Etiraz aksiyalarının keçirildiyi rayonlarda indi vəziyyət necədir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 11:44 | Şərh sayı: (0) | Baxılıb: 262
Etiraz aksiyalarının keçirildiyi rayonlarda indi vəziyyət necədir?
Manatın ikinci devalvasiyasından sonra ərzaq məhsullarının bahalaşması bəzi bölgələrdə əhalinin etiraz aksiyası keçirməsinə səbəb oldu. Ucuzluq və iş istəyən rayon sakinləri ilə yerli icra hakimiyyətinin nümayəndələri görüşərək, söhbətlər apardılar.
Bəs, bu söhbətlərin nəticəsi necə oldu? Bir müddət öncə aksiya keçirilən yerlərdə hazırda vəziyyət necədir?
Əhalinin etiraz aksiyası keçirdiyi Füzuli rayonunda hazırkı vəziyyəti öyrənmək üçün İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Bayram Niftəliyevlə əlaqə saxladıq.
B.Niftəliyev musavat.com-a açıqlamasında bildirdi ki, hazırda rayonda hər şey qaydasındadır: “İcra başçısının göstərişindən sonra bazarlarda vahid qiymət qoyuldu. Unun da qiyməti aşağı salındı. Hazırda Füzulidə unun qiyməti növlərinə görə müəyyənləşdirilib. Ən bahalı unun bir kisəsinin qiyməti 24 manatadır. Növünə görə 21 manata da bir kisə un almaq olar. Yəni digər rayonlarda qiymətlər necədirsə, bizdə də elədir. Qısası rayonda hər şey öz axarı ilə gedir. Heç bir problem yoxdur”.
Sakinləri ucuzlaşma istəyən Ağcabədi rayonundakı hazırkı vəziyyət barəsində isə musavat.com-a rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Mərdəli Quliyev məlumat verdi.
M.Quliyev də söylədi ki, hazırda Ağcabədidə ictimai-siyasi vəziyyət normaldır: “Qiymətlərə gəlincə isə bizim rayonda da məhsulların qiymətləri qaydasındadır. Rayonda mütəmadi olaraq, yarmarkalar keçirilir. Bu baxımdan, heç bir problem yoxdur”.
Siyəzən rayon İcra Hakimiyyətindən də musavat.com-a bildirildi ki, rayonda etiraza səbəb olacaq heç bir hal yoxdur. Sakinlərin problemlərinin həlli istiqamətində işlər aparılır. Hazırda isə sakitçilikdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər