Şiəlik səlcuqların dönəmində |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 7-01-2016, 22:06 | Şərh sayı: (0) | Baxılıb: 2833
Şiəlik səlcuqların dönəmində
H. q. beşinci əsrin ortalarında Səlcuqlar adlanan mühüm bir dövlət yarandı. Bu hakimiyyət Bağdadın əhli-sünnə məzhəbinə mənsub və çökməkdə olan hakimiyyəti xilas etdi, Misir, İraq, Şam, Fars və Xorasanda şiələrin inkişafının qabağını aldı. Səlcuqlar h. q. yeddinci əsrin sonlarına qədər hakimiyyətdə oldular. Altıncı əsrin ortalarında (h. q. 565) digər yeni bir güclü dövlət yarandı. Yeni yaranan Əyyubilər dövlətinə məşhur sərkərdə Səlahəddin Əyyubi rəhbərlik edirdi. Bu dövlət h. q. 848-ci ilə qədər davam etdi.Səlahəddinin səlibçilərə qarşı döyüşlərdə göstərdiyi fədakarlıqlar təqdirə layiqdir. Lakin onun kəskin təəssübü, şiələrə qarşı açıq ədavəti ən zəif tərəfi idi. O, Misiri istila etdikdən sonra Fatimilərə qarşı sərt davrandı. "Əl-Əzhər fi əlf am” kitabında qeyd edilir: "Əyyubilər bütün şiə abidələrinə girib onları viran qoydular. Səlahəddin Fatimi dövlətini məğlub etdi, öz qohumlarını bir gecədə onların evinə soxdu. Həmin gecə cansıxıcı nalələr o qədər çox idi ki, insanların ağlı başından çıxmışdı”.O, Aşura günü Bəni-Üməyyə və Həccacın metodu ilə şənlik mərasimləri keçirilməsini, azanda "Həyyə əla xəyril-əməl” deyilməməsini əmr etdi. Şiələrə qarşı təzyiqlər o həddə yetmişdi ki, Səlahəddinin göstərişinə görə, yalnız dörd əhli-sünnə məzhəbi mənsublarının şahidliyi qəbul olunurdu. Xütbə oxumaq, nitq söyləmək, tədris etmək imtiyazı yalnız əhli-sünnə məzhəblərinə aid idi. Bu dövrdə Fatimilərin təsis etdikləri böyük kitabxanalar, qiymətli kitablar məhv edildi və şiələrə qarşı bu kinli mövqe səbəbilə Misirdə şiə məzhəbi unutduruldu.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər