Rayonlarda devalvasiyadan sonra vəziyyət necədir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-12-2015, 22:29 | Şərh sayı: (0) | Baxılıb: 456
Rayonlarda devalvasiyadan sonra vəziyyət necədir?
Manatın “üzən məzənnə”yə keçməsindən sonra ölkədə ajiotaj yaşanır. Rəsmi açıqlama verilməsə də, paytaxt Bakıda bəzi məhsulların qiymətində süni qiymət artımı müşahidə olunur.
Bəzi marketlərdə ərzaq və tütün məhsullarının qiyməti ötən günlə müqayisədə 20-30 faiz civarında qalxıb. Fürsətdən istifadə edən işbazların bu addımı insanlarınn etirazına səbəb olub.
Paytaxtla yanaşı bölgələrdə də süni bahalaşma hiss olunur.
AzVision.az-ın əldə etdiyi məlumata görə, İsmayıllı, Şamaxı, Gəncə, Qəbələ, Oğuz və digər rayonlarda siqaretin qiyməti süni şəkildə qalxıb. “Kent” və digər siqaret markalarının qiymətində 50 qəpiyədək artım qeyd edilib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.
Bankın açıqladığı rəsmi məzənnələrdə bunu açıq-aydın görmək olur. Belə ki, rəsmi məzənnə bülletenindən görünür ki, dollar həftəyə kəskin bahalaşma ilə başlayıb.
Məlumata əsasən, bu gün dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 0,501 manat artıb. İndi bir dollar 1,5500 manat olub. Avronun məzənnəsində də bahalaşma qeydə alınıb. Avro 1,6850 manata yüksəlib. Bu bahalaşma Rusiya valyutasından da yan keçməyib. İndi bir rubl 0,0218 manatdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər