"Coca-cola" Ukraynadan üzr istədi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 11:02 | Şərh sayı: (0) | Baxılıb: 197

"Coca-cola" Ukraynadan üzr istədi
“Coca-cola” şirkəti Krımın Rusiyanın ərazisi kimi göstərildiyi reklam materialına görə, iki dəfə üzr istəmək məcburiyyətində qalıb.
Avropa.info-nun məlumatına görə, şirkət etiraf edib ki, əvvəlcə hazırlanan Rusiya xəritəsində Krım, Kuril, Kalininqrad əraziləri olmayıb.
Lakin reklama dəyişiklik edildikdən sonra rəsmi Kiyev etiraz edib. Məhz bundan sonra “Coca-cola” üzr istəyib və materialı silib.
Şirkətin Vaşinqton ofisinin başçısı Keyt İrvin 6 yanvarda Ukrayna səfirliyində görüşərək şirkətin vitse-prezidentinin üzr məktubunu təqdim edib.
Bunadək ukraynalı siyasətçilər “Coca-cola”nın məhsullarını boykot etməyi və təzminat kimi 1 milyon qrivna almağı tələb edirdilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər