Farsdilli əhalinin Azərbaycana köçü |
Müəllif: Admin | Bölmə: Azərbaycan tarixi | Vaxt: 7-12-2014, 16:53 | Şərh sayı: (0) | Baxılıb: 599
Farsdilli əhalinin Azərbaycana köçü
[[Solmaz Qaşqay|S. Qaşqay]] qeyd edir ki, Manna ərazisinin etnik xarakteristikasını vermək üçün [[fars dili|farsdilli]] tayfaların [[İran yaylası]]na soxulması dövrünü və onların gəlmə yolları məsələsini aydınlaşdırmaq lazımdır.S. Qaşqay – Manna dövləti, Bakı, 1993, səh 148 Bu məsələ barədə dünya tarixşünaslığında müxtəlif mülahizələr mövcuddur. Tədqiqatçıların bir qismi bu tayfaların [[Orta Asiya]]dan çıxmalarını, digərləri isə [[Qafqaz]]dan keçərək gəldiklərini söyləyirlər. Lakin bütün tarixçilər farsdillilərin sözü gedən ərazidə aborigen olmadıqlarını birmənalı şəkildə qəbul edirlər.E. Herzfeld. The Persian Empire. Wiesbaden, 1968
Assur mənbələrindən məlum olan [[Güney Azərbaycan]]ın [[Urmiya gölü]] ətrafı ərazilərində şəxs adlarının təhlilinə əsaslanan E. A. Qrantovski göstərir ki, farsdilli əhali Güney Azərbaycanda ən azı e.ə. IX-VIII əsrlərə qədər yayılmamışdı. Bu nəticə ona farsdilli tayfaların [[Orta Asiya]]dan yox, Şimaldan, [[Qafqaz]]dan keçərək [[İran yaylası]]na doğru irəliləmələrini söyləməyə imkan verir.Э. А. Грантовский. Иранские племена из приурмийского районав IX-VIII вв. до н. э., səh. 250-265
R. Girşmana görə farsdilli tayfalar İran yaylasına iki yolla daxil olmuşlar: onların Qərb qolu [[Qafqaz]]dan, Şərq qolu isə [[Orta Asiya]]dan gəlmişdir.R. Ghirshman. Le Tresor de Sakkez. "Artibus Asiae", XIII, 3, 1950. p. 194 [[Urmiya gölü|Urmiyayanı]] hövzəyə onlar [[Qafqaz]]dan gəlmişlər.В. В. Бартольд. Соч., t. 1, səh. 109, 171; t. VII, səh. 35-36 Cənuba doğru irəliləyən qolu müqavimətə rast gələrək Qərbə doğru dönmüşdür.T. Cuyler Young. A. Comparative Ceramic Chronology for Western Iran, 1500-500 V. C. Lakin onların irəliləmələri burada da keçilməz [[Zaqroş silsiləsi]] və xeyli inkişaf etmiş yerli mədəniyyətlərin müqaviməti nəticəsində çətin olmuşdur.R. M. Boehmer. Zur Lage von Parsua im IX Jahthundert von Christus.
S. Qaşqay qeyd edir:
{{sitatın əvvəli}}''Yazılı məmbələrdə adı çəkilən farsdilli tayfaların lokalizəsi və e.ə. IX – VIII əsrlərə aid mixi yazılı mənbələrdə qeyd edilən [[Azərbaycan (tarixi ərazi)|Azərbaycan]] onomastik materialların təhlili göstərir ki, [[Urmiya gölü|Urmiyayanı]] hövzədəki əyalətlərdə və hətta bir qədər Cənuba və xeyli Şərqə doğru farsdilli tayfalar məskunlaşmamışdılar. [[Farslar|Farsdilli]] tayfalar Manna dövlətinin əhatə etdiyi ərazilərdən xeyli uzaqda məskunlaşmışdılar və Urmiyayanı hövzəyə soxula bilməmişdilər. Hətta bəzi tədqiqatçıların söylədiyi kimi e.ə. I minilliyin əvvəllərini farsdilli köçərilərin [[Ön Asiya]]ya gəlmələrinin erkən tarixi kimi qəbul edildikdə də onların öz mühacirətlərinin erkən dövrlərində yerli türk mənşəli tayfalara ([[mannalılar]] və digərlərinə)elə bir mühüm təsir göstərmələri ilə razılaşmaq olmaz.''{{sitatın sonu|Solmaz Qaşqay – Manna dövləti, Bakı, 1993, səh 156}}
E.ə.IX əsrin ortalarından ta [[Midiya]] dövlətiın təşəkkülünə kimi Urmiyayanı hövzədə əsas siyasi qüvvə Urmiyayanı hövzənin yerli əhalisini birləşdirən, köçəri tayfaların basqınlarının qarşısını alan və onlardan öz marağı üçün istifadə edən, bəzən də onlarla ittifaqda öz rəqiblərinə güclü zərbələr vuran Manna dövləti idi. Bu ərazidə sonradan [[Midiya]] dövləti qurulduqdan sonra və hətta XX əsrin əvvəllərinə qədər bu ərazilərdə [[farslar|fars]] ünsürü və [[fars dili]] əhəmiyyətli rol oynamamışdı.И. М. Дяконов. История Мидии. M.- L., 1956, səh 281
Şəxs adlarının və toponimlərin təhlili Manna dövləti əhalisinin ([[mannalar]]ın) türk mənşəli olduğunu sübut edib. Prof. [[Qiyasəddin Qeybullayev]] əsərlərində Manna etnonim, toponim və şəxs adlarının mənalarını açaraq izah edə bilib. [[İqor Dyakonov]] Manna dövlətinin [[Diyala çayı]]nın yuxarı axarınadək Cənub əyalətlərinin əhalisini [[kutilər]] və [[lulubilər]]in, [[Diyala]] və [[Kərxa]] çaylarının yuxarı axarındakı əhalini isə [[kassilər]]in varisləri hesab edir.И. М. Дяконов. История Мидии. M.- L., 1956, səh 215
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər