Rusiya Türkiyəni ABŞ-a uduzdu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-12-2015, 23:49 | Şərh sayı: (0) | Baxılıb: 318
Rusiya Türkiyəni ABŞ-a uduzdu
V.Putin qətiyyətli şəkildə R.T.Ərdoğanın üzr istəməsini tələb edir.
R.T.Ərdoğan isə üzr istəməyəcəyini bildirdi. Vəziyyət ilk növbədə Türkiyə üçün neqativ nəticələrə gətirib çıxaracaqdır. Sonra isə Rusiya üçün problemlər yaranacaq. Türkiyə uğrunda Qərblə Rusiya mübarizəsinin yeni mərhələsinə başlanması ehtimal etmək olar.
Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu bildirib ki, RF Türkiyə hərbçiləri üzərində ABŞ-ın güclü təsirindən xəbərdardır: "V.Putin bu mübarizə başlayan kimi Türkiyəni ABŞ-a uduzdu. Türkiyənin Rusiya ilə iqtisadi əlaqələri Türkiyə üçün yalnız iqtisadi məzmun daşıyır və yüksək əhəmiyyətlidir. Türkiyə ilə iqtisadi əlaqələr Rusiya üçün həm geosiyasi, həm də iqtisadi məzmuna malikdir. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları yalnız Türkiyənin bu sanksiyaları dəstəkləməməsinin hesabına zəif effektli oldu. Türkiyə qərbin antirusiya sanksiyalarını dəstəkləsə idi, indi tamam fərqli mənzərə yarana bilərdi".
Politoloq qeyd edib ki, V.Putin və bütün Rusiya rəhbərliyi Türkiyə hökumətinə, hətta T.Ərdoğanın şəxsi ünvanına elə fikirlər səsləndiriblər ki, yaxın vaxtlarda Rusiyanın Türkiyə ilə münasibətlərinin normallaşması mümkünsüz görünür: "RF prezidenti V.Putin Türkiyə ilə bütün əlaqələri, demək olar ki, tamamilə dayandıran sərəncam imzaladı. Türkiyə Rusiyanın atdığı addımlardan maliyyə itkisinə məruz qalacaqdır. Rusiya Türkiyə ilə vizasız rejimi də aradan qaldıra bilər. Amma Türkiyənin bu itkiləri doldurmağa yeri var. Aİ Türkiyəyə vizasız rejim tətbiq edə bilər. ABŞ və Aİ Türkiyənin Rusiyadan itirdiyi illik təxminən 10 milyard dolları kompensasiya edə bilərlər. Rusiyanın itkiləri isə böyük ola bilər.
I. Hərbi-siyası vəziyyəti udan V.Putin diplomatik mübarizəyə girişə bilmədi. Əvvəldən uduzdu.
II. ABŞ Rusiyaya qarşı arzuladığı geniş və möhkəm koalisiyanı qura bilər. Türkiyənin Rusiyanın yanında olması bəzi Avropa dövlətlərini də iki fikirli etmişdir. Türkiyə ABŞ-ın antirusiya planlarını dəstəklədiyi təqdirdə, Avropa dövlətlərinin böyük əksəriyyəti mövqelərini antirusiya istiqamətində dəyişəcək. Yalnız Yunanıstan və Kiprin mövqeyi barədə dəqiq söz demək mümkün deyil.
III. Soyuq müharibə hərbi elementlərin aktivliyi ilə daha intensiv formada başlaya bilər. Bu isə Rusiyanı çökdürəcəkdir. Rusiyanın çökməsinin müddəti SSRİ-nin çökməsi müddətindən xeyli az ola bilər. İndi hər şey Putinin özündə güc tapıb Türkiyə uğrunda Qərbin başladığı yeni mübarizənin uda bilməsindədir".
M.Əhmədoğlu deyib ki, Rusiya Türkiyə ilə münasibətlərdə son vaxtlar baş verənlərə yenidən baxsa, özü də daxil olmaqla böyük əksəriyyət üçün faydalı addım atmış olar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər