RSS
 

Login:
Şifrə:
» » Abdullah ibn Səba

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Abdullah ibn Səba

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 10-01-2016, 07:45 | Şərh sayı: (0) | Baxılıb: 370

Abdullah ibn Səba


Abdullah ibn Səba İslam tarixi haqqında yazılan və Abdullah ibn Səba əfsanəsinə toxunmayan çox az kitab var. O, müxtəlif formalarda təsvir edilən rəsmə bənzəyir. Bəziləri onu insanları allahsızlığa dəvət edən, bəziləri yəhudi əqidələrinin müdafiəçisi, bəziləri cəmiyyətdə yanlış fikirlərin yayıcısı, bəziləri də səhabələri yoldan çıxaran bir şəxs kimi qələmə vermişlər. Onun Osmanın qətlinə səbəb olan üsyanın ilk təhrikedicisi olduğunu söyləyən də var. Hətta bundan sonra o, minlərlə səhabə və tabeinin ölümünə yol açan döyüşlərin də səbəbkarı kimi qeyd edilmişdir. Digər tərəfdən, çox mühüm şiə əqidələrini ona aid etmiş, bununla onun şiəliyin banisi olduğunu vurğulamış və bu yolla şiəliyə zərbə vurmaq istəmişlər. Bu üzdən məlum mövzu dəqiq araşdırılmalı və bir neçə suala cavab verilməlidir: Abdullah ibn Səba həqiqi şəxsiyyətə malik olmuş, yoxsa belə bir insan əsla olmamışdır? Onun fitnələrdə hər hansı bir rolu olmuşdurmu? O, həqiqətən şiə məzhəbinin təsisçisidirmi? Şiə məzhəbinin onunla hər hansı bir əlaqəsi olmuşmu?
Abdullah ibn Səba əfsanəsinə baxış

Təbərinin və başqalarının qeyd etdiyinə görə, Osmanın xilafəti dönəmində sənalı yəhudi Abdullah ibn Səba İslamı qəbul etdi. O, öz fikirlərini İslam dünyasının müxtəlif bölgələrinə (Kufə, Şam, Misir, Bəsrə və s.) etdiyi səfərlər zamanı təbliğ edirdi. O, İslam Peyğəmbərinin (s) və həzrət İsanın (ə) yenidən yer üzünə qayıdacağına böyük inam bəsləyirdi. Onun inancına görə, hər bir peyğəmbərin canişini olduğu kimi, sonuncu ilahi elçi olan İslam Peyğəmbərinin (s) də canişini olmuşdur. Onun canişini Əlidir (ə). Osman onun haqqını qəsb və ona zülm etmişdir. Buna görə də İslam ümməti qiyam edib hakimiyyəti devirməli və Əliyə (ə) təhvil verməlidir. Həmin dövrdə Əbuzər, Əmmar, Məhəmməd ibn Əbu Hüzeyfə, Əbd ər-Rəhman ibn Məhəmməd ibn Əbu Bəsir, Səsəə ibn Suhan Əbdi, Malik Əştər və s. bu kimi səhabələr onun fikirlərinə aldanaraq təsir altına düşmüş və iman gətirmişdilər. Bu təhrikedici fikirlər nəticəsində bəziləri zamanın xəlifəsinə qarşı üsyan edib onu qətlə yetirdilər. Bu qruplaşmanın Cəməl və Siffeyn döyüşlərində də böyük təsirləri olmuşdur.

Şiəliyin Abdullah ibn Səbanın tərəfindən yaradılması ittihamı

Öncə də qeyd edildiyi kimi, bu əfsanənin quraşdırılmasında məqsəd şiəliyə zərbə vurmaqdır. Bu ittihama görə guya şiəliyin təsisçisi yəhudi əsilli olmuşdur. O, öz fikirlərini yayaraq İslam dünyasında yeni bir məzhəb yaratmaqla yanaşı, yəhudi təfəkkürünün və təfriqənin İslam dünyasına hakim olmasına səbəb olmuşdur. Şiələrə qarşı bu ittihamı irəli sürənlərin qeydlərinə nəzər salaq:
1. Əbu əl-Həsən Məlti yazır: "Bu firqənin – şiəliyin təsisçisi Abdullah ibn Səbadır. O, yəhudilərlə əlaqəli bir şəxs olduğundan şiəliyin toxumunu ilk dəfə olaraq İslam dünyasına səpmiş və bu yolla İslama zərbə vurmaq istəmişdir".
2. Doktor Əli Sami Nişar yazır: "Şişirdilmiş etiqadlara malik şiəliyin təsisçisi yəhudidir (Abdullah ibn Səbadır)”
3. Məhəmməd Əbu Zöhrə yazır: "Böyük tağut (şeytan, azdırıcı) Abdullah ibn Səba insanları Əlinin (ə) imam olduğuna inanmağa sövq edirdi. O, Peyğəmbərin (s) yenidən qayıdışına etiqad bəsləyirdi. Şiə məzhəbi də bu fitnələrdən doğaraq meydana gəldi"
4. Ehsan İlahi Züheyr yazır: "İmamiyyə şiə məzhəbi cinayətkar yəhudi Abdullah ibn Səbanın önə çəkdiyi düşüncələr əsasında formalaşmışdır".
5. Doktor Nasir ibn Abdullah ibn Əli Qifari yazır: "Şiə məzhəbi və onun irəli sürdüyü prinsiplər Abdullah ibn Səba və tərəfdarları tərəfindən yaradılmışdır”.

İbn Səbanın kimliyi haqqında fərqli versiyalar

Abdullah ibn Səbanın kimliyi haqqında olduqca fərqli fikirlər var. Bəziləri onun Abdullah ibn Səba, bəziləri isə İbn əs-Səvad kimi qələmə vermişlər. Bəziləri onun Abdullah ibn Vəhəb Rasibi Həmdani olduğunu, bəziləri isə belə olmadığını söyləmişlər. Bir çox tarixçilər onu Yəmən, bəziləri isə Hirə yəhudisi hesab edirlər. Bəzi rəvayətlərə görə, Əli (ə) onu Mədainə sürgün etmiş, bəzilərinə görə isə Kufədə yandırmışdır. Bəzi rəvayətlərə görə, Əli (ə) onu, haqqında Allahlıq iddiası etdiyinə görə, bəzilərinə görə isə Əbu Bəkr və Ömər haqqında nalayiq sözlər işlətdiyinə görə, Mədainə sürgün etmişdir. Müxtəlif tarixi hadisələrdə fəal iştirakı olduğu söylənilən birinin kimliyi haqqında bu qədər fərqli fikirlərin olması göstərir ki, onun haqqında iftira və yalanlar da olmamış deyil.

Tarixçilərin Abdullah ibn Səba haqqında görüşləri

Doktor Hüveymil yazır: "Abdullah ibn Səba haqqında əsas üç nəzəriyyə mövcuddur:
1. İslam tarixçiləri arasında məşhur versiya; belə bir şəxsin tarixi kimliyinin sübutu və tarixi fitnələrdəki geniş rolu.
2. Müasir şiə alimlərinin irəli sürdüyü versiya; belə bir şəxsin tarixi kimliyinin və tarixi fitnələrdəki rolunun inkarı.
3. Ortaq versiya; belə bir şəxsin tarixi kimliyinin isbatı, tarixi fitnələrdəki rolunun inkarı. Bu versiya bizim də qəbul etdiyimiz versiyadır". Digər ümumi bir bölgüyə görə bu haqda üç versiya irəli sürülmüşdür. Bəziləri onun haqqında deyilənləri təsdiq etmiş, bəziləri şübhə ilə yanaşmış, bəziləri isə inkar etmişlər. Təsdiq edənlərAbdullah ibn Səbanın tarixi kimliyini, Cəməl və Siffeyn döyüşlərində, Osmanın qətlində rolu olduğunu təsdiq edənlər sırasında aşağıdakıları göstərmək olar:
1. Həsən İbrahim Həsən;Onun qənaətinə görə, Osman dönəmində yanlış maliyyə siyasəti nəticəsində cəmiyyətdə varlı-kasıb təbəqələri meydana gəldi. Bunun ardınca Mədinə və digər şəhərlərdə üsyanlar baş qaldırdı. Yaranmış vəziyyət insanların Abdullah ibn Səba və tərəfdarlarının dəvətini qəbul etməyə şərait yaratdı.
2. Əhməd Şibli;O, bir tərəfdən Osmana qarşı üsyanların səbəbini onun həya və səbri, digər tərəfdən də bunun Abdullah ibn Səbanın təhriki kimi izah edir. Onun fikrincə, İbn Səba müsəlmanlar arasında təfriqə salmış və onları öz fikirlərinə cəlb etmişdir. O, öncə yəmənli yəhudi olub, sonradan İslamı qəbul etdiyinə görə, iranlıların fikirlərini mənimsəmiş və İslam dünyasına ötürmüşdür. Maraqlıdır ki, Şibli bu haqdakı fikirlərini alman şərqşünası Karl Bruklimandan əxz etmişdir.
3. Abbas Mahmud.O, "Əqbəriyyəti-Osman" əsərində Osmanın qətlinə toxunaraq bu fitnənin kökündə Abdullah ibn Səbanın və bəzi əhli-sünnə mənsublarının dayandığını qeyd edir. Şübhə ilə yanaşanlar
1. Doktor Taha Hüseyn Misri;O, Abdullah ibn Səba haqqında yazır: "Fikrimcə, Abdullah ibn Səba məsələsini bu qədər şişirdənlər özlərinə və tarixə böyük haqsızlıq etmişlər. Çünki çox mühüm tarixi qaynaqlarda Abdullah ibn Səbanın adı belə keçməmişdir. İbn Sədin "Təbəqat", Bəlazurinin "Ənsab əl-əşraf", və s. bu kimi qaynaqlarda onun haqqında hər hansı bir məlumata rast gəlmirik. Bu məsələni yalnız Təbəri Seyf ibn Ömərdən nəql etmiş, digər tarixçilər də ondan götürmüşlər”. O, yazır: "Çox güman ki, Bəni-Üməyyə və Bəni-Abbas dönəmində güclü İslam düşmənləri Abdullah ibn Səba məsələsini şişirtmişlər. Bununla, bir tərəfdən Osman dönəmində baş verən hadisələr üçün İslam və müsəlmanlardan kənar bir səbəb göstərmək istəmiş, digər tərəfdən isə Əli (ə) və şiələrə qarşı əks-təbliğat aparmışlar. Onlar Şiyəliyin bir yəhudi tərəfindən İslama zərbə vurmaq məqsədi ilə yarandığını göstərməyə çalışırlar. Şiəliyin düşmənlərinin irəli sürdüyü bu kimi əsassız ittihamlar olduqca çoxdur” "Mən Osman dönəmində Abdullah ibn Səba tərəfindən müsəlman cəmiyyətini hədələyən hər hansı bir təhlükə olub-olmadığını bilmirəm. Lakin bunu yəqin bilirəm ki, belə bir təhlükə olmuşsa da onların mübaliğə etdiyi qədər olmamışdır. Osman dönəmində müsəlmanlar bir yəhudinin onların ağlı ilə oynayacaq səviyyədə deyildilər". O, Abdullah ibn Səba haqqında danışarkən tüpikə rastlamış kimi yazır: "Tarixdə Abdullah ibn Səba haqqında heç bir məntiqə sığmayan məqam var. Bu, Əbuzərin də onun tərəfdarı olduğunun, ondan əmr aldığının iddia edilməsidir. Digər təəccüb doğuran ittihamlardan biri də onun Əbuzərə "Müaviyənin Allah əmlakı kimi qələmə verdiyi mallar xalqındır” - deyə tənqid etməsini öyrətməsidir. O, Əbuzəri varlanmış, qızıl-gümüş yığmış insanlara qarşı mübarizə aparmağa, onları cəhənnəmlə qorxutmağa təhrik edirdi.Mən bu qədər haqsızlıq görməmişəm. Çünki Əbuzərin İslamı yeni qəbul etmiş birinə ehtiyacı yox idi. Əbuzərin, var-dövlət yığıb Allah yolunda xərcləməyənləri cəhənnəm əzabı gözlədiyini ondan öyrənməsinə lüzüm yox idi. Əbuzər İslamı bir çox ənsar və mühacirdən öncə qəbul etmiş və uzun müddət Peyğəmbərin (s) yanında olmuşdu. O, Quranı əzbərləmiş və Peyğəmbər (s) sünnəsinə yiyələnmişdi. Belə olan halda o, İslamın ilkin məsələlərini İslama yeni gələnlərdənmi öyrənməli idi? Abdullah ibn Səbanın Əbuzərlə hər hansı bir əlaqəsi olduğunu və onu öz fikirlərinin təsiri altına saldığını deyənlər həm özlərinə, həm də Əbuzərə qarşı böyük haqsızlıq etmiş və beləcə İbn əs-Səvadı (Abdullah ibn Səbanı) da şişirdərək layiq olmadığı bir məqama yüksəltmişlər”. Taha Hüseyn bu iddianı sübuta yetirmək üçün Əbuzərlə Kəb əl-Əhbar qarşıdurmasını yada salır.Təbərinin Seyfdən nəql etdiyinə görə, Əbuzər Osmanın yanına gəldi. Kəb əl-Əhbar da Osmanın yanında idi. Əbuzər dedi: "Xalq sırf pis işlər görmür deyə razılaşma. Onları xeyirli işlərə sövq et. Xalq zəkat ödəyirsə, bununla kifayətlənmə. Onları qonşularına, qardaşlarına yardım etməyə vadar et”. Sözünün bu yerində Kəb əl-Əhbar dilləndi: "Zəkatını verənlər vacib vergilərini ödəmiş hesab olunurlar". Onun söhbətə qarışdığını görən Əbuzər əlindəki əsa ilə onun başına elə vurdu ki, başı yaralandı və ona müraciətlə dedi: "Ey yəhudi qadının oğlu! Sənin bu məsələlərdə (şəriət məsələlərində) fikir yürütməyə nə haqqın var?" O, əsərinin digər bir hissəsində yazır: "Tarixçilərin İbn Səba mövzusuna bu şəkildə yanaşması göstərir ki, bu, qondarmadır. Bunu şiəliyə müxalif və düşmən qüvvələr qondarmışlar. Onlar bu yolla şiəlikdə yəhudi ünsürünün olduğunu göstərərək öz məqsədlərinə çatmaq istəmişlər. Əgər İbn Səba məsələsinin tarixi bir əsası olsaydı, təbii ki, onun izini Siffeyn döyüşündə, Əlinin (ə) səhabələri xilafət seçimi ilə barışmadıqda və ya bir yeni döyüşün meydana gəlməsində görərdik. Lakin xəvariclə olan döyüşdə belə onun hər hansı bir izinə rast gəlmək olmur. Buna nə ad vermək olar? İbn Səbanın Siffeyndə və xəvariclə döyüşdə olmamasını necə izah etmək olar?Biz bu iki məsələni yalnız bir yolla həll edə bilərik. Bu, Abdullah ibn Səbanın yalnız uydurma, əfsanə olduğunun üzə çıxarılmasıdır. Əgər tarixdə belə bir şəxs olmuşsa da bəzilərinin şişirtdiyi kimi ittiham olunan cinayətləri törətməmiş, Osmanın qətlində, şiəliyin yaranmasında hər hansı bir rolu olmamışdır. O, şiə düşmənlərinin öz xeyirlərinə istifadə etdikləri bir şəxsdir".
2. Məhəmməd Əmmarə;Məhəmməd Əmmarə də Taha Hüseynin fikirlərini davam etdirərək Abdullah ibn Səba mövzusuna şübhə ilə yanaşır. O, şiəlik və imamət mövzusunda söhbət açdıqda Abdullah ibn Səba ilə şiəlik arasında güman edilə biləcək hər hansı bir əlaqəni rədd edir. Onun qənaətinə görə, şiəlik ideologiyası Hişam ibn Həkəmin dönəminədək bir siyasi firqə kimi fəaliyyət göstərmişdir. Bu firqə xilafət məsələsində Əlinin (ə) hüquqlarını qoruyurdu. Lakin etiqadi kimliyini Cəfər ibn Məhəmməd (ə), atası Baqir (ə) və nəvəsi Rza (ə) vasitəsi ilə əldə etdi. Çünki şiəlikdə nəql olunan hədislərin böyük əksəriyyəti bu imamlardandır". O, bu sözlərindən sonra şiəliyin meydana gəlməsinin Abdullah ibn Səbanın Osmanın xilafətinin son dönəmlərindəki fəaliyyəti ilə bağlı olması ehtimalını qətiyyətlə rədd edir. O, Abdullah ibn Səba adlı bir şəxsin olmadığını sübut etməyə çalışır. Onun fikrincə, belə bir şəxs olmamışdır. İbn Səbanı əhli-sünnə tarixçiləri İslam dünyasında baş verən hadisələri onun boynuna atıb səhabələrin etibarını, müqəddəsliyini qorumaq üçün qondarmışlar. Ona görə də belə bir şəxs olmuşsa da tarixdəki rolu böyük ustalıqla şişirdilmişdir”.O, sözlərini belə tamamlayır: "Bizim mübahsə obyektimiz şiəliyin yaranma tarixidir. Fikrimizcə, Abdullah ibn Səba deyə birinin məlum dövrdə yaşaması versiyasını qəbul etsək belə bu, şiəliyin həmin dövrdə yaranması deyildir. Çünki şiələr ondan bir rəvayət belə nəql etməmişlər. Elə buna görə də onun yaşadığı dövrü şiəliyin başlanğıc nöqtəsi kimi göstərmək olamaz".
3. Həsən Fərhan Maliki.O, Doktor Süleyman Övdənin fikirlərini rədd edərək yazır: "Doktor Süleymanın bütün sözləri ya onun yanlış düşüncələrindən, ya ədəbsizliyindən, ya da bilərəkdən həqiqətləri təhrif etməsindən doğur. O, ən doğru versiyanı seçməli idi. Ona elə gəlir ki, mən ümumiyyətlə Abdullah ibn Səba adlı birinin olduğunu inkar edirəm. Şübhəsiz ki, mən belə bir söz deməmişəm. Mən "ər-Riyaz" jurnalında və ondan öncə dərc olunan yazılarımda qeyd etmişəm ki, Abdullah ibn Səbanın Osman dönəmindəki fitnələrdə geniş fəaliyyətini qəti şəkildə inkar etsəm də həqiqətən belə bir şəxsin varlığı mənə məlum deyildir. Fəqihi özü Seyf ibn Ömərin, Abdullah ibn Səbanın şəxsiyyətini olduğundan böyük göstərdiyini etiraf edir. Lakin onun Seyf ibn Ömərin İbn Səbanın fitnələrdəki rolunu özündən quraşdırdığını etiraf etməyə cəsarəti çatmamışdır. Mən isə deyirəm: "Mənim bu sözlərim yalnız fitnələrlə bağlıdır. Hansı ki, Fəqihinin sözünə əlavə olaraq demişəm. Elə buna görə də Seyf ibn Ömərin Abdullah ibn Səbanın tarixi hadisələrdəki rolunu şişirtdiyi bəzi rəvayətlərinin heç bir etibarı olmadığı qənaətindəyəm. Nəticə etibarı ilə mən Seyf ibn Ömərin İbn Səbanın fitnələrdəki geniş rolu haqqında sözlərini qəti şəkildə rədd edirəm". O, yazır: "Mən İbn Səbanın fitnələrdəki, rolunu qəti şəkildə rədd edirəm. Çünki əlimdəki səhih sənədli rəvayətlər mənə fitnələrin necə meydana gəldiyini tam aydınlığı ilə göstərir. Elə buna görə də Seyf ibn Ömər və fitnələrin necə baş verdiyini onun kimi izah edən yalançı və zəif rəvayətçilərə heç bir ehtiyacım yoxdur. Belələri hadisələri fərqli şəkildə izah etmişlər. İbn Səbanın həqiqətən olub-olmamasını isə hələ araşdırıram.Şübhəsiz, mənim İbn Səbanın fitnələrdəki rolunu rədd etməm, əslində onunla bağlı hədislərin 95 faizini rədd etməyimdən doğur. Çünki Seyf yolu ilə gəlməyən rəvayətlərdə yalnız Əli ibn Əbu Talib (ə) haqqında "qülüv" edən şəxsdən söhbət açılır.Süleyman ibn Övdənin məqsədi İbn Səbanın İslamın erkən çağlarında baş verən hadisələrdəki rolunu sübuta yetirməkdir. Əgər o, bunun tam əksinə olaraq İbn Səbanın haqqındakı əfsanələri rədd etmək istəsəydi, tarixin yaddaşında, bir çox ziyalılarda olmayan insaf anlayışını özündə əks etdirən bir fərd kimi qalardı. O, bilməlidir ki, İbn Səbanın fitnələrdəki rolu haqqında nəql olunan rəvayətləri rədd etməsi onun nöqsanına, elmi ləyaqətsizliyinə səbəb olmaz. O, bu məsələdə Şafeiyə əsaslanıb ondan dərs alsın. Çünki onun iki məzhəbi olmuşdur: biri qədim, digəri isə yeni.Misal üçün, mən əvvəl İbn Səba haqqında söylənilənləri tam olaraq qəbul edir və müdafiəsinə qalxırdım. Sonradan araşdırıb fikrimin tam əksinin düzgün olduğunu gördüm. Bundan başqa Qəqa ibn Ömər adlı birinin səhabə olduğu qənaətində idim. Sonradan bunun yalnız Seyfə gedib çıxdığını gördüm və yanlış olduğunu anladım. Düzgün elmi üsullarda emosionallığa yer yoxdur. Elmi üsullar bizə, yalnız bir nəfər yalançı şəxsin nəql etdiyi rəvayətin qondarma olduğunu qəbul etmək zərurətini aşılayır. Elmi üsullar bizi yalnız heç kimin rəvayət nəql etmədiyi bir şəxs yolu ilə gələn rəvayətlərin zəif olduğunu qəbul etmək zərurəti ilə üz-üzə qoyur. Elmi üsullar yalnız etibarca zəif bir şəxsin nəql etdiyi rəvayətlərin zəif olduğunu göstərir. Bəzən daxilən bu və ya digər saxta hədisin doğruluğunu düşünürük. Lakin bu daxili hisslər hədisin dəyərləndirilməsində meyar ola bilməz. Yaxud hədisləri qorumaq cəhdlərimiz doğru olmayan hədisləri qorumağımıza əsas verə bilməz. Biz hədislərin sırf hissiyyata qapılaraq saxta, yalan olduğunu qeyd etməzsək, o zaman yanlış hədisləri doğru kimi göstərmiş və böyük bir ixtilafa yol açmış olacağıq. Çünki insanların hissləri fərqlidir. Elmi meyarlar isə hiss, duyğu tanımır. Hissiyyat heç bir zaman elmi meyar olmamışdır. Buna, yalnız sufilikdə "zövq" adlandırılaraq geniş yer verilir.Əgər Süleyman ibn Övdə Seyf ibn Ömərin bu yalan və uydurmalarını sırf hədis irsinin qorunması məqsədi ilə qəbul edirsə, o zaman digərləri də həmin hədis irsinə zərbə dəyməsin deyə bunu qəbul etməməyi daha məqsədəuyğun hesab edirlər. Təbii ki, ikincilərin tutduğu yol daha doğru nəzərə çarpır. Əgər Süleyman ibn Övdə Seyfin İbn Səba əfsanəsini qəbul etməyin hansı təhlükələrlə başa çatacağını bilsəydi, (zənnimcə, o, bunu gözəl bilir) qəbul etməzdi. Çünki Seyfin İbn Səba əfsanəsi Bədr səhabələrinin belə Abdullah ibn Səbanın fikirlərini həyata keçirdiklərini göstərir. Biz tezliklə bu əfsanəni qəbul etməyin ziyanlı tərəflərinin xeyirli tərəflərindən çox olduğunu açıqlayacağıq. Elə buna görə də birinci əsrdən günümüzədək gəlib-getmiş elm adamlarının böyük əksəriyyəti bu əfsanəni rədd etmişlər”. O, sözlərinə davam edərək yazır: "Süleyman ibn Əvdə ayrı-ayrı iki məsələni tamamilə qarışdırıb. Bunlardan biri Abdullah ibn Səba adlı birinin ümumiyyətlə olub-olmaması məsələsidir. Doktor Süleyman onun haqqında digərlərinin də rəvayətlərini nəzərə almışdır. Əlbəttə, bu rəvayətlərin məlum müddəanın isbatı üçün yetərli olub-olmaması haqqında geniş tədqiqatlara ehtiyac var. Lakin bu məsələdə fikir ayrılığı azdır.İkinci və daha mühüm məsələ isə İbn Səbanın fitnələrdəki roludur. Doktor Süleyman bu məsələni yalnız Seyf ibn Ömərin rəvayətlərində tapmışdır. İbn Səbanın fitnələrdəki rolu başlıca məsələdir. Bunu Seyf ibn Ömərdən başqa heç kim dilə gətirməmişdir.İkinci məsələnin fərqinin daha aydın olması üçün belə bir nümunə göstərək. Misal üçün, siz kimliyi çoxsaylı dəlillərlə sübut olmuş Xalid ibn Vəlidi nəzərdə tutun. Xalid ibn Vəlid haqqında səhih olmayan hər hansı bir rəvayət yoxdurmu? Sizcə Xalid ibn Vəlidin varlığı onun haqqında olan bütün hədislərin doğruluğu deməkdirmi? Belə rəvayətlərin səhih və ya qeyri-səhih olduğu araşdırılmamalıdırmı? Abdullah ibn Səba məsələsi də eynilə belədir. Yəni Abdullah ibn Səbanın sırf var olması, onun haqqında yanlış hədislərin qəbul edilməsinə haqq qazandırmır. Lakin Doktor Süleyman tarixdə həqiqətən İbn Səba adlı birinin yaşadığını qəbul etdiyi üçün onun haqqında hətta bir nəfər yalançının belə söylədiklərini qəbul edir. Bu, bizim meyarlardakı fikir ayrılığımızdır. Bizim hər ikimiz düzgün elmi meyarlara bir daha müraciət etməliyik. Sonra isə məsələyə həmin elmi üsulla yanaşmalıyıq. Bu, daha çox fikir ayrılığına səbəb olacaq zəif tərəfimizdir.Elə buna görə də keçmiş hədisşünas və tarixçilərimiz fitnədən söhbət açdıqda Abdullah ibn Səbanın adını belə çəkməmişlər. Hətta Doktor Süleyman Seyf ibn Öməri təmizə çıxarmaq üçün istinad etdiyi Zəhəbi və İbn Həcər belə İbn Səbanın fitnələrdəki rolundan söhbət açmamışlar. Öncə də heç bir alimin, mühəddis və ya tarixçinin Abdullah ibn Səbanın Osmanın qətlində hər hansı bir rolundan söhbət açdığına rastlamırıq.Xəlifə ibn Xəyyatn "Tarix” əsərinə, İbn Sədin "Təbəqat” əsərinə, "səhih”, "sünən”, "müstədrək” və "müsnəd”lərə, ədəbiyyat tarixinə, bioqrafik və s. kitablara müraciət edin. Bu kitablarda İbn Səbanın Osmanın qətlində azacıq rolu olduğunu qeyd etməmişlər. Bu, yalnız Təbəri və digərləri tərəfindən Seyf ibn Ömər yolu ilə nəql edilmişdir. Doktor Süleyman bunu gözəl bilir. Lakin o bu iki məsələni bir-birinə qatmaqda maraqlıolub, onları əsla bir-birindən ayırmır. Çünki onun elmi məqalələrinin çoxu ikinci məsələyə yönəlmişdir. Belə olan halda Doktor Süleymanın "digərləri də İbn Səbadan söhbət açmışlar” fikrini qəbul edərsək belə, bu, onların İbn Səbanın Osmanın qətlində rolu olmasını qeyd etmələri demək deyil. Çünki onlar yalnız Abdullah ibn Səbanın Əli (ə) haqqında "qülüv" etdiyini qeyd etmişlər.Bütün bunlardan belə bir nəticə əldə olunur ki, birinci məsələ Seyfdən qeyrisi tərəfindən nəql edilməmişdir. İkinci məsələyə gəldikdə isə o, yalnız kiçik bir hissəni, İbn Səba haqqındakı rəvayətlərin yalnız yüzdə beşini təşkil edir. Belə olan halda heç bir əsas olmadan yüzdə beşi yüzdə doxsan beşin isbatı üçün necə əsas tutmaq olar? İnkar edənlərBir çox tarixçilər Abdullah ibn Səbanın varlığını inkar etmiş və onun sırf xəyal olduğunu önə çəkmişlər. Nəticədə İbn Səbanın Osmanın qətli fitnəsindəki rolu rədd edilmişdir. Belə tarixçilərdən bir neçəsinin sözlərinə nəzər salaq:
1. Məhəmməd ibn Əbd əl-Həyy Şəban;O, Osmanın qətli məsələsini çox geniş şəkildə araşdırmış, lakin Abdullah ibn Səba haqqında əsla söhbət açmamışdır.
2. Haşim Cüeyt;O da Osmanın qətli məsələsini həmin qaydada qeyd edərək yazır: "Abdullah ibn Səbanın bu hadisələrdə başlıca rol oynadığını söyləyənlərin fikirləri ilə barışmaq mümkün deyil".
3. Əhməd Ləvəsani;O, kitabında İbn Səba əfsanəsinin mahir yəhudilər tərəfindən qondarılaraq İslam tarixinə sızdırılmasını sübuta yetirməyə çalışır. Bu yəhudilər öz məqsədlərini həyata keçirmək üçün zahirdə İslamı qəbul etməyi də uyğun hesab edirlər.
4. Seyid Mürtəza Əsgəri; Əllamə Əsgəri əsərinin digər hissəsində rical, hədisşünaslıq və bioqrafik kitablarda Abdullah ibn Səba haqqında qeyd olunanlardan söhbət açaraq, tarixdə belə bir şəxsin olduğu təqdirdə belə onun haqqında deyilənlərin yanlış olduğunu vurğulayır.
5. İbrahim Mahmud;O, öncə çox ehtiyatla məlum mövzu haqqında söhbətə başlayır. Onun qənaətinə görə, Abdullah ibn Səba haqqında mübaliğə olunmuş və ona çox əhəmiyyət verilmişdir. Lakin növbəti dəfə bu haqda söhbət açdıqda bu məsələnin yəhudilər tərəfindən quraşdırılaraq tarixi qaynaqlara ötürüldüyünü qeyd edir. Onun fikrincə, yəhudilər bu növ məsələlərdə böyük məharətə malik olmuşlar. Onların bu növ saxta rəvayətləri "Yəhudi islam ədəbiyyatı” adlanır. O, Abdullah ibn Səbaya bu baxımdan yanaşaraq yazır: "İbn Səba, yaxud məzəmmət və qınaq obyekti olub İbn əl-Yəhudiyyə və ya İbn əs-Səvada kimi tanınan şəxs əfsanəvi bir şəxsiyyət görkəmi almışdır.
6. Əllamə Təbatəbai;O, yazır: "Təbərinin rəvayət nəql etdiyi, Osmanın qətli hadisəsində istinad etdiyi iki rəvayətçi, yəni Şüeyb və Seyf hər ikisi məşhur yalançı və saxtakardırlar. Rical alimləri bu iki şəxsin adını çəkərək məzəmmət etmişlər. Onlar İbn əs-Səvda hədisindən Abdullah ibn Səba dastanını quraşdırmışlar. Bu hədis həmin iki rəvayətçiyə istinad edilən qondarma hədislərdəndir”.
7. Doktor Əbd əl-Əziz Həllabi;O, Abdullah ibn Səba adlı kitabında yazır: "Abdullah ibn Səba haqqında qısaca demək istədiyimiz onun əfsanəvi bir şəxs olmasıdır. Əgər belə bir şəxs olmuşdursa belə, onun Seyfin söylədiklərini etməyə nə etiqadi, nə də siyasi cəsarəti olmuşdur”.
8. Doktor Əli Verdi;O, "Vüazz əs-səlatin" əsərində yazır: "Abdullah ibn Səba Əmmar ibn Yasirdir. Qüreyş Əmmarı Osmana qarşı üsyan edənlərin sərkərdəsi hesab edirdi, lakin onun adını açıqlamaq istəməmiş, onun üçün Abdullah ibn Səba və ya əs-Səvda adını seçmişlər. Rəvayətçi və tarixçilər bu hadisəni biri-digərindən nəql edərək qeyd etmiş, lakin həqiqətdən xəbərsiz olmuş, pərdə arxasında nələrin olduğunu bilməmişlər”.
9. Doktor Kamil Mustafa Şeybi;O, "Əs-Silə bəynə ət-təsəvvüf vət-təşəyyö" kitabında yazır: "İbn Səba tərəfdarları Əmmarın rəhbərlik etdiyi firqədir. Çünki Qüreyş ona bu adı vermişdir. Bəziləri onun Əli (ə) ilə bağlı fikirlərini şişirtmiş və Əmmara ağla müvafiq olamayan fikirlər aid etmişlər”.
10. Misirli yazıçı Əhməd Abbas Saleh.O, "əl-Yəmin vəl-yəsar fi əl-İslam" əsərində yazır: "Burada Abdullah ibn Səbanın adı dillərdə dolaşır. Guya o, sonradan İslamı qəbul edən yəhudi olmuşdur. Tarixi kitablarda onu əməlcə şeytanabənzər, Osmanın qətli və digər fitnələrin arxasında olan bir şəxs kimi təsvir etmişlər. Yazıçılar ona qarşı ziddiyyətli mövqelərdə dayanmışlar. Bəziləri ümumiyyətlə belə bir şəxsin olmadığını söyləyir, bəziləri isə onu İslama daxil olan bu və ya digər azğın firqənin yaradıcısı hesab edirlər. Şübhəsiz ki, Abdullah ibn Səba əfsanəvi şəxsdir".

Abdullah ibn Səba haqqında ortaq mövqe

Fikrimizcə, tarixdə iki Abdullah ibn Səba haqqında söhbət açılmışdır. Bunlardan biri Əli (ə) dönəmində yaşamış, onun (ə) haqqında "qülüv" etmişdir. Digəri isə Osmanın xilafəti dönəmində yaşamış, fitnələrin başlıca təhrikedicisi olmuşdur.Səhih məlumatlara görə Abdullah ibn Səba Əli (ə) haqqında "qülüv" edir və deyirmiş: "O, Allahdır. Mən isə onun elçisiyəm". Bu tarixi məqamı inkar etmək olmaz və buna lüzum da yoxdur. Çünki Əhli-beyt (ə) yolu ilə nəql olunan səhih rəvayətlərdə bu haqda məlumat verilmişdir.İmam Səccad (ə) buyurmuşdur: "Yanımda Abdullah ibn Səbanın adı çəkildi. Allah ona lənət etsin, o, çox böyük iddia etdi. Əli (ə) Allahın əməlisaleh bəndəsi, rəsulunun (s) qardaşıdır" .İmam Baqir (ə) buyurmuşdur: "Abdullah ibn Səba peyğəmbərlik iddiası etdi. O, Əlinin (ə) Allah olduğunu güman edirdi. Allah bu sözlərdən yüksəkdə durur". İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə deyilir: "Allah Abdullah ibn Səbaya lənət etsin. O, Əlinin (ə) Allah olduğunu iddia etdi. And olsun Allaha, Əli (ə) Allahın müti quludur. Vay olsun haqqımızda yalan söyləyənlərə". Sözügedən hədislərə əsaslanan rical alimləri onun "qülüv" edərək kafir olduğunu söyləmişlər. Şeyx Tusi yazır: "Abdullah ibn Səba "qülüv" edərək kafir oldu".Əllamə Hilli yazır: "O, "qali" və məlundur. O, Əlinin (ə) Allah, özününsə peyğəmbər olduğunu güman edirdi. Allah ona lənət etsin”. Əbu Davud yazır: "Abdullah ibn Səba "qülüv" edərək kafir oldu”. Lakin Osman dövründə Təbərinin yazdığı kimi Abdullah ibn Səba adlı bir şəxsin olması yanlışdır. Əgər belə bir şəxs olmuşdursa da fitnələrdə onun heç bir rolu olmamışdır.

Təsdiq edənlərin fikirlərinin tənqidi

Sənədin zəifliyiŞiəlik əleyhinə ittihamları təsdiq edənlər Təbəri və digərlərinin nəql etdiyi bir rəvayəti əsas götürürlər. Bu hədis hər biri Seyfə istinad edilən dörd vasitə ilə nəql edilmişdir.

Seyfin rəvayətlərinin qaynaqları

Seyf ibn Ömərin İbn Səba və onun Osmanın qətlindəki rolunu əks etdirən rəvayəti dörd vasitə ilə dörd hədis qaynağından nəql edilmişdir. Hansı ki, digər tarixçilər onlardan, əsasən də Təbəridən götürmüşlər:
1. Təbəri vasitəsi ilə;O, bu hadisəni (əks etdirən rəvayəti) Sərridən, Sərri Şüeybdən, Şüeyb Seyfdən, Seyf Ətiyyədən, o da Fəqəsidən nəql etmişlər.
2. İbn Əsakir vasitəsi ilə;O, Seyf ibn Ömərin Abdullah ibn Səba və tərəfdarları haqqında nəql etdiyi hədisləri "Dəməşq şəhərinin tarixi" ("Tarixi-mədinəti-Dəməşq”) kitabında Təbərinin əsaslandığı sənədlə qeyd etmişdir. O, hədisləri Seyf ibn Ömərə aşağıdakı şəkildə istinad edir."Əbu əl-Qasim Səmərqəndi Əbu əl-Həsən Nəqurdan, Əbu əl-Həsən Əbu Tahir Müləxxəsdən, Əbu Tahir Əbu Bəkr ibn Seyfdən, İbn Seyf Sərri İbn Yəhyadan, İbn Yəhya Şüeyb ibn İbrahimdən, Şüeyb ibn İbrahim də Seyf ibn Ömərdən belə nəql edir”. Göründüyü kimi, İbn Əsakir məlum hədisləri Təbərinin əsaslandığı dörd vasitəli sənədlə nəql edir.
3. Zəhəbi vasitəsi ilə;O, da Seyf ibn Ömərin hədislərini hicri 35-ci ilin hadisələrini araşdırarkən qeyd etmişdir. O, sözünə belə başlayır. "Seyf ibn Ömər Ətiyyədən, Ətiyyə də Yezid Fəqəsidən nəql etmişdir".
4. İbn Əbu Bəkr vasitəsi ilə.O, "ət-Təmhid vəl-bəyan” kitabının giriş sözündə Seyf ibn Ömər Təmiminin "əl-Fütuh" kitabından hədis nəql etdiyini xatırladır.Abdullah ibn Səba haqqında söhbət açan digər müəlliflərin hamısı bu dörd vasitə ilə nəql etmişlər. İndi bu müəlliflərin kimlər olduğunu nəzərdən keçirək.İbn Əbu Bəkr "ət-Təmhid vəl-bəyan" kitabında qeyd etmiş, lakin ondan nəql edən olmamışdır.İbn Əsakir "Tarixi-mədinəti-Dəməşq" kitabında qeyd etmiş, İbn Bədran, "Təhzibi-Tarixi-Dəməşq" kitabında və Səid əl-Əfqani, "Aişə vəs-siyasə" kitabında ondan nəql etmişlər.Təbəri "Tarix əl-üməm vəl-müluk" kitabında qeyd etmiş, İbn Əsir "əl-Kamil fi ət-tarix", İbn Kəsir "əl-Bidayə vən-nihayə", İbn Xəldun "Tarixi-İbn Xəldun" kitablarında ondan iqtibas etmişlər.Şərqşünaslardan Julius Wellhausen "əd-Dövlət əl-Uməviyyə və suqutuha", Johannes Van Vloten "əs-Siyasə əl-ərəbiyyə vəş-şiə", Reynold Alleyne Nicholson "Tarix əl-ədəb əl-ərəbi", Donaldson "Əqidə əş-şiə", Mirxand "Rövzə əs-səfa", Qiyas əd-Din "Həbib əs-Siyər", Həsən İbrahim "Tarix əl-İslam əs-siyasi”, Fərid Vəcdi "Dairə əl-məarif", Əhməd Əmin "Fəcr əl-İslam" əsərlərində qeyd etmişlər. Əbu əl-Fida "Tarixi Əbu əl-Fida", Rəşid Rza "əs-Sünnə vəş-şiə" kitablarında isə İbn Əsirdən iqtibas etmişlər. Zəhəbi məlum hədisi "Tarixi əl-İslam" əsərində qeyd etmiş, lakin ondan nəql edən olmamışdır.

Sənədlərin təhlili

Qeyd etdiyimiz kimi tarixçilərin böyük əksəriyyətinin Abdullah ibn Səba hadisəsini nəql etdikləri ən mühüm sənəd Təbərinin "Tarix əl-üməm vəl-müluk" əsərində qeyd etdiyi sənəddir. Bu sənədi dəyərləndirərək haqqındakı fikirlərimizi diqqətinizə çatdırırıq:
1. Təbəri; Təbərinin şəxsiyyəti, haqqında hər hansı bir tədqiqə ehtiyac olmayacaq qədər məşhurdur. Lakin nəzərdən qaçırmaq olmaz ki, bu və ya digər hədis sırf Təbərinin kitabında qeyd olunub deyə ona əsaslanmaq yanlışdır. Bu, Təbərinin öz fikrinə görə yanlış metoddur. Çünki o, kitabının ön sözündə yazır: "Kitabımda qeyd olunan tarixi məlumatlar oxucular tərəfindən qəbul və ya rədd oluna bilər. Buna səbəb oxucuların bu məlumatların səhihliyinin dəlilini bilməmələridir. Oxucu bilməlidir ki, bu məlumatları mən özümdən yazmamışam. Bu, digərlərinin bizim üçün irs qoyub getdiyi məlumatlardır". Göründüyü kimi, Təbəri özü qeyd etdiyi tarixi məlumatların doğru olduğunu təsdiq etmir və haqqında araşdırma aparmağı zəruri hesab edir.Mühibb əd-Din kimi şöhrət qazanmış Şeyx Xətib "əl-Əzhər" jurnalında "Tarixi-Təbəri" haqqında yazır: "Təbərinin kitabından, yalnız onun rəvayətçilərini rical kitablarından araşdıran tədqiqatçılar faydalana bilər. Təbərinin rəvayətçiləri haqqında Zəhəbinin "Təzkirə əl-hüffaz" əsərində oxuya bilərsiniz".O, yazır: "Hədisləri, heç bir bilikləri olmayan halda nəfsi istəkləri ilə odun kimi toplayanlar və yalnız sonda Təbəri kitabında belə yazır deyə qeyd edənlər bununla öz mühüm işlərini sona yetmiş hesab edirlər.
2. Sərri; O, Təbərinin sənəd silsiləsində yer alan ilk şəxsdir. Təbəri Sərridən rəvayət nəql edərkən atasının və ya qəbiləsinin adını çəkmədən "Sərrinin mənə yazdığında" ifadəsindən istifadə edir. Yalnız bir dəfə ondan şifahi hədis nəql edərək "Sərri ibn Yəhya mənə belə dedi" deyə qeyd edir. Bundan bəlli olur ki, digər sənədlərdəki Sərri də həmin İbn Yəhyadır.Bu iddianı təsdiqləyən digər dəlil isə İbn Əsakirin "Tarixi-mədinəti-Dəməşq" əsərində qeyd etdiyi rəvayətdir. Orada onun atasının Yəhya olduğu bildirilir. Orada deyilir: "Sərri İbn Yəhya Şüeybdən, o da Seyf ibn Ömərdən nəql edir". Lakin o məchuldur (kimliyi məlum deyil). Bu ad bir neçə nəfərə aid edilir:a) Sərri ibn Sərri;Bu şəxs Təbərinin müasiri olmuşdur. Lakin ondan rəvayət nəql edilməmişdir. Heç kim ondan rəvayət nəql edildiyini və ya onun rəvayətçi olduğunu göstərməmişdir. Nəticədə o, " məchul" şəxsdir.b) Sərri ibn Yəhya;O, Təbərinin müasiri olmamışdır. Çünki onun vəfat tarixi h. q 162-ci il, yəni Təbərinin dünyaya gəlməsindən əlli yeddi il öncə qeyd edilmişdir. Deməli, rəvayətin sənədində göstərilən Sərri ibn Yəhya ibn İyas ola bilməz. Hər halda o, məşhur hədis rəvayətçisi deyil.c) Sərri ibn İsmayıl Həmdani Kufi;Onun haqqında deyilənlər hədislərinin rədd edilməsinə səbəb olacaq faktlardır. Bəziləri onun zəif, "mətruk əl-hədis" (nəql etdiyi hədislər tərk olunan) olduğunu qeyd etmişlər. İbn əl-Mübarək Əbu Davud və Nisai onun "qeyri-siqə" (etimadsız) olduğunu bildirmişlər. İbn Ədi yazır: "Onun yazdığı hədisləri heç kim nəql etmir .ç) Sərri ibn Asim ibn Səhl.O, Təbərinin müasiri olmuşdur. Çünki onun vəfat tarixi h. q. 258 kimi göstərilmişdir. Buna baxmayaraq, İbn Fəraş onun yalançı, İbn Əidyy isə zəif olduğunu bildirmişdir. Nəqqaş onu hədis saxtakarı adlandırmış, Zəhəbi isə onun qondarma hədislərindən ikisini qeyd etmişdir.
3. Şüeyb;O, Şüeyb ibn İbrahimdir. Onun məchul olduğu bildirilir. Zəhəbi yazır: "Şüeyb ibn İbrahim Seyfdən nəql etmişdir. Onun kim olduğu bəlli deyil". İbn Üdəyy onun kimliyi məlum olmayan biri olduğunu qeyd etmişdir.
4. Seyf ibn Ömər;"Tarixi-Təbəri" və "Lübab əl-ənsab" kitablarında yazıldığına görə, o, Seyf ibn Ömər Təmimi Üsəyyididir və Üsəyyid, Ömər Təmimidir. "Xülasə ət-Təhzib" kitabının verdiyi məlumata görə, o, h. q. 180-ci ildən sonra dünyasını dəyişmişdir. "Təhzib" kitabında verilən digər məlumatda deyilir: "Mən Zəhəbinin xətti ilə onun Harun ər-Rəşidin dövründə öldüyünü oxudum".



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor