"Ukrayna təxminən 180 şirkətin Azərbaycan bazarına çıxışı üzərində çalışır" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-01-2016, 18:20 | Şərh sayı: (0) | Baxılıb: 236
"Ukrayna təxminən 180 şirkətin Azərbaycan bazarına çıxışı üzərində çalışır"
"Ukrayna GUAM ölkələri (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova), o cümlədən Azərbaycan ilə ticarət əlaqələrinin genişləndirmək üzərində çalışır".
Ixlas.Az Report-a istinadən bildirir ki, bunu Ukrayna aqrar siyasət və ərzaq nazirinin müavini Vladislava Rutitskaya deyib.
Onun sözlərinə görə, nazirlik hazırda yerli məhsulların ixrac edilməsi üçün Ukrayna şirkətlərinin Azərbaycan bazarına daxil olması üzərində işləyir. Nazir müavini xatırladıb ki, Ukrayna ötən il damazlıq və əmtəəlik iribuynuzlu mal-qara bazarının açılması ilə Azərbaycana ixracı genişləndirməyi bacarıb.
"Bu il də müəyyən inkişaf olacağına inanıram. Axı hazırda nazirlik səviyyəsində istehsal etdikləri məhsulları Azərbaycana ixrac etmək istəyən 178 Ukrayna şirkəti üçün bazar açılması üzərində işləyirik", - V.Rutitskaya bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər