İtaliya şirkəti Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-10-2015, 12:35 | Şərh sayı: (0) | Baxılıb: 304
İtaliya şirkəti Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib
İtaliyanın mobil telefonların bəzədilməsi üzrə ixtisaslaşmış "Caviar" şirkəti "iPhone 6s" üçün dünyanın müxtəlif ölkələrin rəmzinə həsr edilmiş yeni kolleksiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı kobud səhvə yol verib.
Milli.Az dailykarabakh-a istinadən bildirir ki, şirkətin yeni kolleksiyası "Atlante" adlanır. Kolleksiyada bir neçə telefon modeli təqdim edilib. Telefonların hər biri müxtəlif ölkələrin - Rusiya, İtaliya, Çin, BƏƏ, Azərbaycan, Qazaxıstan və Ermənistan - rəmzləri ilə bəzədilib.
"Caviar" Ermənistan üçün kolleksiyada bu ölkənin digər rəmzləri ilə yanaşı, Azərbaycanın işğal edilmiş ərazilərində ucaldılmış abidəni separatçı Dağlıq Qarabağ rejiminin "rəmzi" kimi göstərib.
Smartfonların dizaynı eyni üslubda hazırlanıb: arxa panel qızıldan hazırlanıb və ölkələrin görməli yerləri və rəmzlərinin təsvirləri olan barelyeflərlə bəzədilib. Məsələn, İtaliyaya həsr edilmiş model Piza qülləsi, Kolizey və Venesiya qondolyeranın rəsmləri ilə bəzədilib.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər