gün vaxt verdi. Lakin o, yenə tövbə etmədiyi halda həzrət (ə) onu yandırdı və buyurdu: "Həqiqətən, şeytan onu özünə cəlb etmişdir. Elə buna görə də onu təsiri altına alır və bu sözləri dilə gətirir”. Lakin bu rəvayət zəif hesab olunur. Çünki onun sənəd silsiləsində Məhəmməd ibn Osman Əbdi və Abdullah ibn Səbanın atası Sənan kimi zəif rəvayətçilər var.
b) Kəşşi özünəməxsus sənədlə Abdullahdan İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: "Peyğəmbərin (s) adından yalan danışan, onu təkzib etməyə çalışan, Allah adına yalan danışan Abdullah ibn Səba idi". Bu rəvayət də sənəd silsiləsində Məhəmməd ibn Xalidin olduğu üçün zəif hesab edilir. Çünki o, rical kitablarında "siqə” (etibarlı) rəvayətçi kimi göstərilməmişdir.
c) Kəşşi özünəməxsus sənədlə Hişam ibn Salimdən İmam Sadiqin (ə) Abdullah ibn Səbanın Əli (ə) haqqında Allahlıq iddiası etməsi ilə bağlı söhbət edərkən belə buyurduğunu nəql edir: "O, Əli (ə) haqqında belə iddia etdikdə həzrət (ə) onu çağırtdırıb tövbə etməsini tələb etdi. İmtina etdikdə isə yandırdı".
d) Kəşşi özünəməxsus sənədlə Əban ibn Osmandan İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: "Allah Abdullah ibn Səbaya lənət etsin! O, Əlinin Allah olduğunu iddia edirdi. And olsun Allaha! Əli (ə) Allahın müti bəndəsi idi. Haqqında yalan söyləyənlərə vay olsun! Bəziləri bizim haqqımızda özümüzün demədiyimiz sözləri deyirlər. Onlardan Allaha pənah aparırıq!"
e) Kəşşi özünəməxsus sənədlə Əbu Həmzə Sümalidən Əli (ə) ibn Hüseynin (ə) belə buyurduğunu nəql edir. Allah haqqımızda yalan danışanlara lənət etsin! Mən Abdullah ibn Səbanı xatırladım və məni heyrət bürüdü. O, çox böyük iddia etmişdir. Allah ona lənət etsin! And olsun Allaha! Əli (ə) Allahın əməlisaleh bəndəsi və Peyğəmbərin (s) qardaşı idi. Əli (ə) yalnız Allaha və rəsuluna (s) itaəti nəticəsində kəramət sahibi olmuşdur. Peyğəmbər (s) də yalnız Allaha itaəti nəticəsində kəramət sahibi olmuşdur”. Son üç rəvayət sənəd baxımından səhihdir və tarixdə həqiqətən də Abdullah ibn Səba adlı bir şəxsin olduğunu və Əli (ə) haqqında "qülüv" etdiyini göstərir. Lakin bu rəvayətlərdə onun yəhudi olması, Osmanın qətlində iştirak etməsi göstərilmir. Əgər bütün bunlar doğru olsaydı, İmam (ə) onu məzəmmət edərkən onlardan da söhbət edərdi.
ə) Məclisi də nəql etdiyi geniş bir rəvayətdə Əlinin (ə) Abdullah ibn Səbanın yandırılmasına toxunduğunu qeyd edir. Lakin bu rəvayət, məzmunundan əlavə, sənəd silsiləsində Musa ibn Ətiyyə və Həsən ibn Əhməd Əzrəqin olduğu üçün zəifdir. Çünki bu iki rəvayətçinin kimliyi məlum deyil. Rical kitablarında onlar haqqında hər hansı bir məlumat verilməmişdir. Bundan başqa, hədisin sənəd silsiləsində "siqə" olduğu sübuta yetməyən Abbas ibn Fəzl də mövcuddur. Bu hədisi Əmmar Sabati heç bir vasitə olmadan imamdan (ə) nəql etmişdir. Rəvayətin sənədi Əmmar Sabatidən sonra davam etmədiyi üçün ona əsaslanmaq olmaz. İbn Həcərdən bİr neçə sözİbn Həcər yazır: "Səhih sənədli rəvayətlərdən məlum olur ki, Əli (ə), haqqında Allahlıq iddiası edənləri yandırdı. Çox güman ki, Səbaiyyə də buradan meydana gəlmişdir".O, "Fəth əl-bari" kitabında yazır: "Əbu əl-Müzəffər Əsfərani "əl-Miləl vən-nihəl" əsərində Əlinin (ə) haqqında Allahlıq iddiası etdikləri üçün yandırdıqlarının rafizilər olduğunu güman etmişdir. Onlar, yəhudi olub İslamı qəbul etmiş Abdullah ibn Səbanın başçılıq etdiyi Səbaiyyə idilər. Bunu İbn Səba bidət olaraq önə çəkmişdir. Çox güman ki, bu bizim Əbu Tahirdən nəql etdiyimiz hədisdir. Biz onu Abdullah ibn Şüreyk Amiri və əcdadı vasitəsilə nəql etmişik. Hədisdə deyilir: "Əliyə (ə), bir dəstə insanın məscidin qapısı önünə toplaşaraq onun pərvərdigar olduğunu iddia etdikləri xəbər verildi...”. Bu hədis sənəd baxımından "həsən"dir”. İbn Həcərin sözlərindən göründüyü kimi o, İbn Səbanı şiələrin qəbul etdiyi şəkildə qəbul edir. İbn Səbanın yandırılmasıBir çox alimlərin fikrincə, Abdullah ibn Səba Əli (ə) haqqında Allahlıq iddiası etdiyi və imamın (ə) tövbə tələbini rədd etdiyi üçün yandırıldı.Əllamə Hilli yazır: "Abdullah ibn Səba "qülüv" edən və məlundur. O, Əli (ə) tərəfindən yandırılmışdır. O, Əlinin (ə) Allah, özünün isə peyğəmbər olduğunu güman edirdi". Əbu Əmr Kəşşi yazır: "O, peyğəmbərlik iddiası edir və deyirdi: "Əli (ə) Allahdır. Əli (ə) ona tövbə etməsi üçün üç gün möhlət verdi. Lakin o, tövbə etmədi. Buna görə də Əli (ə) Abdullah ibn Səbanı onunla həmfikir olan yetmiş nəfərlə birgə öldürdü”. Şeyx Yusif Bəhrani yazır: "İbn Səba Əlinin (ə) Allah olduğunu güman edirdi. Həzrət (ə) ona tövbə etməsi üçün üç gün vaxt verdi. Tövbə etmədikdə isə yandırdı”. İbn Həzm Əndəlusi yazır: "Allahdan başqasının allahlığına etiqad bəsləyən ilk ifratçı firqə Abdullah ibn Səba Hümeyrinin tərəfdarları olmuşdur. Onlar Əlinin (ə) yanına gəlib dedilər:- Sən həmin adamsan.- Kim?- Sən Allahsan.Bu söz həzrəti (ə) narahat etdi. Od qalanmasını əmr etdi və onları oda atdı. Onlar oda atıldıqda deyirdilər: "İndi Əlinin (ə) Allah olduğu daha da aydın oldu. Çünki odun yaradıcısından başqa heç kim odla əzab verə bilməz".
5. Zəhəbi "Mizan əl-etidal" əsərində yazır: "Abdullah ibn Səba "qülüv" edənlərdən idi. O, özü yolunu azmışdı, digərlərini də yoldan çıxarırdı. Zənnimcə, Əli (ə) onu yandırmışdır". Qeyd olunanlardan göründüyü kimi, onun yəhudi olduğuna, Osmanın xilafəti dönəmində iman gətirməsinə, Osman əleyhinə üsyanlarda rolu olmasına heç bir eyham belə yoxdur. Bundan başqa, onun şiəliyin təsisçisi olmasına da heç bir işarə vurulmur. Burada yalnız onun Əli (ə) haqqında Allahlıq iddiası etməsi, buna görə də yandırılması qeyd edilir.Fikrimizcə, Abdullah ibn Səba və tərəfdarlarının yandırılması məsələsi yanlışdır. Biz onun sürgün edilməsi versiyasına üstünlük veririk. Çünki şiə və əhli-sünnə fəqihləri bu hədislərə əsaslanıb mürtədin yandırılması haqqında fətva verməmişlər. Əksinə, bu rəvayətlərlə ziddiyyət təşkil edən hədislərə əsaslanmış və mürtədin öldürülməsi haqqında fətva vermişlər.İbn Rüşd yazır: "Alimlərin yekdil rəyinə görə, mürtəd kişi olduğu halda ələ keçərsə, öldürülməlidir. Çünki Peyğəmbər (s) buyurmuşdur: "Dinini dəyişəni öldürün". Şeyx Küleyni və Şeyx Tusi özünəməxsus sənədlə İmam Sadiqdən (ə) Əlinin (ə) belə buyurduğunu nəql edir: "Mürtədin həyat yoldaşı ondan uzaqlaşmalı, onun kəsdiyi heyvan yeyilməməlidir. Ona tövbə etməsi üçün üç gün vaxt verilməlidir. Tövbə etməzsə, dördüncü gün öldürülməlidir". İmam Baqir (ə) və İmam Sadiqdən (ə) nəql etdikləri hədisdə deyilir: "Mürtədə tövbə üçün möhlət verilir. Tövbə etmədiyi təqdirdə öldürülür. Qadın İslamdan çıxarsa, ona da tövbə üçün vaxt verilir. Əgər tövbə etməzsə, ömürlük həbs, ağır dustaqxana həyatına məhkum edilir”. Bir hədisdə İmam Rzadan (ə) müsəlman kimi doğulmuş, sonra kafir və ya müşrik olmuş, İslamdan çıxmış bir kişiyə tövbə üçün möhlət verilib-verilməyəcəyi haqqında soruşulduqda həzrət (ə) buyurdu: "Öldürülməlidir”. Bildiyimiz kimi, bu rəvayətdə öldürməkdə məqsəd qılınc, nizə, daş, ağac və ya zəhərlə öldürməkdir. Bu, odda yandırmaq və ya dar ağacından asmaq xaricində olan qətl metodlarına uyğundur.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor