"Serj Sərkisyan aldatmağı, ermənilər isə aldanmağı sevir" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-10-2015, 11:29 | Şərh sayı: (0) | Baxılıb: 421
"Serj Sərkisyan aldatmağı, ermənilər isə aldanmağı sevir"
Avropa Xalq Partiyasının Madrid qurultayında ərazi bütövlüyü prinsipinə dəstək verildi. Kataloniya ilə bağlı qəbul edilmış qətnamədə Aİ üzv dövlətin (indiki halda İspaniyanın) ərazi bütövlüyünə dəstək bildirilir. Qətnaməyə görə, birtərəfli qaydada müstəqilliyini elan etmiş Aİ üzv dövlətin (indiki halda İspaniyanın) istənilən ərazisi (indiki halda Kataloniya) avtomatik olaraq Aİ üzvlüyündən çıxır.
Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu bildirib ki, Kataloniyanın əhalisinin sayı 7 milyon 600 min nəfər, ərazisi isə 32 min 114 km2-dir: "Kataloniyanın ərazisi təxminən Ermənistanın ərazisi qədər olsa da, əhalisinin sayı isə Ermənistanın real əhalisinin sayından 3-4 dəfə çoxdur. Katalan dili İspan dilindən fərqlidir. Dağlıq erməniləri ilə Ermənistan erməniləri eyni dildə danışırlar. Katalan və ispan fərqli, Ermənistan və Dağlıq Qarabağ erməniləri isə eyni etnoslardır".
Politoloq qeyd edib ki, ərazisi və əhalisi İspaniyanın ərazi və əhalisindən dəfələrlə kiçik olsa da, İspaniyanın ÜDM-in 40%-i Kataloniyanın payına düşür: "Dağlıq Qarabağ SSRİ vaxtı Azərbaycanın, indi isə dünya erməniliyinin dotasiyasının hesabına yaşayır. Avropanın mərkəzində bu parametrlərlə Kataloniya müstəqil ola bilmir. Ermənilər isə belə düşünürlər ki, Dağlıq Qarabağ müstəqil olacaq. Prezident S.Sərkisyan qurultaydakı çıxışında ümum erməni məsələlərindən yalnız "erməni soyqırımı" məsələsinə toxundu. Dağlıq Qarabağ məsələsinin adını tuta bilmədi. Avropalıların əhval-ruhiyyəsi buna imkan vermədi".
M.Əhmədoğlu sonra vurğulayıb ki, Avropa liderləri Dağlıq Qarabağ münaqişəsi regionunda atəşkəs rejiminin intensiv pozulması barədə Ermənistanın müraciətlərini də cavabsız qoymuşdular: "Ərazi bütövlüyü prinsipinə dəstəyə köklənmiş Avropa Azərbaycanın ərazi bütövlüyü prinsipinin əleyhinə getmək niyyətində deyil. Əksinə, Aİ-nin Riqa sammiti "Şərq Tərəfdaşlığı" proqramının üzv dövlətlərinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünə dəstəyi vacib hesab edən qətnamə qəbul etdi. Almaniya kansleri A.Merkelin təkidi ilə Ermənistan prezidenti S.Sərkisyan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməni imzaladı".
Mərkəz rəhbəri deyib ki, Aİ-nin dalınca G-7 dövlətləri yekun bəyannamədə ərazi bütövlüyü prinsipinə dəstək verdilər: "Münaqişələrin həll edilməməsini beynəlxalq hüququn atrofiyası adlandırdılar. MDB-nin Qazaxıstan sammitində üzv dövlətlərin xarici sərhədlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi barədə liderlərin, o cümlədən S.Sərkisyanın imzaladığı proqram Azərbaycanın ərazi bütövlüyünü daha detallı dəstəkləyir. Serj Sərkisyan Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi elan edən kimi həmsədrlər onu təkzib etdi. S.Sərkisyan və komandası həmsədrlərə etiraz edə bilmədi. Bir anlıq yalan S.Sərkisyana böyük nəşə verdi. Erməni xalqı da hədsiz kefləndi. S.Sərkisyanın və ermənilərin nəşəsi hələ də davam edir".
Politoloq sonra qeyd edib ki, BMT sənədlərinə görə, Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir: "Ermənilərə aydın olsun deyə bir təkrarlayaq: Azərbaycan Respublikasının ərazi bütövlüyü dedikdə Dağlıq Qarabağ da Azərbaycan Respublikasının tərkib hissəsi kimi başa düşülür. Bu mövzuda başqa nə deyilirsə bu, S.Sərkisyanla ermənilərin yalanla dərin və uzun müddətli eşq məcrasının məhsuludur.
S.Sərkisyan və ətrafı bu müddət ərzində millətlərin öz müqəddəratını təyini prinsipinə dəstək verən bircə sənəd göstərə bilməzlər. Dağlıq Qarabağın Azərbaycandan kənarlaşmasına şərait yaradan bircə sənəd yoxdur. Varsa, S.Sərkisyan və ətrafı ortalığa qoya bilərlər. Heç bir erməni bu günədək yenilənmiş Madrid Prinsiplərini təfsilatlı şərhini verə bilməyib. Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi barədə ermənilərin təsəvvürləri yalnız yalandan ibarətdir. Təhlükə də elə onun yalandan ibarət olmasındadır. Çünki S.Sərkisyan və digər erməni siyasətçiləri yalan danışmağı, dünyada olan ermənilər isə yalana inanmağı sevirlər. S.Sərkisyanı və ermənilərini həqiqətdən uzaqlaşdırmaq asan, yalandan uzaqlaşdırmaq isə qeyri-mümkündür".
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər