Rusiya Türkiyəyə başsağlığı verdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 00:12 | Şərh sayı: (0) | Baxılıb: 274
Rusiya Türkiyəyə başsağlığı verdi
Rusiya Türkiyənin İstanbul şəhərində baş verən terror hadisəsi ilə bağlı bu ölkəyə başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. `Bu alçaq bir hücumdur. Hadisə terrorun qəddarlığını bir daha nümayiş etdirdi. Eyni zamanda beynəlxalq ictimaiyyətin bütün səylərini, ikili standartları və münasibətləri bir kənara qoyaraq terrora qarşı təcili ortaq bir cəbhə formalaşdırmağın zəruriliyini ortaya qoymuş oldu`-deyə Rusiya XİN-in məlumatında qeyd olunub. Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində Sultan Əhməd Meydanında partlayış baş verib. Hadisə nəticəsində 10 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb. Terror aktını Səudiyyə Ərəbistanında doğulan 28 yaşlı Nabil Fadlı adlı terrorçunun törətdiyi müəyyən edilib.
Xatırladaq ki, `SU-24` təyyarəsinin vurulmasından sonra Rusiya ilə Türkiyə arasında diplomatik qalmaqal yaşanır. Bu baxımdan Rusiyanın Türkiyəyə başsağlığı verməsi Moskvanın gözlənilməz addımı kimi qiymətləndirilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər