Şəmkirlilər Alimpaşa Məmmədovdan narazıdır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 23:03 | Şərh sayı: (0) | Baxılıb: 280
Şəmkirlilər Alimpaşa Məmmədovdan narazıdır
Manatın ikinci devalvasiyasından sonra kəskin qiymət artımının baş verdiyi rayonlardan biri də Şəmkirdir. Rayon sakinlərinin Qaynar.info-ya verdiyi məlumata görə, Şəmkirdə vəziyyət acınacaqlı həddə çatıb.
Belə ki, rayonda fəaliyyət göstərən mağazalarda qiymətlər bir neçə dəfə artırılsa da, İcra Hakimiyyəti bunun qarşısını almaq üçün heç bir addım atmır. Bunun əsas səbəbi isə Şəmkirdə fəaliyyət göstərən əksər topdansatış mağazalarının icra başçısı Alimpaşa Məmmədovun nəzarəti altında olmasıdır.
2014-cü ilin 8 oktyabrında Şəmkirə icra başçısı təyin edilən Bakı Şəhər Vergilər Departamentinin keçmiş rəisi qısa zamanda rayonun əksər gəlirli sahələrini, həmçinin topdansatış mağazalarını öz nəzarəti altına keçirib. Nəzarətində olmayan bənzər biznes obyektlərindən isə aylıq haqq alır.
Sakinlər iddia edir ki, Şəmkirdə qiymətləri məhz Alimpaşa Məmmədovun nəzarəti altında olan mağazalar qaldırır. İcra başçısının tapşırığı ilə bahalaşma qərarı verən mağazalara qarşı heç bir tədbir görülmür.
Rayon sakinləri Qaynar.info-ya bildirib ki, Şəmkirdə vəziyyət günü-gündən gərginləşir. Alimpaşa Məmmədov mümkün etiraz aksiyalarının qarşısını almaq üçün rayon fəallarına polisin vasitəsi ilə təzyiq etdirir. Buna baxmayaraq narazı kütlə tədricən təşkilatlanır və yaxın günlərdə Şəmkirdə kütləvi etiraz aksiyalarına start verilməsi gözlənilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər