Putin düşməninin düşməni ilə dost oldu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 02:28 | Şərh sayı: (0) | Baxılıb: 307
Putin düşməninin düşməni ilə dost oldu
“Rusiyanın PKK ilə təmaslarının olması artıq sirr deyil”
Rusiya ilə PKK terror təşkilatları arasında gizli danışıqlar ifşa edilib. Bu isə dünya ictimaiyyətində Rusiyanın PKK-ya dəstək verməsi və bu terror təşkilatının əli ilə Türkiyədə terror aktları törədilməsi ilə bağlı şübhələri bir daha təsdiqləyib.
Məlumatda deyilir ki, Rusiyanın nümayəndə heyətləri PKK ilə 12 dekabr 2015-ci il tarixindən bu yana ən azı 6 dəfə görüşüb. Qəndil və Süleymaniyədə keçirilib.
PKK ilə görüşən rus heyətlərinə Viktor Simalov adlı diplomat başçılıq edib. Onun Rusiyanın Ərbildəki konsulluğunda çalışdığı bildirilir.
Ən son ötən həftə Qəndilin Levje kəndində PKK səlahiyyətliləri ilə görüşən Rusiyanın kəşfiyyat səlahiyyətlilərinin gündəmində kürd qazının Türkiyəyə nəqli olub. Ankara isə Türkiyəni Şimali İraqla birləşdirən enerji kəmərlərinə qarşı mümkün təxribatlarından narahatdır.
Bundan əlavə İstanbul və Ankarada törədiəln dəhşətli terror aktlarını İŞİD öz üzərinə götürsə də, bəzi politoloqlar bu hadisələrdə Rusiyanın əlinin olmasını da istisna etmir.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq, Elxan Şahinoğlu da “Yeni Müsavat”a açıqlamasında Rusiya -PKK əməkdaşlığının artıq dünya ictimaiyyəti üçün sirr olmadığını bildirdi: “Türkiyə Rusiya təyyarəsini vurduqdan sonra Rusiyalı rəsmilərin yerli telekanallara verdikləri şərhləri oxuyanda məndə elə bir təəssürat yaranırdı ki, Rusiya bölgədəki kürdlərə dəstək verəcək. Çünki, daha əvvəl də, Rusiya –Türkiyə münasibətlərinin gərginləşmədiyi dövrdə Putinin belə bir açıqlaması olmuşdu ki, o nəinki Suriyada Əsədə, İŞİD-lə vuruşan başqa qruplara da dəstək verəcək. Bu mənada mən güman edirdim ki, həmin qruplardan biri PKK-nın Suriya qolu PYD idi və onunla da təmaslara başladırlar. O zaman heç Türkiyə Rusiya təyyarəsini vurmamışdı. Təyyarə vurulduqdan sonra isə Rusiya hakimiyyət orqanları və ekspertləri mediada açıq –aşkar Türkiyə əleyhinə çıxış etməyə başladılar və açıq deyirdilər ki, PKK-ya dəstək də mümkündür. Artıq bəlli idi ki, ya danışıqlar başlayıb, ya da bununla bağlı planlar qurulur. İndi isə ortaya çıxdı ki, Rusiya ilə PKK arasında gizli danışıqlar aparılıb”.
Politoloq iddia etdi ki, əslində PKK ilə Rusiya arasında bir çox köhnə kanallar mövcuddur: “Elə PKK-nın yaranması da SSRİ ilə bağlı idi. Rusiya da keçmiş sovet ittifaqının banisi idi. Keçmiş FTB indi Rusiyanın kəşfiyyat orqanıdırsa, deməli kanalları yaxşı bilir. Bütün rabitə xətləri, əlaqə yaradan şəxslər haqqında məlumatları var. Ona görə də, Rusiya ilə PKK arasında danışıqların başlaması yeni xəbər deyil, sadəcə dondurduqları danışıqlara yenidən başlayıblar. Əsas istək də o idi ki, PKK-nın əli ilə Türkiyəni zəiflətməyə çalışsınlar, Türkiyənin problemləri artsın. Təsadüfi deyil ki, Türkiyənin Rusiya təyyarəsini vurmasının ardından PKK Türkiyənin bəzi şəhərlərini ələ keçirməyə çalışdı. Halbuki PKK-nın 30 illik tarixində bunu bacarmamışdılar. Bu yeni taktika idi. Düşünürəm ki, bu taktikanın arxasında Rusiyanın istəkləri dururdu və Rusiya bu terror təşkilatından öz məqsədləri üçün istifadə etməyə çalışır. Lakin bu plan alınmadı. Türkiyə PKK-ya qarşı sərt mövqe tutdu. Yüzlərlə terrorçu zərərsizləşdirildi, artıq həmin bölgələrin 90 faizi terrorçulardan təmizlənib. Düşünürəm ki, Rusiyanın müəyyən dairələri gələcəkdə də PKK-dan öz müəyyən məqsədləri üçün istifadə etməyə çalışacaqlar”.
Politoloq onu bildirdi ki, bu danışıqlardan sonra Rusiyanın dünyada qınaq obyektinə çevriləcəyi inandırıcı deyil: “Bir çox dünya liderləri də zaman-zaman öz məqsədləri üçün PKK ilə əməkdaşlıq ediblər. Amerikanın özü PKK-nı terror təşkilatları sırasına salsa da, bu ölkənin təhlükəsizlik orqanlarının PKK ilə təmasları olub. PKK ilə təmasda olmayan bir kəşfiyyat orqanı qalmayıb. İran, Rusiya, Amerika, bəzi Avropa Birliyi ölkələri PKK ilə təmasda olublar. Məqsəd isə daim Türkiyəni gərginlikdə saxlamaq, problemləri dərinləşdirmək olub. İndi bundan daha çox Rusiya istifadə etməyə çalışır. Düzdür Qərb ölkələri PKK-nı terrorçu təşkilat kimi tanıyır. Lakin Rusiyanı PKK ilə danışıqlara getməsinə görə, qınayacaqlarını gözləmirəm”
Elxan Şahinoğlu hazırda Türkiyənin iki terror təşkilatı ilə savaşdığını və burada Rusiyanın da rolunun olduğunu qeyd etdi: “Türkiyədə hər gün bir terror hadisəsi baş verir. Əgər əvvəl Türkiyə yalnız PKK ilə savaşırdısa, indi həm də İŞİD-lə mübarizə aparır. İki istiqamətdə savaş gedir. PKK şərq bölgələrinə təhlükə yaradırsa, İŞİD artıq Ankarada və İstanbulda partlayış törədir. Lakin bu savaş Türkiyəni zəiflətmir, əksinə onun gücünü ortaya qoyur. Rusiya əslində bir daha Türkiyəyə qarşı apardığı təbliğatın uğursuz olduğunu ortaya qoydu. Türkiyənin təyyarəni vurmasından sonra Rusiya təbliğat maşını dünyaya təbliğ etməyə çalışdı ki, guya Türkiyə hakimiyyəti İŞİD-lə bağlıdır, onlardan neft alır, ora silah verirlər. Lakin İŞİD-in Türkiyədə iki partlayış törətməsi sübut etdi ki, bu təbliğat absurddur. Ərdoğan da ad çəkmədən Rusiyaya səsləndi ki, qoy dövlətlər görsünlər ki, İŞİD-ə qarşı əsl savaş aparan ölkə kimdir”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər