RSS
 

Login:
Şifrə:
» » Әli (ə)-ın xilafətə münasibəti

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Әli (ə)-ın xilafətə münasibəti

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 13-10-2015, 00:40 | Şərh sayı: (0) | Baxılıb: 440

Әli (ə)-ın xilafətə münasibəti


Әli (ə)-ın xilafətə münasibəti


Sual:
«Әgər bu xəlifələr (ilk üç xəlifə) məntiqi və sağlam meyarlarla seçilməmişdisə, nə üçün şiələrin mütləq imam və məsum hesab etdikləri Әli (ə) bu xəlifələrə beyət etmiş və hətta xilafət və hakimiyyət məsələlərində onlara yaxından köməklik göstərmişdi?
Cavab:
İlk növbədə Әli (ə)-ın xəlifələrə beyət etməsi və onlara yaxından kömək göstərməsi siyasi əhəmiyyət kəsb edirdi. Biz növbəti bəhsimizdə bu siyasi zərurəti geniş şəkildə təhlil edəcəyik.
Digər tərəfdən, əhli-sünnə tarixçilərinin yazdığına əsasən Әli (ə) altı aydan sonra birinci xəlifə Әbu Bəkrə beyət etdi. Bütün əhli-sünnə alimləri bu beyətin zor gücünə alınmasını təsdiq etmişlər. Burada dediklərimizi təsdiq etmək üçün bəzi əhli-sünnə kitablarına müraciət edirik:
1.Səhih Buxari, 3-cü cild;
2.Səhih Müslim, 5-ci cild;
3.Әl-imamətu vəs-siyasə (Müslim ibni Qətibə Dinuri);
4.Mürucuz-zəhəb, 1-ci cild (Məsudi);
5.Şərhu-nəhcil-bəlağə, 2-ci cild (İbni Әbil Hədid Mötəzili).
Bu kitabların hamısında aşağıdakı cümlə eyni şəkildə yazılmışdır:
«Әli (ə), Fatimə (rəziyəllahu ənha) vəfat etdiyi günə qədər beyət etmədi».
Bütün tarixçilər həzrət Fatimənin Peyğəmbərdən (s) altı ay sonra vəfat etdiyini yazırlar. Bu müddətin dəqiq olmasını aşağıdakı kitablarda mülahizə edəcəyik:
Әhməd ibni Әsəm Kufi Şafei «Fütuh» kitabında və Әbu Nəsr Həmidi «Cəm bəynə səhihəyn» kitabında yazır:
«Әli (ə) Әbu Bəkrə altı aydan sonra beyət etdi».
İndi isə oxuculara təqdim edəcəyimiz hədislər Әli (ə)-dan zorla beyət alınmasını təsdiq edən sənədlərdir:
1.Әbu Cəfər Bilazi Әhməd ibni Yəhya ibni Cabir Bağdadi (adlarını çəkdiyimiz bütün alimlər əhli-sünnə məzhəblərindəndir) öz tarix kitabında yazır:
«Әbu Bəkr Әlidən beyət istədi. O, beyət etməyi qəbul etmədikdə Ömər ibni Xəttabı onun evinə göndərdi. Ömər bir parça odla onun evini yandırmağa getdi. Qapıda həzrət Fatimə ilə rastlaşdı. Həzrət Fatimə dedi: Ey Xəttabın oğlu, bizim evimizi yandırmaq üçün gəlmisən?
Ömər dedi: Bəli....»
2.İbni Xəzabə «Ğürər» kitabında Zeyd ibni Әsləmdən nəql edir:
«Mən həmin gün Ömərlə birlikdə idim. Odun götürüb Fatimənin evinin qapısına apardıq. Ömər Fatiməyə dedi: Evdə kim varsa çölə çıxsın, yoxsa evi və evdəkiləri yandıracağam....»
3.İbni Әbdi Rəbbih «Әqdul-fərid» kitabının 3-cü cildində yazır:
«Әli və Abbas Fatimənin evində oturmuşdular.
Әbu Bəkr Ömərə dedi: Get onları gətir. Gəlmək istəməsələr, zorla gətir. Ömər bir parça od götürüb onların evinə yollandı....»
4.Әbu Әbdullah ibni Müslim ibni Qətibə ibni Әmr Bahili Dinuri «Tarixul-xüləfa ər-raşidin» kitabının 1-ci cildində yazır:
«Әbu Bəkr bir dəstə şəxsin Әlinin evində toplanaraq ona beyət etmədiyini eşidən kimi Öməri onların üzərinə göndərdi.
Ömər gəlib onların evdən çıxmasını tələb etdi. Onlar boyun qaçırdıqda Ömər od-alov gətirməyi əmr etdi və dedi: And olsun Ömərin canı əlində olan Allaha, çıxmasanız evi sizinlə birlikdə yandıracağam. Ömərə bu evdə Fatimənin olduğunu dedikdə cavab verdi: Fatimə olsa belə evə od vuracağam.
Bu zaman Әlidən başqa hamı çıxıb beyət etməyə getdi. Әli (ə) dedi: And içmişəm ki, Quranı bir yerə toplayıb yazım; bu işi qurtarmayınca çölə çıxmayacağam.
Ömər yenə təkid etdikdə Fatimənin naləsini görüb geri qayıtdı. Qayıtdıqdan sonra Әbu Bəkri təhrik etməyə başladı. Әbu Bəkr bir neçə dəfə Qunfuzu göndərsə də Әli rədd cavabı verdi. Nəhayət Ömər bir dəstə adamla yenidən Әlinin evinə getdi. Qapıdan Peyğəmbərin qızı onların səsini eşidib nalə etməyə başladı:
"Atacan, ey Allahın Rəsulu, səndən sonra Xəttabın oğlu (Ömər) və Әbu Qəhafənin oğlundan (Әbu Bəkr) biz nələr çəkdik ”
Xalq Fatimənin səsini eşidib geri qayıtdı. Ömər bir neçə nəfərlə qalıb Әlini zorla evdən çıxardı, Әbu Bəkrin yanına aparıb ona beyət etməsini istədi. Әli «Әgər beyət etməsəm nə edəcəksiniz?» deyə soruşdu. Cavabında «And olsun Allaha boynunu vuracağıq» dedilər. Әli dedi: Deməli, Allahın bəndəsi, Peyğəmbərin (s) qardaşını öldürəcəksiniz? Ömər cavab verdi: Sən Peyğəmbərin qardaşı deyilsən. Bu zaman sakit əyləşən Әbu Bəkr dilləndi: Nə qədər ki, Fatimə sağdır, onu incitməyin....
Әli özünü Peyğəmbərin (ə) qəbrinə çatdırıb Qurani-Kərimdə Harunun qardaşı Musa peyğəmbərə dediyi cümləni dedi:
«Anam oğlu, bu tayfa məni zəiflətdi və az qala məni öldürəcəkdilər».
5.İbni Әbil Hədid Mötəzili «Şərhu-nəhcil bəlağə» kitabının 1-ci cildində yazır:
«Әli və Bəni-Haşim tayfası Fatimənin evində idilər. Zübeyr də onlarla birlikdə idi. Ömər bir dəstə ilə o evə tərəf gedib onlardan çölə çıxmalarını istədi. Zübeyr qılıncını götürüb çölə çıxdı. Ömər yanındakılara əmr etdi: Bu iti tutub saxlayın.
Sümmə ibni Әsləm onun qılıncını alıb daşa vuraraq sındırdı....»
6.Məhəmməd ibni Cərir Təbəri öz məşhur tarix kitabının 2-ci cildində yazır:
«Təlhə, Zübeyr və bir dəstə səhabə Әlinin evində toplaşmışdılar. Ömər ibni Xəttab ora gəlib dedi: Beyət etmək üçün çölə çıxmasanız hamınızı odda yandıracağam».
Fikrimizcə bu qədər mötəbər əhli-sünnə kitabları Әli (ə)-ın beyətinin bir məcburiyyət olduğunu təsdiq etmək üçün kifayət edər. Deyilən və deyilməyən onlarla əhli-sünnə kitabı göstərir ki, Әli (ə) bu xəlifələrin hakimiyyəti ilə heç zaman ürəkdən razılaşmamış və səbr etmək məcburiyyətində qalmışdır. Burada bütün şiə və sünni alimlərinin qəbul etdiyi məşhur əhli-sünnə alimi İbni Әbil Hədidin şərh yazdığı «Nəhcul-Bəlağə» kitabından «Şiqşiqiyyə» xütbəsinə nəzər salmağımız yerinə düşərdi. Әli (ə) bu xütbədə hansı zülmlərlə üzləşdiyini, bu zülmlərin qarşısında səbr etməyə məcbur olduğunu ürək yanğısıyla bəyan edir. Bu xütbədən bəzi parçaları hörmətli oxuculara təqdim edirik:
«And olsun Allaha ki, filankəs (Әbu Bəkr) xilafəti bir köynək kimi əyninə geydi. Amma o bilirdi ki, mənim xilafətə ləyaqətim bir qütb kimi idi. Bütün elmlər axar çaylar kimi məndən mənşə alırdı. Heç bir quş mənim zirvəmə qanad çala bilmədi. Xilafət libasını kənara atıb fikirləşdim ki, əlsiz-ayaqsız hücum edim, yoxsa bu korluğa səbr edim? Gördüm ki, səbr etmək daha düzgün və əlverişli yoldur.
Mən səbr etdim, lakin elə bil ki, gözlərimdə tikan, boğazımda sümük qalmışdı. Gözlərimin önündə mənim mirasımı talan edirdilər. Nəhayət birinci (Әbu Bəkr) dünyadan getdi, xilafəti isə özündən sonrakı filankəsin (Ömərin) qucağına atdı....»



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor